16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Əhməd Əhmədzadə: Zəfər paradı dünyaya ciddi mesajdır
Baş nazirin köməkçisi Əhməd Əhmədzadə - Dünya ölkələrinin, xalqlarının tarixində qızıl hərflərlə yazılmış günlər də yox deyil. Hər xalq bunu bir əlamətdar hadisə ilə əlaqələndirir. Bu günlər Vətənlə, onun müdafiəsi, yaxud xalqın azadlığı ilə bağlıdırsa bunu əhəmiyyəti bir az da artır və heç vaxt tarixdən silinmir. 44 günlük Vətən müharibəsinədək Azərbaycanın müharibələrdə əldə etdiyi son zəfər demək olar ki, yaddaşlardan silinmişdi. Son 200 ildə Azərbaycan iri imperialist dövlətlərin maraq dairəsində olub, təcavüzə məruz qalıb, bir milyon kvadrat kilometrdən artıq bir əraziyə malik olan Vətənimiz işğal edilib, bölünüb və Sovet hakimiyyətinin tərkibinə daxil olanda burada lap kiçik bir hissəsi ilə təmsil olunub. Sovet hakimiyyətinin 70 illik varlığına son qoyulanda isə xarici dostlarının dəstəyinə arxalanan Ermənistanın işğalına məruz qalıb. Azərbaycan 30 il dünyada ədalət axtarışında olub, beynəlxalq tribunalardan Ermənistanın ərazilərimizi işğal etməsini sübut edən minlərlə dəlillər gətirib, dünya ölkələrinin tanıdığı sərhədlərimizin zorla dəyişdirilməsinin yolverilməz olduğunu bəyan edib. Beynəlxalq qanunları çeynəyən və əsasən də Ermənistandan bir maşa kimi istifadə edən güclər Azərbaycanın haqlı iradlarını, həqiqəti görməzdən gəlib, əvəzində işğalçı ölkənin tərəfini saxlayıblar. Və...
Beləliklə, dünya birliyinin, BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi qətnamələrin kağız üzərində qaldığını görən Azərbaycan ədaləti bərpa etmək üçün əvvəlcə Ermənistanın təxribatlarına cavab verdi, sonra isə əks hücuma keçərək qanuni, suveren ərazilərini düşməndən azad etdi. 10 noyabr 2020-ci ildə Azərbaycan silahlı qüvvələri işğalçı Ermənistan üzərində qəti qələbəsinin təsdiqi kimi Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atdı. Bu, həm də Ermənistanın kapitulyasiyası idi. Müstəqillik tariximizin ilk Zəfər Paradı kimi tarixə düşən 10 dekabr paradı tək regionda deyil, bütün dünyada geniş rezonans doğurdu. Dünyanın əksər ölkələri Zəfər Paradının keçirilməsi münasibətilə xalqımızı, xüsusən də bu Qələbəni bizə bəxş edən Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevi əlamətdar gün münasibətilə təbrik etdilər, mətbuat isə bu xəbəri geniş şəkildə işıqlandırdılar. Zəfər Paradında Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar xəbərlərin manşetində yer aldı. Prezident İlham Əliyev çıxışında Zəngəzur, Göyçə, İrəvan mahalının Azərbaycanın tarixi torpaqları adlandırdı və qeyd etdi ki, bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Qarabağda eyni mənzərə müşahidə olunurdu.
Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi Zəfər Paradında müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 əsgərin və Rəcəb Tayyib Ərdoğanın da paradda iştirak etməsi, Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks etdirən ortaq yürüşü ürəklərə sanki su ələyirdi. Bu mənzərə son 200 illik Azərbaycan tarixində bir ilk idi.
Azadlıq Meydanında keçirilən Zəfər paradı öz möhtəşəmliyi ilə yaddaşlarda hələ çox qalacaq. Bu paradda Azərbaycan şahinləri də öz məharətini göstəriblər. Bu tarixi parad hər bir vətəndaşda böyük qürur hissi, ruh yüksəkliyi yaradır. Qələbə paradı bizim bütün şəhidlərin - həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhunu həmişə şad edəcəkdir. Şükürlər olsun ki, onların qanı yerdə qalmayıb, qisası alınıb.
Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini daim hiss edib. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını ruhlandırdı, ona qol-qanad verdi, arxasız, köməksiz olmadığını hiss etdirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi.
Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur. Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti bu günə qədər icra edilməyən BMT qətnamələrini icra etdi.
Azərbaycan və Türkiyə rəhbərləri Zəfər Paradını birgə qəbul etməklə yanaşı iki qardaş ölkənin əsgərləri də o meydandan çiyin-çiyinə keçdilər. Həmin gün paytaxtın hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Çünki ilk günlərdən Türkiyənin tutduğu cəsarətli mövqe, xarici çevrələrə ünvanlanan tələbkar vurğu bizim Zəfərimizdə həlledici rol oynadı. Bu Zəfər qardaşlığın Zəfəri, eyni kökdən olan bir millətin işğala qalib gələn iradəsinin təntənəsi oldu.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-12-2022, 10:48 Oxunub: 76
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI