16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Niyaz doktor: Heydər Əliyev hər an bizimlədir

Omega Klinikasının baş həkimi Niyaz doktor - Biz hər an, hər saat, hər gün onu görür, nəfəsini duyur, səsini eşidirik. Vüqarlı qaməti, iti, mənalı baxışları, xoş təbəssümü, müdrik kəlamları qəlbimizi sevindirir, bizə yol göstərir, qolumuza güc, gözümüzə nur verir. Evimizin ən əziz qonağına, dövrümüzün ən böyük dahisinə, nəslimizin ən istəklisinə çevrilən bu insanın amallarını, əməllərini, söhbətlərini, sözlərini yada saldıqca, təkrarladıqca ucalırsan, vüqarlanırsan və azərbaycanlı olmağınla fəxr edirsən. Açılan səhərin aydın üfiqlərindən, nur sifətli nənələrin, babaların baxışlarından, fidan balaların şirin kəlmələrindən, şerlərindən, televiziya ekranlarından, qəzet səhifələrindən hər an bizə sarı boylanan bu müdrik azərbaycanlının gözlərindəki sevinci duymaq çətin deyil. Bu qələbələrimizdən, uğurlarımızdan, inkişafımızdan doğan sevincdir. Bu ruhun əbədi bəxtiyarlığı, xoşbəxtliyidir. Öz müqəddəs arzuları, əməlləri, ruhu ilə ömrümüzə hakim, istəklərimizə dayaq, yolumuza nur, gələcəyimizə dəstək olan Ulu Öndərimiz Heydər Əliyevi hər an xatırlamağımız, səsini eşitməyimiz, nəfəsini duymağımız onun ideyalarının saflığındandır, bəşərliliyindəndir, ölməzliyindəndir.
Heydər Əliyevin düşüncələri, ideyaları yalnız Azərbaycan xalqı üçün deyil, bütün bəşəriyyət, xalqlar və dövlətlər üçün faydalıdır. Çünki bu fikirlərin mayasında paklıq, insanlıq, vətənpərvərlik, hörmət və səmimiyyət vardır. Əlbəttə ki, dəyərlərin, istəklərin, xidmətlərin ən böyüyü Azərbaycan xalqına məxsusdur. Heydər Əliyev öz xalqını dünyanın ən müdrik, cəsarətli, vətənpərvər xalqı kimi qiymətləndirir və azərbaycanlı olduğu üçün daimi fəxr edirdi. Azərbaycançılıq, dünya azərbaycanlılarını bir yerdə, həmrəy, türk dünyasını azad, xoşbəxt görmək Ümummili Liderimizin ən böyük arzusu idi. Bu tək arzu deyildi, həqiqətə çevrilməsi mümkün olan bir əməl idi. Ulu Öndər sağlığında arzunu həqiqətə çevirmək üçün ciddi təşəbbüslər göstərirdi və demək olar ki, bir növ istəyinə nail oldu. Ola bilmədiklərinin mütləq yerinə yetiriləcəyinə inandı və bu inam yerinə yetirildiyi üçün onun ruhu şaddır. Heydər Əliyev “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Tarix həmişə hər şeyi öz yerinə qoyur” deyirdi. Ulu Öndər bildirirdi ki, “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”.
Ümummili Liderimiz xatırladırdı ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. Heydər Əliyev öz xalqına inanırdı. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inaınıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Heydər Əliyevin sağlığında söylədiyi fikirləri nümunə gətirməkdə məqsədimiz bu fikirlərin aliliyinə, dahiyanəliyinə diqqəti bir daha cəlb etməkdir. Tarixi öyrənmək, onun dərslərindən ibrət götürmək, keçmişi unutmamaq kimi fikirləri söyləyərkən Heydər Əliyev bilirdi ki, tarix unudulmur, hər şeyi yerinə qoyur və biz mütləq öz tariximizi yad etməklə tarixi ədaləti bərpa edəcəyik. Güclü iqtisadiyyata malik olmadan güclü ordu yaratmaq, qalib gəlmək mümkün deyil. İllər keçsə də bu günümüzün də reallığıdır. Heydər Əliyev bunu 60 - 70 il bundan görürdü və 1969 - cu ildə, eləcə də sonrakı illərdə ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatı inkişaf etdirməyi, zabit kadrları hazırlamağı, güclü ordu yaratmağı birinci dərəcəli vəzifə kimi qarşıya qoydu və imkanları daxilində buna nail oldu. Heydər Əliyev öz inamında yanılan insan deyildi. Çünki seçdiyi insanı dönə - dönə sınaqdan çıxarır, yoxlayır və sonra dəyərləndirərdi. Öz övladına - İlham Əliyevə münasibətdə də müdrik bir gedişə imza atdı və Azərbaycan xalqını bugünkü xoşbəxtliyə, qələbələrə çatdırdı. Bir çox uğurlu nəticələri - iqtisadi inkişafı, beynəlxalq aləmdə qazanılan nüfuzu, həyata keçirilən islahatları, Dövlət proqramlarını, mühüm layihələri bir kənara qoyub, ancaq 44 günlük vətən müharibəsindəki xidmətlərini nəzərə alsaq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz xalqı, müzəffər ordusu ilə adını Azərbaycan tarixinə əbədi həkk etmişdir. Erməni faşizmi üzərində tarixi qələbə, uzun illər itirə - itirə getdiyimiz torpaqların geri alınması, dünyaya Azərbaycan ordusunun, xalqının şücaətinin nümayiş etdirilməsi əbədi və unudulmaz qəhrəmanlıqdır.
Heydər Əliyev də bu günün gələcəyinə, işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, Şuşanın, Ağdamın, Kəlbəcərin və digər rayonların düşməndən təmizlənəcəyinə inanırdı və buna görə də İlham Əliyevə böyük ümid bəsləyirdi. Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki Azərbaycan xalqı onu hər an yad edir, cənab İlham Əliyev Ulu Öndərimizin ideyalarını uğurla həyata keçirir. Ümummilli Liderimizin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən dünya azərbaycanlılıarı müdrik rəhbərin çağırışlarına, vəsiyyətlərinə böyük hörmət və ehtiram nümayiş etdirirlər. Xarici ölkələrdə Heydər Əliyevin adının əbədiləşdirilməsi,xatirəsinin yad edilməsi üçün lazımı, əhəmiyyətli tədbirlər görülür. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun bu sahədə xidmətləri, fəaliyyəti əvəzsizdir. Fond öz fəaliyyəti ilə ölkənin ictimai - siyasi, iqtisadi həyatına yeni töhfələr verməklə bərabər, Heydər Əliyev ideyalarının ölməzliyini görülən işlərdə təcəssüm etdirir, tarixləşdirir.
Bəli, Heydər Əliyev hər an bizimlədir. O, xalqımızın qəlbində, arzularında yaşayır. Hər gün bizimlə görüşür, danışır və qələbələrimizə sevinir. Daim belə olacaq. Ulu Öndər açılan səhərlərdə doğulacaq, qəlbimizə nur saçacaq, bizimlə - xalqımız və vətənimizlə əbədi, xoşbəxt ömür sürəcəkdir. Nəsillər bu ömürlə fəxr edəcək və Ulu Öndərimizin adını, andını, ideyalarını həmişə uca tutacaq, əbədi yaşadacaqlar.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-12-2022, 13:29 Oxunub: 61
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-11-2022, 23:04
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:39
“Sehirli qutu”nun cazibəsi davam edir: Ümidlə yeni mövsümə doğru…
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU