16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Ziyəddin Quliyev: Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalıyıq

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Qalib Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar düzgün qurulan, gələcəyə hesablanan siyasətin nəticəsidir. Tariximizi vərəqlədikcə müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görürük. Dahi şəxsiyyətin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə yönəlmişdir. Hər zaman bu inamı ifadə edirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq.
Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, Azərbaycan təkmil təcrübəsi ilə dünyanın diqqətində olmasın. Möhtəşəm uğurları ilə dünyaya Günəş kimi doğan Azərbaycan son iki ildə tarixi Zəfərinin reallıqlarını, bunların fonunda hədəfləri bəyan edir. Ulu öndər Heydər Əliyev Azərbaycanın dünya birliyinin fəal üzvü, öz sözünü deyən ölkə kimi görmək istəyirdi ki, bu gün ölkəmiz bu baxımdan da diqqətdədir. Belə ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.
Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi hər birimizin həyat amalına çevrilməklə yanaşı, azərbaycançılıq məfkurəsi ətrafında birliyimizə, həmrəyliyimizə, Vətənə, dövlətə, xalqa bağlılığımıza, vətənpərvərlik hissinin daha da artırılmasına bir çağırış oldu. Ümummilli Liderin 1993-cü ildə xalqın səsinə səs verərək hakimiyyətə qayıdışı, xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarması da Vətən, xalq sevgisindən qaynaqlanırdı. Hakimiyyətinin hər iki dövründə Azərbaycanın tarixinə biri-birindən önəmli uğur səhifələrini yazan ulu öndər Heydər Əliyev ölkəmizi daim zirvələrdə görürdü. Bu gün Azərbaycan xalqının dünya xalqları arasında ən xoşbəxt xalq kimi qərarlaşmasını şərtləndirən amillər də məhz budur. Dövlətinə, xalqına bağlı olan Lider daim ölkəsinin gələcəyi barədə düşünür, bütün yeniliklərin tətbiqinə çalışır, xalqın yüksək rifah şəraitində yaşayışını təmin edir. Dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən 2003-cü ildə növbəti inamın ünvanını göstərməsi bu baxımdan xüsusi dəyərləndirilir. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin torpaq, Vətən sevgisi, xalqa bağlılığı atdığı hər addımında özünü nümayiş etdirir. Əsas amalı, hədəfi torpaqlarımızın işğaldan azad edilməsi olan cənab İlham Əliyev 17 il bütün fəaliyyətini bu məqsədə yönəldərək Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə, ordumuzun döyüş ruhunun daha da artırılmasına, diplomatik mübarizədə Qələbəmizin təmin edilməsinə yönəltdi. İki il bundan öncə xalqımıza Qələbə sevincini yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bəyan etdi, adını tariximizə qalib Prezident kimi qızıl hərflərlə yazdı.
Azərbaycan hər zaman Heydər Əliyev siyasətinin möhtəşəm uğurlarını yaşayır və yaşayacaq. Reallıq budur ki, Azərbaycan müstəqil dövlət olaraq öz varlığını təsdiqlədi, sözünün imzası qədər dəyəri olduğunu bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ulu öndər Heydər Əliyevin haqqında çoxlu kitablar, elmi əsərlər yazılıb, fəalyyətinin hər bir sahəsində araşdırmalar aparılıb. Çünki dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər geniş, bugünkü və gələcək nəsillərə çatdırılacaq məqamlar o qədər sonsuzdur ki, daim araşdırmalara, yeni-yeni elmi əsərlərə, kitablara ehtiyac yaranır. Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalıyıq. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, eyni zamanda, bununla bağlı 18 müddəadan ibarət Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin fəaliyyətinin daha yeni istiqamətlərinin, ölçüyəgəlməz xidmətlərinin araşdırılmasında və gələcək nəsillərə çatdırılmasında öz sözünü deyəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 13-12-2022, 10:33 Oxunub: 168
Bölməyə aid digər xəbərlər
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
2-11-2022, 23:04
DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU