16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Eltun Süleymanov: "Türk dövlətrləri arasında qarşılıqlı əməkdaşlıq yüksəlir, birliyimiz möhkəmlənir"

Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti
İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə ümumtürk birliyinin
möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən
biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın
türkdilli dövlətləri ilə də münasibətlərin gücləndirilməsinə üstünlük verir.
Bu günlərdə Türkmənistan paytaxtında keçirilən Azərbaycan-Türkiyə- Türkmənistan rəhbərlərinin Üçtərəfli Zirvə Görüşündə səslənən bəyanat bir daha sübut edir ki, Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının
vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə
eyni mövqedən çıxış etməsi,çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması Prezident İlham Əliyevin başlıca məqsədlərindən
biridir. Azərbaycan, Türkiyə və Türkmənistanı bir-biri ilə sıx bağlayan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər müxtəlif sahələr üzrə əməkdaşlığa geniş imkanlar açır.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Cənab Prezidentin Zirvə Görüşündəki nitqində bir sıra ciddi məsələlərə toxunulub və əməkdaşlıq perspektivləri əsaslı surətdə şərh edilib. Dövlət başçısı bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır: "Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir." Qeyd etmək lazımdır ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Şuşa Bəyannaməsi elə bir sənəddir ki. Azərbaycanın haqq işini, Azrəbaycan-Türkiyə qardaşlığını bu səviyyədə əhatə edən ikinci bir sənəd olmamışdır. Bu Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etməklə önəmli tranzit ölkəsinə çevrilmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi “ 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.”
Eltun Süleymanov bildirmişdir ki, “2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. İmzalanmış hər bir sənədin arxasında duran, sözü də imzası qədər etibarlı olan Türk liderlərin vahid platformadan çıxış etməsi, birliyimizin, inkişafımızın əsas şərtlərindən biridir. Ən yaxşı hal odur ki, əmədaşlıq əməli işlərlə, iqtisadi əlaqələrlə davam etdirilir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu da onu deməyə əsas verir ki, hər üç dövlət arasında iqtisadi münasibətlərin getdikcə möhkəmlənməsi, siyasi əlaqələrin genişləndirilməsi regionda söz sahibi olacaq birliyin əsasını qoymuşdur. Etnik tarixi kökləri eyni olan, ortaq tarixə və mədəniyyətə malik qardaş ölkələrin vahid platformada çıxış etməsi çox mühüm əhəmiyyətə malikdir. Azrəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kimi məsələlərə böyük önəm verməsi, dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi yolunda atdığı addımlar artıq öz bəhrəsini verməkdədir.
Müsahibimiz sonda qeyd etmişdir ki, “Zirvə Görüşündə Türkmənistanla Azərbaycan arasında iqtisadi münasibətlərə dair 5 sənədin imzalanması gələcəkdə hər iki türk dövləti arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf edərək yüksək səviyyəyə çatacağından xəbər verir.
Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərməsi və əməkdaşlıq etməsi bir daha sarsılmaz türk birliyinin, qardaşlığının rəmzi kimi dərk edilməlidir. Bu birlik xalqlarımızın, dövlətlərimizin vahid platformadan çıxış etməsi, iqtisadi əlaqələrin yüksək inkişafı ilə xarakterizə olunması və gələcəkdə əməkdaşlığın yeni zirvələrlə yüksəlməsi üçün əsasdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-12-2022, 14:14 Oxunub: 87
Bölməyə aid digər xəbərlər
11-12-2022, 19:06
Eltun Süleymanov: "Heydər Əliyevin adı və əməlləri Azərbaycan gəncliyi üçün ideya mənbəyi, mübarizə strategiyasıdır"
29-11-2022, 09:48
Eltun Süleymanov: Orta Dəhliz layihəsi Azərbaycanın mövqelərini möhkəmləndirdi, Fransa özünü sülh danışıqlarından kənarda qoydu
22-11-2022, 11:20
Eltun Süleymanov: Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rola malikdir
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
15-08-2022, 16:38
Eltun Süleymanov: “Ermənistan hökuməti öz xalqının gələcəyini hansısa bir ümidə bağlamaq üçün Azərbaycanla sülh müqaviləsini imzalamalıdır”
15-11-2021, 09:27
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO