16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Ermənistanın ekoloji terroruna son qoyulmalıdır”

“Məlum olduğu kimi, 30 ilə yaxın müddət ərzində davam etmiş işğal dövründə erməni qəsbkarları Azərbaycan ərazilərində soyğun, talançılıq, hərbi cinayətlərlə yanaşı davamlı olaraq ekoloji terror da həyata keçirmişdir. Bu əməllər nəticəsində ölkəmizin təbiətinə, su mənbələrinə ciddi ziyan vurulmuşdur. Təəssüflər olsun ki, bu gün də Ermənistanın ölkəmizə qarşı ekoloji cinayətləri davam etməkdədir. Təqdim olunan təsdiqlənmiş məlumatlara görə hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarında aparılan qeyri-qanuni qazıntı və emal işləri nəticəsində təbii sərvətlərin talan edilməsi davam edir. Eyni zamanda da bu işlər Azərbaycan təbiəti üçün ciddi ekoloji fəsadlar törətməkdədir. Bununla bağlı dekabrın 3-dən Azərbaycan tərəfi sülhməramlı kontigentin komandanlığı ilə danışıqlar aparmış və nəticədə ölkənin müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlar ilə bağlı monitorinq aparmasına dair razılıq əldə olunmuşdur. Lakin buna baxmayaraq dekabrın 10-da sözügedən ərazilərə Azərbaycan nümayəndələrinin səfərinə maneçilik törədilmişdir. Sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Məhz bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyasına başlayıblar. Etirazçıların haqlı tələbləri Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmasından ibarətdir. Bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, Ermənistan tərəfi əsassız iddialar əks etdirən bəyanatlar səsləndirməklə beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətindən yayındırmağa çalışır: “Ermənistan tərəfinin guya ki, Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti qətiyyən əks etdirmir. Bu kimi bəyanatlarla rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini öz cinayətlərindən yayındırmağa çalışır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışırlar. Laçın yolu isə azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Bu cür bəyanatlar Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tamamilə ziddir. Həmçinin qeyd olunmalıdır ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları da Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur. Nəhayət, üçtərəfli Bəyanatın 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Maraqlıdır ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bununla belə son vaxtlar bəzi ölkələrin XİN-ləri tərəfindən məsələyə qərəzli reaksiyalar verilir. Bu isə problemin həlli və vəziyyətin normallaşması istiqamətində aparılan işləri əngəlləyir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-12-2022, 10:47 Oxunub: 73
Bölməyə aid digər xəbərlər
13-12-2022, 14:22
Laçın-Şuşa yolunda tutulan NOBATIN DAHA BİR HƏDƏFİ... - Ekspert danışır
9-12-2022, 11:17
Qarabağda təbii sərvətlərimizi talayan şirkətlər və şəxslər
27-11-2022, 15:43
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizə təzyiq göstərməyə çalışan qüvvələr üçün açıq mətnli xəbərdarlıq mesajı idi”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
29-09-2021, 11:17
Ermənistanın talan etdiyi sərvətlərimiz: Milyardlarla dollar dəyərində zərər necə ödəniləcək? - FOTOFAKT
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI