16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Zakir Quliyev: Dünya azərbaycanlılarının həmrəyliyi tarixi zərurətdən doğan ehtiyacdır
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev - Ulu Öndər Heydər Əliyevin “Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” fikirləri mahiyyət etibarı ilə dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasını təşkil edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarıdır. Dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelər və dövlət maraqları kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Təbii ki, Azərbaycan dövləti bu milli tələbatın, siyasi konsepsiyanın gerçəkləşməsində mövcud regional və qlobal şəraiti, ictimai-siyasi proseslərin yaratdığı reallığı nəzərə alır. Bu tarixi şəraitin yetişməsi və rəsmiləşməsinə nəzər salaq:

31 dekabr 1989-cu il. Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə 70 il göz bəbəyi kimi qorunan SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı. Bu hərəkatı doğuran səbəblər, əlbəttə, on illiklər boyu bir-birindən təcrid edilmiş, aralarında keçilməz sədlər çəkilmiş Azərbaycan xalqının təbii hissləri ilə bağlı olsa da, bu hərəkat əslində, Sovet İttifaqının müstəmləkəçi siyasətinə, kommunist ideoloji sisteminə qarşı xalqın bütün demokratik, azadlıqsevər qüvvələrinin etiraz hərəkatı idi. Belə bir dövrdə Vətənə qayıdan, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev əhalini möhkəm milli-mənəvi birliyə, Azərbaycan Respublikası üçün təəssübkeşlik etməyə, onun uğrunda çalışmağa və mübarizə etməyə çağırdı. Beləliklə, Azərbaycanda müstəqil dövlət quruculuğunun bir sıra mühüm addımları Naxçıvanda, hələ Sovet hakimiyyətinin mövcud olduğu bir zamanda Heydər Əliyevin siyasi iradəsi ilə atılmağa başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da iki il əvvəl baş vermiş və tariximizə Sərhəd hərəkatı günü kimi düşmüş 31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü olaraq qeyd edilməsi məsələsi Ali Məclisdə geniş müzakirə edildi və tarixi qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edildi və həmin tarixdən etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində olduqca mühüm rol oynayır.
Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Eyni zamanda, milli adət və ənənələrin, mədəni dəyərlərin mühafizəsi, yeni nəsillərə ötürülməsi dünyadakı bütün soydaşlarımızın mənəvi borcudur. Digər tərəfdən, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir. Ümumiyyətlə, həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin edən, milli-etnik platformada milli yaddaşı bərpa edən, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşdirilməsi deməkdir.
Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.
II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının milli həmrəylik nümayiş etdirməsi, xalq-ordu birliyinin əzəməti dünyanı heyran qoydu. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etməklə bərabər öz Liderinin apardığı mücadiləyə hər cür dəstək verdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı və biz böyük bir tarixi hadisəyə- Zəfərə imza ata bildik.
Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi və əsasını qoyduğu tarixi həmrəyliyin əsil mahiyyəti də budur. Bu yol hələ çox davam edəcək. Xalqımız, dövlətimiz var olduqca bu günün fəlsəfi mənası da özünün möhtəşəmliyini sübut edəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-12-2022, 11:51 Oxunub: 86
Bölməyə aid digər xəbərlər
29-12-2022, 09:03
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
28-12-2022, 12:23
Zöhrab Camalov: Milli həmrəyliyin Zəfər təntənəsi
28-12-2022, 11:03
Eltun Süleymmanov: “Tariximizin şanlı Zəfər səhifəmiz milli birliyimiz və həmrəyliyimiz sayəsində yazıldı”
27-12-2022, 11:03
Həmrəylik və milli-mənəvi birlik müstəqilliyimizin simvoludur
26-12-2022, 22:56
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub”
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
29-12-2021, 11:00
Eldar Quliyev: Həmrəyliyimiz bizi böyük Zəfərə apardı
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək