16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Şafiq Heydərov: Biz birlikdə güclüyük!
Sabirabad Rayon Suvarma Sistemlər idarəsinin rəisi Şafiq Heydərov - Qardaş Türkiyənin 10 vilayətini əhatə edən zəlzələ nəticəsində baş verən faciə Azərbaycanı da yasa boğub. Xalqımız türkiyəli qardaşlarımızın acısını bölüşür, dərdinə şərik olur, onlara hər cür arxa-dayaq olmağa çalışır.
Bu ağır günlərdə Türkiyənin dərdinə şərik olan, zərərçəkənlərin imdadına ilk yetişən Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qardaş ölkəyə hərtərəfli yardım göstərir.
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.
Öz liderlərinin mövqeyini dəstəkləyən xalq və dövlət qurumları qardaşlarımıza yardım üçün xilasedici dəstələr, texniki vasitələr göndərməyə başladı. Az bir müddət içərisində ayağa qalxan Azərbaycan xalqı türkiyəli qardaşlarımıza həm mənəvi, həm də maddi dəstək üçün əlindən gələni əsirgəmədi. Bu günlərdə ölkənin hər tərəfində yardım kampaniyası sürətlə davam edir. Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var, onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu fevralın 7-də keçirilən brifinqdə ölkəmiz haqqında bu fikirləri bildirib. "Hər çətin anımızda Azərbaycan yanımızda oldu. Azərbaycanın göstərdiyi dəstək işimizi asanlaşdırır. Başqa ölkələrdən də yardımlar gəlir, lakin yardım göndərən ilk ölkə Azərbaycan oldu. Hazırda da onlar axtarış-xilasetmə işlərinə davam edir".
Baş verən faciədə zərəçəkən qardaş-bacılarımıza yardım göstərmək üçün ictimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Hazırda vəziyyətin son dərəcədə ağır olduğunu, qardaş türk xalqıyla həmrəyliyin vacibliyini nəzərə alaraq Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyinin yetkililəri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində, dəstəkçi təşkilat olan KOBİA-nın təmsilçisinin də qatılmasıyla “Qardaş Köməyi” platforması təsis edib. Ölkə başçısı İlham Əliyev bildirib ki, “Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.”
Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftəlik matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib. Azərbaycan xalqının bu faciəni öz dərdi kimi qəbul etməsini, yasa bürünməsini görən digər dövlətlərin Bakıda yerləşən səfirlikləri də bu matəmdə xalqımıza, Türk dünyasına hörmət əlaməti olaraq bayraqları endirib.
Qardaş Türkiyə Azərbaycan xalqının ürəkdən gələn ağrısını, dəstək üçün çabalarını yüksək qiymətləndirir. Bir-birinin ardınca yola düşən təyyarələr, TIR-lar, yük maşınları dayanmadan qardaş xalqın köməyinə tələsir. FHN-in 700 nəfərdən artıq şəxsi heyəti zəlzələ rayonunda durmadan çalışır. Bu bizim qardaşlığımızın bariz nümunəsidir, “Bir millət, iki dövlət” deyiminin reallıqda təcəssümüdür. Bu qardaşlıq və birlik sayəsində zəlzələnin nəticələri aradan qaldırılacaq və yaralarımız sarınacaqdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-02-2023, 11:36 Oxunub: 230
Bölməyə aid digər xəbərlər
14-02-2023, 09:52
Natiq Talıbov: Böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuş, bir – birinə dəstək olmuşlar
14-02-2023, 09:43
Kamaləddin Qafarov: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”
13-02-2023, 15:02
Fəqan Azadəliyev: Mənəvi borc
13-02-2023, 12:49
Gülnarə xanım Məmmədova: Birgə yaşayırıq: qürur anlarımızın fəxrini, hüznlü günlərimizin acısını...
12-02-2023, 11:40
Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər -Fotolar
6-02-2023, 09:47
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 15:16
İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi