16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı”

“Xocalı soyqırımına baxmaq kifayət edir ki, cinayətkar erməni siyasətinin mahiyyətini dərk edəsən. Bu, onların əsl simasıdır. Belə çirkin əməlləri ilə tarixin yaddaşında qara səhifələr açıblar. Düşmənçilik, ərazi iddiaları, təcavüz, terror, soyqırımı onların xain xislətinin əlamətləridir. Tarixdən məlumdur ki, ermənilər bu ərazilərin sakinləri deyil, onlar əzəli Azərbaycan torpaqlarına sonradan və çirkin məqsədlərlə köçürülüblər. Bu, elə də uzaq tarix deyil, yaxın 200 ili əhatə edir. İlk gündən Azərbaycan torpaqları hesabına uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayıblar. Həmin yalançı iddia, təcavüzkar siyasət minlərlə dinc sakinin ölümünə, yaşadıqları ərazidən qovulmasına səbəb olublar. Hər zaman tarixdə yaranmış boşluqları özləri üçün fürsət bilib qanlı cinayətlərə əl atıblar”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımı ümumilikdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən qanlı cinayətdir: “Həmin gecə dinc sakinlər qətl edilib, körpələr, qadınlar, qocalar öldürülüb. Demək olar ki, bütün şəhər amansızcasına məhv edilib. Bu hadisə Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi son dərəcə ağır və dəhşətlidir. Azğın ermənilər Xocalıda insanlar üzərində tamamilə təhqiredici hərəkətlərə əl atıblar, insanların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Təbii ki, bu əməllər insan xarakterinə aid deyil, amma millətçi-şovinist ermənilər bunu ediblər. Hətta bu əməli törədənlər özlərini qəhrəman sayıblar, dövlətlərindən mükafatlar alıblar”.
AHİK sədri qeyd edib ki, Xocalı faciəsinə ilk siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib: “Belə ki, onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Həmçinin Ulu Öndərin 1997-ci ildə imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəal iş aparılır.
Məhz bunun nəticəsidir ki, artıq Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları müvafiq parlament qətnamələri qəbul ediblər. Həmçinin soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Bu yerdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasını qeyd etmək istəyərdim. Kampaniya bir çox ölkələrdə fəaliyyət göstərir, sərgilər, toplantılar, konfranslar, seminarlar keçirilir”.
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu məhv etdi, Şərqi Zəngəzuru və Qarabağı böyük qəhrəmanlıqlar göstərərək işğaldan qurtardı. Üçrəngli, ay-ulduzlu bayrağımız bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanır. Bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının ruhu şaddır, onların qanı yerdə qalmadı, qisasları döyüş meydanında layiqincə alındı”, - Milli Məclisin deputatı deyib.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-02-2023, 15:07 Oxunub: 132
Bölməyə aid digər xəbərlər
23-02-2023, 10:14
Rövşən müəllim: Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
29-03-2022, 11:00
Turə Qasımova: Tarixi yaddaşımızdan silinməyən soyqırım
29-03-2022, 08:00
Namizəd İsmayılov : 31 mart Soyqırımını xalqımız heç vaxt unutmayacaq
23-02-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO