16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycan Prezidentinin minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi təşəbbüsü mina çirklənməsinə məruz qalmış bütün ölkələrin maraqlarına xidmət edir”

“2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan bu illər ərzində təşkilatın dünyada nüfuzunun daha da artmasında önəmli rol oynamışdır. Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın ali məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bir daha vurğuladı. Qeyd olundu ki, dünyada pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan dünya ölkələrini iflic vəziyyətə sala biləcək özünəqapanma tendensiyasına qarşı çıxaraq 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alınmış və bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün məhz həmin məlumat bazasına istinad etmişdir. Azərbaycanın irəli sürdüyü daha bir mühüm təşəbbüs BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi ilə bağlı oldu ki, bu təklif də BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 2020-ci ilin dekabr ayında xüsusi sessiya keçirildi və 70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu tədbirdə Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edildi. Təşkilat bütün ölkələr üçün peyvəndlərin ədalətli bölgüsünü və əlçatanlığını təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Əlbəttə ki, pandemiya dövründə Azərbaycanın bilavasitə özünün koronovirusla bağlı digər ölkələrə etdiyi yardımlar da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, həmin dövrdə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat daha sonra Prezident İlham Əliyevin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı ifadə etdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Məlumdur ki, bütün dünyada ərazilərində hərbi münaqişələr baş vermiş, hərbi əməliyyatlr aparılmış bir çox ölkələr minalarla, partlamamış hərbi sursatlarla çirklənmədən əziyyət çəkirlər. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın da adı belə ölkələrin siyahısında ön sıralardadır. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində bu torpaqlarda total minalama həyata keçirmişdir. Hətta bu gün, münaqişənin başa çatmasından artıq iki ildən çox müddət keçməsinə baxmayaraq ermənilərin basdırdıqları həmin minaların partlayışlarından dinc Azərbyacan vətəndaşları dünyalarını dəyişirlər. Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatdığı gündən bəri 300 azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya yaralanmışdır. Sözsüz ki, azad edilmiş ərazilərin həm də yüksək sıxlıqla minalanmış olması bu ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərinin sürətini də aşağı salır. Eyni səbəbdən keçmiş məcburi köçkünlərin geri dönməsi ləngiyir. Bütün bunlar ölkəmiz üçün humanitar minatəmizləmənin əhəmiyyətini son dərəcə artırır. Cənab Prezident İlham Əliyev öz çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə olduğunu əsaslandırılmış şəkildə bəyan edərək, Qoşulmama Hərəkatına üzv olan ölkələri Azərbaycanın minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi təşəbbüsünü dəstəkləməyə çağırdı. Həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, cənab Prezident İlham Əliyev Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifini irəli sürdü. Sözsüz ki, belə bir qurum minalarla çirklənmiş ölkələrin üz-üzə qaldıqları problemin qlobal miqyasda beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətli rol oynaya bilər.”
Həmçinin A.Naxçıvanlı Təmas Qrupunun Zirvə görüşündə BMT sistemində aparılan islahatlar mövzusunun müzakirəyə çıxarılmasını vaxtında atılmış vacib addım olduğunu qeyd edib: “Bu gün BMT sistemində islahatların, xüsusilə də Təhlükəsizlik Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsinin zəruriliyi artıq bütün dünyada getdikcə daha çox müzakirə olunan mövzulardan biridir. Qeyd etmək lazımdır ki, dünyanın ən mötəbər təşkilatlarında etdiyi çıxışlarında bu məsələnin müzakirəyə çıxarılmasını ilk olaraq təklif edən dövlət başçılarından biri məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev olmuşdur. O cümlədən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında da möhtərəm dövlət başçımız BMT Təhlükəsizlik Şurasının artıq müasir dövrün tələblərinə cavab vermədiyini, strukturun tərkibinin genişləndirilməsinin və orada daha çox ölkənin təmsil olunmasının vacibliyini qeyd etdi.
Hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyev bu dəfə də Qoşulmama Hərəkatının nüfuzunun və qlobal proseslərdə rolunun, həmin proseslərə müdaxilə imkanlarının artmasına xidmət edəcək təşəbbüs irəli sürərək bildirdi ki, BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Dövlət başçısı Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırdı.”
Bölməyə aid digər xəbərlər

Tarix: 3-03-2023, 11:34 Oxunub: 79
Bölməyə aid digər xəbərlər
3-03-2023, 11:27
Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Zirvə görüşündə irəli sürdüyü təşəbbüslər dünya üçün çox aktualdır”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
12-01-2023, 10:45
Aqiyə Naxçıvanlı: “Prezidenti İlham Əliyevin qətiyyətli bəyanatları bunu deməyə əsas verir ki, Azərbaycan yeni dünya düzənində öz yerini aydın görür”
26-12-2022, 22:56
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
4-07-2022, 16:58
Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin xalqımızın ədalətli mübarizəsinə verdikləri dəstəyi hər zaman yüksək qiymətləndirib
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
11-10-2021, 14:17
İlham Əliyev Qoşulmama Hərəkatının Toplantısında çıxış edib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO