16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Cəmilə Talıbova: Xalqının sağlamlığının qorunmasına böyük töhfə verən alim

Uşaq Reabilitasiya Mərkəzinin baş həkimi Cəmilə Talıbova - Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyeva XX əsrin ortalarında tibb elmində inqilabi kəşflərə imza atmışdı. Ötən əsrin 40-cı illərində gözü zədələyən və ağır nəticələrə səbəb olan traxoma infeksion xəstəliyi Azərbaycanda geniş yayılmışdır. Bu xəstəliklə mübarizə tək oftalmologiya sahəsində deyil, ümumilikdə Azərbaycan səhiyyəsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım Əliyeva bu xəstəliyin müalicəsi istiqamətində aparılan profilaktik tədbirlərin təşkilində yaxından iştirak etməklə yanaşı traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedərək həkim oftalmoloqlara məruzələr oxuyurdu. Görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyeva 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış və 1950- ci ildə aspiranturaya daxil olaraq elmi axtarışları davam etdirmişdir. Zərifə xanım 1960-cı ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almış və onun təklif etdiyi müalicə metodu bütün respublikada tətbiq edilmiş, ölkəmiz bu xəstəlikdən xilas olmuşdur. Bununla da Zərifə xanım Azərbaycan elminə və Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfə vermiş oldu. 1960-1967-ci illərdə Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdığı zaman, 1963- cü ildə SSRİ Ali Attestasiya komissiyası "Oftalmologiya" ixtisası üzrə ona böyük elmi işçi ixtisası vermişdir. 1967-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna dosent vəzifəsinə dəvət olunur. Bu instutut uzun illər həmin kafedraya rəhbərlik etmiş Zərifə xanım Əliyevanın atası Əziz Əliyevin adını daşıyır. Bu illərdə Zərifə xanım ən mürəkkəb göz əməliyyatları aparmaqla yanaşı bu sahədə fəaliyyət göstərən həkimlərlə də pedaqoji iş aparırdı. Traxoma ilə yanaşı qlaukoma xəstəliyinin öyrənilməsi sahəsində də Zərifə xanım Əliyeva "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanlarının vəziyyəti" mövzysunda yazdığı dissertasiya işi Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda yüksək qiymət almışdır. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru elmi dərəcəsi almışdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru, 1983-cü ildə kafedra müdiri seçilmişdir. Zərifə xanım Əliyevanın göz xəstəliklərinə aid məqalələri elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Zərifə xanım Əliyeva ən aktual mövzularl əhatə edən bir sıra monoqrafiyalarln müəllifi olmuşdur. Bu monoqrafiyalar oftalmoloqlarla yanaşı fizioloqların da diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyevanın müəlliflərindən biri olan "Terapevtik oftalmologiya" kitabı müasir dövrdə də oftalmoloqların stolüstü kitabı olaraq qalmaqdadır.
_5973430956.jpg)
Zərifə xanım Əliyeva 150 -dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. 1981-ci ildə Zərifə xanım Əliyeva oftalmologiya sahəsində ən nüfuzlu mükafat - SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına mükafata layiq görülmüşdür. Zərifə xanımın səhiyyə sahəsində kadrların hazırlanmasında və həkimlərin təkmilləşdirilməsi işində də böyük zəhməti olmuşdur. Alimin rəhbərliyi ilə oftalmologiya sahəsində yüzlərlə gənc həkim ordusu yaranmışdı. Böyük xidmətlərinə, çoxillik təqqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan SSRİ EA nın akademiki seçilmişdir.
Zərifə xanım böyük alim olmaqla yanaşı ictimai işlər də aparırdı. Zərifə xanım Azərbaycan ziyalısının ən gözəl nümunələrini özündə təcəssüm etdirirdi. Zərifə xanım Əliyeva 1982-ci il aprel ayının 15-də Moskvada vəfat etmişdir. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zərifə xanım Əliyevanın 100 illiyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalamışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmlər Akademiyası Zərifə xanımın 100 illiyinə dair Tədbirlər Planı hazırlayaraq həyata keçirir.
Zərifə xanımın həyat yoldaşı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman bu böyük alim, ideal ömür gün yoldaşı haqqında çox dəyərli fikirlər söyləmişdi. Heydər Əliyevin: "Azərbaycan xalqının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, sədaqət, humanizm kimi ali hisslərlə birləşdirərək əsil insanlıq zirvəsinə yüksəlib" söyləməsi həqiqətən də Zərifə xanımın nə qədər ülvi, və dəyərli bir insan olduğunu sübut edir. Prezident İlham Əliyev də anası Zərifə xanımla bağlı olan fikirləri hər zaman dilə gətirmiş, onun necə güclü və qürurlu qadın olduğunu vurğulamışdı.
Zərifə xanım böyük alim, sədaqətli ömür gün yoldaşı, eləcə də qayğıkeş ana kimi hər zaman Azərbaycan qadınına bir örnəkdir.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-04-2023, 10:21 Oxunub: 445
Bölməyə aid digər xəbərlər
17-04-2023, 10:54
Eltun Süleymanov: “Zərifə Əliyeva xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir”
15-04-2023, 09:36
Fuad Hacıyev: Əsl elm fədaisi...
17-04-2023, 08:57
Aqiyə Naxçıvanlı: “Zərifə xanım Əliyevanın xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır”
15-04-2023, 09:39
Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”
15-04-2023, 09:00
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
4-04-2023, 11:06
Cəmilə Talıbova: Tarixi Zəfərin sütunu
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
28-04-2022, 08:51
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür
15-04-2022, 10:57
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
21-01-2021, 22:57
Dr. Cəmaləddin Əzizov-Uşaq xəstəlikləri nədir?
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 12:29
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 17:28
Həkim Elnarə Cəlilova: “Xəstələrin 20 faizi 27-40 yaşlı insanlardır”