16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Ana dili Ulu Öndər Heydər Əliyev üçün hər zaman müqəddəs olub”

“Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi təşkil edirdi. O, bu məsələləri strateji hesab edir və çalışırdı ki, xalqımıza məxsus bütün milli xüsusiyyətlər qorunub saxlansın. Heç kimə sirr deyil ki, bu, sovet hakimiyyəti illərində nə qədər həssas məqam idi. Amma xalqımızın böyük oğlu Heydər Əliyev heç nədən çəkinməyərək bu işləri qətiyyətlə bacarırdı. Təbii ki, bu da onun xalqına, doğma Vətəninə olan sonsuz sevgisindən irəli gəlirdi. Onun əsas diqqət yetirdiyi məsələlərdən biri xalqımızın dili idi. Ulu Öndər yaxşı bilirdi ki, xalqın dili onun həyatında nə qədər önəmlidir. Belə ki, xalqımızın milli mənlik şüurunun inkişafında, özünüdərkində dilimizin rolu əvəzsiz olub. Eləcə də dünyanı fəth edən ədəbiyyatımızın yaranması və inkişafı da bilavasitə dilimizlə bağlıdır. Məlumdur ki, sovetlər dönəmində rus dili hakim idi, bütün rəsmi tədbirlərdə rus dilində danışılırdı və bu, bir ənənə halını almışdı. Sovet ittifaqına daxil olan respublika rəsmiləri içərsində bu stereotipi sındıran ilk şəxs Heydər Əliyev oldu. Belə ki, o, 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində böyük cəsarət göstərərək öz ana dilində - Azərbaycan dilində çıxış etdi. Onun bu qətiyyətli addımı bütün ölkəyə yayıldı, xalqda milli ruhu oyatdı. Ulu Öndər bununla xalqının kimliyini ortaya qoymuş oldu”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“1970-ci illərin ortalarından SSRİ rəhbərliyi ittifaqa daxil olan respublikaların milli dili məsələsinə ehtiyatla yanaşır, bunu sıxışdırıb aradan çıxarmağa çalışırdılar. Hətta elə bir şərait yaranmışdı ki, respublika rəhbərləri bu məsələyə toxunmağa belə qorxurdular. Məhz həmin dönəmdə Ulu Öndər cəsarətlə öz mövqeyini ortaya qoydu. Belə ki, 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edilir. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırlayır və ümumxalq müzakirəsinə verir. Ümumxalq müzakirəsindən sonra - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilir. Burada məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və gərgin mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa öz əksini tapır. Beləliklə, Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” kimi qeyd edilir. Həmin vaxt bu, SSRİ rəhbərliyində etiraza səbəb olur. Bildirirdilər ki, digər respublikalarda belə bir şey yoxdur. Amma Heydər Əliyev Moskvanın qarşısında qətiyyətlə dayanır və Azərbaycan dilinə dövlət dili statusunu qazandırır. Bu addım Heydər Əliyevin xalqımız, dövlətimiz, Vətənimiz qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bununla o, milli varlığımızı təmin etmiş oldu”, - Milli Məclisin deputatı bildirib.
AHİK sədri əlavə edib ki, Ulu Öndər həmin dövrlərdə dilimizin qorunması, zənginləşdirilməsi, bu sahə üzrə peşəkar mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görürdü: “Dilçi alimlərə yüksək diqqət və qayğı ilə yanaşır, ana dilində kitabların sayının çoxaldılmasına çalışırdı. Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ana dili Ulu Öndər üçün vacib məsələ olub. Onun təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi öz əksini tapdı. Eləcə də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında imzalanmış fərman və sərəncamlar, 2003-cü ildə Azərbaycan Respublikasının Dövlət Dili Haqqında Qanunun qəbul edilməsi dövlətimizin dil siyasətinin müəyyənləşməsində və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayıb”.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-04-2023, 09:18 Oxunub: 61
Bölməyə aid digər xəbərlər
19-04-2023, 09:58
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli mənafelərimizə xidmət edən mövqeyini dil məsələsində də qətiyyətlə bildirmiş və müdafiə etmişdi”
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
1-08-2022, 09:31
Səttar Möhbalıyev: “Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür”
26-07-2022, 13:49
Azərbaycanda ana dilimizə həssas yanaşma siyasi varislik və ənənələrə sadiqliklə təmin edilir
21-04-2022, 14:42
Rüstəm Nağıyev: “Ulu Öndərin səyləri ilə Azərbaycanda hətta SSRİ dönəmində də gəncliyin ana dilində təhsilinə üstünlük verilib”
20-04-2022, 09:09
Kamaləddin Qafarov: “Ulu Öndər dilimizin qorunmasına böyük önəm verirdi”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
7-07-2020, 16:49
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI