16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Azərbaycan Avropada strateji tərəfdaşlarının sayını artırır”

“Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına etdiyi işgüzar səfəri ölkəmizin Avropanın enerji təhlükəsizliyi ilə bağlı iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələrin icrası istiqamətində atılmış növbəti mühüm addım oldu. Səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanmasını enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından yüksək qiymətləndirib”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.
Millət vəkili dövlətimizin başçısının altı ay əvvəl Bolqarıstana rəsmi səfər etdiyini, eləcə də bir ay əvvəl Bolqarıstan Prezidenti R.Radevin Azərbaycanda rəsmi səfərdə olduğunu xatırladıb. “Məlumdur ki, icrasına ötən ilin oktyabr ayında start verilmiş, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını daha da genişləndirmək imkanını yaratdı. Aprelin 26-da imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra isə Avropada enerji təhlükəsizliyini birmənalı olaraq daha da gücləndirəcək və Azərbaycana daha çox Avropa ölkəsinə qaz ixrac etməyə fürsət yaradacaq.”
Deputat Azərbaycanın Avropada strateji tərəfdaşlarının sayının getdikcə artdığını və bunun mühüm göstərici olduğunu vurğulayaraq deyib: “Bu gün Azərbaycanın nail olduğu uğur və qələbələrin əldə edilməsində Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu müstəsna rol oynayır. Məhz bu siyasi kurs ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsini, həm də bunun sürətlə baş verməsini təmin edir. Bu gün Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Prezidentimizin də qeyd etdiyi kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox yaxşı gələcəyi var. Məlum olduğu kimi, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Hazırda Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya ixrac olunan Azərbaycan qazı, əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Macarıstana və Slovakiyaya da çatdırılacaq. Beləliklə, “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda Slovakiya da enerji sahəsində Azərbaycanın tərəfdaşına çevriləcək. Bununla da ölkəmizin qaz təchizatının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndiriləcək. Lakin bu da perspektiv planların son həddi deyil. Cənab Prezident İlham Əliyev Azərbaycanın Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırdığını diqqətə çatdırdı və bildirdi ki, “Həmrəylik Halqası” müştərək geniş planların icrasında mühüm rol oynayacaq.”
K.Qafarov öz açıqlamasında Azərbaycanın bərpaolunan enerji ehtiyatlarının da Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin dərinləşməsində xüsusi rolu olacağını qeyd edib: “Məlumdur ki, bu gün təbii qaz ölkəmizin Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, Azərbaycan həm də xam nefti ixrac edən iri təchizatçı kimi özünü etibarlı tərəfdaş olaraq təsdiqləyib. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracın bir hissəsidir. Bu gün Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində intensiv çalışmalar aparılır. Bu məqsədlə Azərbaycan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalayıb. Bu razılaşmalarda ilkin olaraq 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı nəzərdə tutulur. Artıq ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə start verilib. Ümumilikdə isə Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Göründüyü kimi, 1994-cü ildə imzalanmış möhtəşəm “XX əsrin müqaviləsi” ilə başlanan neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra “yaşıl hidrogen”ə qədər ən müxtəlif enerji layihələri Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi baxımından önəmini getdikcə artırır. Prezident İlham Əliyevin dediyi kimi, Avrasiyanın enerji xəritəsi yenidən cızılır və Azərbaycan bu prosesdə mühüm rol oynayır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-04-2023, 09:02 Oxunub: 64
Bölməyə aid digər xəbərlər
27-04-2023, 15:04
Eltun Süleymanov:” Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilib”
25-04-2023, 12:52
Azərbaycan-Bolqarıstan əməkdaşlığı - Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
9-02-2023, 11:58
Kamaləddin Qafarov: “Enerji təchizatının şaxələndirilməsi zəruridir”
8-02-2023, 13:18
Azərbaycan-Rumıniya əməkdaşlığı Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə çox böyük töhfə verəcəkdir
4-02-2023, 09:59
Eltun Süleymanov: "Azərbaycan-Rumıniya əməkdaşlığı , bir sıra infrastruktur sahələrinin inkişafı üçün zəmin yaradacaqdır"
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
6-10-2022, 11:12
Kamaləddin Qafarov: “Bu gün Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır”
1-07-2022, 13:29
Prezident kəşfiyyat və əks-kəşfiyyatla bağlı fərman imzaladı
6-06-2022, 15:13
Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
4-02-2022, 09:18
Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI