16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Heydər Əliyevin fəaliyyətinin nəticəsi bugünkü qüdrətli Azərbaycandır”

“Bu gün Azərbaycan tarixində əlamətdar bir gündür. Dərin biliyini, qazandığı zəngin təcrübəni, Uca Yaradanın ona bəxş etdiyi istedadı, mənalı və şərəfli ömrünü yalnız mənsub olduğu xalqına həsr edən, bunu özünün həyat amalına çevirən və bu yolda usanmadan uzun bir yol alan, xalqının ümid çırağı, nümunəvi azərbaycanlı Heydər Əliyevin doğum günüdür. Doğulduğu gündən onun düşüncələrində özü üçün yox, “xalqım üçün nə etməliyəm” fikirləri hakim idi. O, bu istəklərlə həyata yol aldı və ancaq doğma xalqı üçün çalışdı. Tutduğu yol müqəddəs, nəcib, vicdanlı olduğu üçün Uca Yaradan hər zaman ona dayaq durdu. Hansı vəzifəni daşıdısa, məqsəd bir idi - yalnız xalqa xidmət. Çünki Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevirdi, azərbaycanlı olduğu üçün hər zaman fəxr edirdi. O, xalqının tarixini dərindən öyrənmişdi. Bilirdi ki, Azərbaycan xalqı kamil, savadlı bir xalqdır, qüdrətli dövlətlər yaradıb, böyük ədəbiyyata, zəngin mədəniyyətə sahibdir. Ona görə də Heydər Əliyev xalqı üçün gördüyü işlərdə yalnız xalqdan güc aldı, vəzifələrinin ilk pillələrindən sonadək bu yolla addımladı”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Xalqımız çətin anlarında yalnız ona üz tutdu, bu dahi insanın gücünə, qabiliyyətinə, şəxsiyyətinə və ona olan sevgisinə qəlbən inandı. Əmin idi ki, Heydər Əliyev bacaracaq. Budur Azərbaycan xalqının müdrikliyi, kamilliyi, çünki qəbul etdiyi qərar tam doğru idi, taleyini Heydər Əliyevə etibar etməkdə yanılmamışdı. O, sovet Azərbaycanına rəhbərlik etməyə başlayarkən respublikamızda vəziyyət tarixdən məlumdur. Demək olar ki, digər ittifaq respublikalarından bütün göstəricilərinə görə geridə idi. Moskvadan Azərbaycana laqeyd münasibət var idi, əsasən aqrar respublika kimi xarakterizə olunurdu və o da çox aşağı səviyyədə. Amma Heydər Əliyev qısa müddətdə xalqımızın potensialını ortaya qoydu, bütün sahələrin inkişafına nail oldu. Azərbaycanın ittifaq miqyasında nüfuzu artdı, rəqabətqabiliyyətli bir respublikaya çevrildi. Heydər Əliyevin qətiyyəti və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olundu. Buna misal olaraq Bakı Məişət Kondisionerləri Zavodunun adını çəkmək istərdim. Həmçinin həmin dövrdə Ulu Öndərin tikdirdiyi elə müəssisələr var ki, onlar bu gün də iqtisadiyyatımızın gücləndirilməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Məhz onun rəhbərliyi ilə Azərbaycanda yeni binalar, mədəniyyət obyektləri tikildi. Ulu Öndərin diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. Onun respublikamıza rəhbərliyi dövründə əhaliyə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Təbii ki, həmin dövrdə bilavasitə Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış nailiyyətləri saymaqla qurtarmaq olmaz. Amma ümumiləşdirib onu deyə bilərəm ki, Moskva Azərbaycanın gücünü və əhəmiyyətini başa düşdü, hər məsələdə onunla hesablaşdı”, - AHİK sədri bildirib.
“Baş verən hadisələri dərindən analiz etsək, görərik ki, ötən əsrin sonlarında Azərbaycanın başına gələn bəlalar Heydər Əliyev Moskvadakı vəzifəsindən uzaqlaşdırılandan sonra başladı. Düşmənlərimiz anlayırdı ki, Heydər Əliyev var ikən çirkin planlarını həyata keçirə bilməyəcəklər. Məhz Qarabağ münaqişəsi o, istefaya getdikdən bir neçə gün sonra başladı, xain düşmənlərimizin əli-qolu açıldı, xalqımızın baş üzərini qara buludlar almağa başladı. İmperiya dağıldıqdan sonra bu proses geniş vüsət aldı. Xalqımız müstəqil olsa da, amansız müharibə davam edir, torpaqlar itirilir, ölkədə anarxiya, xaos baş alıb gedirdi. Belə şəraitdə xalqın güzaranından danışmaq, ümumiyyətlə, yersizdir. Həmin vaxt Heydər Əliyev Azərbaycan xalqının yeganə çıxış yolu oldu, xilas yolu onun timsalında göründü. Heydər Əliyevi Naxçıvandan gətirən təyyarənin Bakıya enməsi ilə xalq dərindən nəfəs aldı, əmin oldu ki, artıq etibarlı əldədir. Bax budur Azərbaycan xalqının müdrikliyi, çünki çətin anda dəqiq və düzgün qərar qəbul etməyi bacarır. Bir nüansa diqqət çəkmək istərdim. Ulu Öndər Bakıya gələrkən nə komandası var idi, nə də silahı. O yalnız geniş biliyi, zəngin təcrübəsi və xalqına olan sonsuz sevgisi ilə ağır və şərəfli işə başladı. Nəticəyə gəldikdə isə hazırkı Azərbaycana baxmaq kifayətdir... Bu gün Şuşadan ucalan muğam səsi bütün dünyanı xəyallara qərq edib”, - Milli Məclisin deputatı vurğulayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-05-2023, 09:55 Oxunub: 31
Bölməyə aid digər xəbərlər
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
12-12-2022, 09:22
Səttar Möhbalıyev: “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar lider kimi əbədi yaşayacaq”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
1-10-2022, 11:33
S.Möhbalıyev: “Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır”
25-08-2022, 23:09
MEHRİBAN ƏLİYEVAYA XAS OLAN YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR BİR MƏDƏNİYYƏT MƏKTƏBİ KİMİ ÖYRƏNİLMƏLİDİR
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO