16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Eltun Süleymanov: “ Azərbaycan -Litva əməkdaşlığı hər iki ölkənin maraqlarına cavab verir”

“Azərbaycan və Litva tarixi əlaqələrə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Görkəmli şəxsiyyət Vincas Kreve-Mickevicisun 1919-cu ildə müstəqil Azərbaycan dövlətində Litvanın konsulu kimi çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun Baş Qərargah rəisi olmuş general-leytenant Məhəmməd (Matvey, Matsey) Sulkeviç mənşəcə Litva tatarlarındandır. 1920-ci ildə Cümhuriyyət süqut etdikdən sonra o, bolşeviklər tərəfindən həbs olunub və Bayıl həbsxanasında güllələnib. Azərbaycanın görkəmli dövlət xadimi olan general-leytenant güllələnmə üçün aparılarkən “Xoşbəxtəm ki, müsəlman ordusunun əsgəri kimi ölürəm” söyləyib.
Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.
Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Azərbaycanın Avropa İttifaqı üçün önəminin daha bir nümunəsi qurumun 9 üzv ölkəsi ilə artıq strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamasıdır. Bu, üzv dövlətlərin üçdəbiri deməkdir.
Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, “Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Belə ki, səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi və mühüm sənədlərin imzalanması ilə başa çatmışdır. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
Ölkəmizin başçısı Azərbaycan-Litva münasibətlərini yüksək səviyyədə olduğunu qeyd edərək bildirmişdir ki, “Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk. Prezident Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.”
Müsahibimiz qeyd etmişdir ki, “cənab Prezident İlham Əliyev Cənubi Qafqaz regionunda gedən proseslərdlə bağlı bilirdi ki, bu gün bu regionda sülhün bərqərar olması xüsusilə vacib məslələrdəndir. Bu həm regionun unkişafına, həm də bir sıra n\əqliyyat dəhlizlərinin açılmasına xüsusi imkan yaradacaqdır. Cənab Prezident çıxışında qeyd etmişdir: “Bu gün biz regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi apardıq. Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırdım. Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir.”
Müsahibimiz son olaraq qeyd etmişdir ki, “bu görüşlər, imzalanan sənədlər bir daha onu deməyə əsas verir ki. Azərbaycanın beynəlzalq nüfuzu getdikcə yükəslir və bu yüksəliş birbaşa ölkə başçısının həyata keçirdiyi xarici siyasət sayəsində mümkün olmuşdur. Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar - 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir. Bu münasibətlər ölkəmizin inkişafında mühüm rol oynamaqla yanaşı, həm də əhlükəsizlik baxımından bir sıra məslələrin həllində mühüm rol oynayacaqdır. Öz növbəsində Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Litva ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 23-05-2023, 08:57 Oxunub: 91
Bölməyə aid digər xəbərlər
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
2-03-2023, 11:02
Eltun Süleymanov: “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”
27-12-2022, 10:36
Eltun Süleymanov: “Tarixi torpaqlarımıza qayıdış günü yaxındadır”
21-12-2022, 09:48
Eltun Süleymanov: Bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir
25-11-2022, 10:54
Eltun Süleymanov: Azərbaycan-Serbiya əməkdaşlığı dostluğa və sttarteji əməkdaşlığa yeni töhfədir
28-05-2022, 08:51
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi
28-05-2022, 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd edilir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO