16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Özünəməxsusluğumuzun və ləyaqətimizin müdafiəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsiiyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb və maraqla qarşılanmışdır. Müsahibənin aktuallığı və konkret məslələrə münasibət bildirilməsi, Cənubi Qafqaz regionunda baş verən proseslərə qətiyyətli münasibət baxımından diqqət çəkmişdir.
Müsahibədə cənab Prezident ilk növbədə ümummilli lider Heydər Əliyevlə bağlı sualları cavablandırarkən qetyd etmişdir ki, bugünkü Azərbaycan Heydər Əliyevin gərgin siyasi mübarizəsinin əsəridir: “O, yaxşı dərk edirdi ki, bu, ona baha başa gələ bilər. Biz Sovet İttifaqında yaşayırdıq, ölkənin dağılmasına hələ iki il qalırdı və 1990-cı ilin yanvarında bunu hələ heç kəs təsəvvür edə bilməzdi. Yüzdən artıq günahsız insanın, mülki vətəndaşın həyatına son qoyan bu zorakı və qanlı hücumu pisləmək böyük cəsarət və xalqa sevgi tələb edirdi.
Bununla yanaşı, o, sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. O, bunları nəzərə almalı idi, lakin onun üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi. Bu, onun üçün və bizim üçün mürəkkəb dövr idi, lakin ailəmiz bir yerdə idi.
Eyni vəziyyət Azərbaycanda vətəndaş qarşıdurması zamanı qarışıqlıq, çaşqınlıq və xaosun hökm sürdüyü dövrdə idi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Heydər Əliyevdə gördü və ən çətin vaxtda onu dəvət etdi. O, gənc deyildi, onun artıq 70 yaşı var idi. Onun 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bu, onun Azərbaycan xalqına məhəbbətini və sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycanlıların onu müasir Azərbaycanın qurucusu hesab etməsi tamamilə doğrudur. Ona olan ehtiram təkcə bir meyarla bağlı deyil, burada müxtəlif səviyyələr var. O, bütün həyatını bu işə həsr etdi. Ən mürəkkəb dövrdə ölkəyə rəhbərlik etmək, ən münasib həll yollarını müəyyənləşdirmək, eyni vaxtda müdriklik və cəsarət nümayiş etdirmək – bütün bunlar siyasətçiyə xas olan nadir keyfiyyətlərdir.”
Azərbaycan-Çin münasibətlərinin məhz Heydər Əliyev tərəfindən qoyulmasına diqqət çəkən cənab Prezident bildirmişdir ki, “Çin onun üçün tanımadığı ölkə deyildi. O, müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Vaxtilə o, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi.”
Çinlə Azərbaycan arasında əlaqələrin gələcək perspektivinə dair sualları cavablandıran ölkəmizin başçısı qeyd etmişdir ki, “Bəli, bunu bir daha təsdiq edə bilərəm ki, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir.”
Çinin ərazi bütövlyüynü daim tanıyan və bu gün də öz mövqeyində qalan Azərbaycan beynəlxalq hüququn bütün normalarına qeyd-şərtsiz əməl edilməsinə tərəfdardır. Lakin təəssüf ki, nə Çinə, nə də azərbaycana qarşı münasibətdə bu normalara əməl olunmur. Bu zaman ikili standartlar dövriyyəyə girir və bundan sonra separatizm baş qaldırır. Bunun da əsas səbəbkarları təbiidir ki, həmin separatizmə dəstək verən qüvvələrdir.
Ölkəmizin başçısı Azərbaycanda beləı bir vəziyyətin 30 il davam etməsinin əsaslarını olduqca aydın təsvir etmiş, lakin belə bir tendensiyabnın bundan sonra davam etməsinin qeyri-mümkünlüyünü ifadə etmişdir: “Amma, Azərbaycana gəldikdə, amillər müxtəlifdir. Əsas olmasa da, həmin amillərdən biri Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində erməni lobbisinin böyük infrastruktura malik olmasıdır. Onlar dövri olaraq Azərbaycana hücum çəkirlər, siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Bütün oxları Azərbaycana tuşlayırlar və bir növ, Azərbaycanofobiya mühitini yaradırlar. Lakin, bu, yeganə səbəb deyil. Düşünürəm, əsas səbəb ondan ibarətdir ki, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan prioritetlərimizə və milli maraqlarımıza cavab verməyən hər hansı işə qoşulmur. Başqa sözlə desək, biz müstəqil davranırıq və siyasətimiz müstəqildir. Biz əlimizdə olan bütün vasitələrlə özünəməxsusluğumuzu və ləyaqətimizi müdafiə edəcəyik. Fikrimcə, bu, əsas səbəbdir ki, Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar.”
Müstəqil siyasətimizin və ləyaqətimizin müdafiəsi sahəsində yorulmaz mübarizə aparan cənab İlham Əliyev bu müsahibəsi ilə həm bir sıra güclərə, həm də erməni havadarlarına önəmli mesajlar çatdırmışdır. Bu mesajın əsas mahiyyəti ondan ibarətdir ki, biz minlərlə igid oğullarımızın qanı bahasına qazandığımız azadlığımızı və suverenliyimizi qorumaq iqtidarındayıq, müstəqil dövlət kimi də bundan sonrakı siyasətimiz də, mübarizəmiz də belə davam edəcəkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 28-07-2023, 09:30 Oxunub: 88
Bölməyə aid digər xəbərlər
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-01-2023, 14:51
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
18-01-2022, 14:44
Əli Hüseynov: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu
18-01-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:02
“Silk Way Group” pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU