16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar

AİA.Az xəbər verir ki, iyulun 29-da Şuşa şəhərində Türk dövlətlərin həmkarlar ittifaqlarının birgə yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (TÜRK-İŞ), Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, tədbirimizin Şuşa şəhərində keçirilməsinin öz rəmzi mənası var, bura xalqımız üçün müqəddəs və əziz məkandır. İşğal dövründə şəhərdəki yüzlərlə tarixi və mədəniyyət abidələri vandalizm aktları nəticəsində dağıdıldı. Siz də işğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın ərazisinə daxil olarkən ermənilərin törətdiyi vandalizm hərəkətlərinin izlərini gördünüz. Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları və birbaşa nəzarəti ilə Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş tikinti-quruculuq işləri davam etdirilir. Artıq Zəngilan və Laçın sakinlərinin 30 ildən sonra öz doğma yurdlarına qayıtması ilə “Böyük qayıdış” planına start verilib. Bir sözlə, gözəl Qarabağımız, o cümlədən 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşa özünün intibah dövrünü yaşayır”.
Türk dövlətləri arasında olan münasibətlərdən, əməkdaşlıq əlaqələrindən danışan AHİK sədri qardaş ölkələrin bir-birinə yaxınlaşmasında Azərbaycan dövlətinin rolunu qeyd edib. Bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində yaradılıb: “Azərbaycanın türkdilli ölkələrlə münasibətləri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”si ilə inkişaf etməkdədir. Qardaş ölkələrin təşkilatlanması, vahid gücə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri və qətiyyəti sayəsində mümkün olub”.
Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb.
AHİK sədri qeyd edib ki, Türk dövlətlərinin həmkarlar ittifaqları arasında da münasibətlər yüksələn xətlə inkişaf etməkdədir: “Baş tutan ikitərəfli səfərlər, aparılan fikir və təcrübə mübadilələri, həmçinin imzalanan sənədlər, göstərilən qarşılıqlı dəstək və həmrəylik əlaqələrimizin dərinləşməsinə səbəb olub. Beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatlarının Azərbaycanda keçirdiyi, demək olar ki, bütün tədbirlərdə Türk ölkələrindən olan həmkarlarımız yaxından iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bir çox türkdilli ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa dair müqavilələri var”.
Səttar Möhbalıyev həmçinin Türk ölkələrinin həmkarlar ittifaqlarının təşkilatlanmasının əhəmiyyətindən də söz açıb.
TÜRK-İŞ-in sədri Ərgün Atalay çıxışında Şuşanın gözəlliyinə heyran qaldığını deyib və şəhidlərimizə Uca Yaradandan rəhmət diləyib. Əlavə edib ki, Türk dövlətləri arasında keçirilən görüşlər və təşkil olunan qarşılıqlı səfərlər, həmçinin aparılan danışıqlar və imzalanan sənədlər imkan yardır ki, qardaş ölkələr həmrəy olsunlar, istənilən böhrana qarşı vahid mövqedən çıxış etsinlər: “Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu birliyin təməl prinsipləridir. Ölkələrimizin həmkarlar ittifaqları səviyyəsində də əlaqələrimizi daha da genişləndirmək, əmək hüquqlarının qorunması istiqamətində səylərimizi birləşdirmək qarşımızda duran əsas vəzifələrdir”.
Sonra Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arstanbekov və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev çıxışlar edərək Türk dövlətləri arasında münasibətlərin bütün sahələrdə dinamik inkişafından, o cümlədən həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən danışıblar.
Ardınca Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb.
İmzalanma mərasimində AHİK sədri Səttar Möhbalıyev bildirib ki, TDHİT-ni yaratmaqda məqsədimiz işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səylərimizi birləşdirməkdir: “Bu ölkələrimizin həmkarlar ittifaqları arasında hərtərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, əməkçilərin hüquq və mənafelərinin birgə müdafiəsinə böyük töhfə verəcək. Həmçinin biz birlikdə zəhmətkeşlərin ayrılmaz hüquqları, həyat səviyyəsinin yüksəldilməsinə çalışacaq, həmkarlar ittifaqı üzvlərinin mənafelərinin pozulmasına qarşı mübarizədə həmrəylik nümayiş etdirəcəyik. İnanıram ki, Türk Dövlətləri Təşkilatı kimi, Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının da fəaliyyəti səmərəli olacaq, daim inkişaf edəcək, dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, bütün sahələrdə əlaqələri genişləndirəcək”.
Tədbir yekunlaşdıqdan sonra Şuşa şəhərini gəzən qonaqlara ermənilərin tarixi və mədəniyyət abidələrimizə vurduqları ziyan barədə məlumat verilib. Onlar həmçinin şəhərdə həyata keçirilən yenidənqurma işləri ilə də tanış olublar.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-07-2023, 12:23 Oxunub: 100
Bölməyə aid digər xəbərlər
28-07-2023, 13:48
Bakıda AHİK və TÜRK-İŞ-in birgə yığıncağı keçirilib -Fotolar
4-05-2023, 16:18
AHİK tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib -Fotolar
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
8-02-2023, 18:03
“Həmkarlar ittifaqları seçim qarşısında” adlı subregional seminar keçirilib -Fotolar
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
23-12-2022, 14:10
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb -Fotolar
22-11-2022, 16:48
Bakıda “Dayanıqlı inkişaf üçün həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda subregional seminar keçirilir -Fotolar
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
5-09-2022, 14:17
AHİK Şuşada “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirib – YENİLƏNİB
29-07-2022, 10:36
AHİK sədri Səttar Möhbalıyev həmkarlar ittifaqlarının Xaçmaz və Qusarda yerləşən istirahət mərkəzlərinə baxış keçirib - FOTOLAR
19-05-2022, 14:48
AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar keçirilib - FOTOLAR
6-05-2022, 19:00
AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
27-04-2022, 15:03
Səttar Möhbalıyev: “Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir”
18-04-2022, 14:22
Azərbaycan və Qazaxıstanın təhsil üzrə həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında sənəd imzalanıb - FOTOLAR
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO