16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi illərdə Azərbaycanın müstəqilliyinə zəmin yaradan cəsarətli addımlar atmışdır”

“1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bu tarixi əhəmiyyət kəsb edən təşəbbüsün nəticəsi olaraq həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. O dövrdə keçmiş SSRİ-nin tərkibində olmuş bir çox respublikalarda olduğu kimi, Azərbaycanda da Sovet imperiyasının bərpasına ümid edən və bunu arzulayan qüvvələr hələ də mövcud idi. Məhz bu qüvvələrin səyləri nəticəsində 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlməsi əngəlləndi və iki gün sonra, 22 iyul tarixində Ulu Öndər Naxçıvana yola düşdü. Halbuki, həmin dövrdə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi Azərbaycanı növbəti iki il ərzində üzləşməli olduğu bir çox faciələrdən qoruya bilərdi. Lakin Azərbaycan xalqı artıq o zaman öz xilasının yalnız Heydər Əliyevin hakimiyyətə qayıtmasında olduğunu bilirdi. Məhz bu qayıdışı zamanı gəldikdə reallaşdırmaq üçün 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçil seçildi.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat Azəbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə ölkənin müstəqilliyinin bərpa olunması istiqamətində zəruri addımlar atdığını vurğulayaraq bunları deyib: “1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Vacib məqamlardan biri də budur ki, həmin qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına da Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması, respublikamızın yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Ulu Öndərin çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Məhz həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı müasir müstəqil Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi çıxış etdiyini bildirib: “1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi və Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyəti cəmi 23 ay davam edəm qısa fəaliyyəti dövründə mühüm işlər gördü. Bu işlərin ən əhəmiyyətlisi Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk demokratik Azərbaycan dövlətinin, hökumətinin təsisatları da məhz həmin dövrdə yarandı. Bütün bunları yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü müstəqillik günü kimi dəyərləndirib. Qeyd olunmalıdır ki, yalnız 1993-cü ildə Ulu Öndərin ölkədə siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Ulu Öndərin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. Birmənalıdır ki, partiya məhz Ulu Öndər ətrafında yaradılmışdır. Ümummilli Liderin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-08-2023, 11:09 Oxunub: 57
Bölməyə aid digər xəbərlər
30-08-2023, 09:49
Xilaskarlıq missiyası
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-04-2023, 09:58
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli mənafelərimizə xidmət edən mövqeyini dil məsələsində də qətiyyətlə bildirmiş və müdafiə etmişdi”
6-04-2023, 08:47
Aqiyə Naxçıvanlı: “2018-ci ilin növbədənkənar Prezident seçkiləri milli maraqlar baxımından son dərəcə böyük əhəmiyyət kəsb edən tarixi hadisə idi”
19-01-2023, 14:51
Qara Abdullayev: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib
2-09-2022, 10:27
Eltun Süleymanov: “Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyi tarixinin ən parlaq səhifələrindən biridir”
30-08-2022, 09:53
Aqiyə Naxçıvanlı: Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün artıq Qarabağda dalğalanır
20-06-2022, 17:49
Aqiyə Naxçıvanlı: Heydər Əliyev tarix yaradaraq tarixləşən şəxsiyyətdir
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
18-01-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Ümummilli Lider Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymət idi”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO