16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycanın beynəlxalq tranzit ölkə kimi önəmi getdikcə artır”

“Azərbaycan uzun illərdir ki, Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də kollektiv formatlarda əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. O cümlədən sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəxri qonaq qismində iştirakı da ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Qeyd edək ki, cənab Prezident İlham Əliyev bu il qardaş Tacikistana artıq iki dəfə səfər edib. Bu, bir daha göstərir ki, əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Çox önəmli bir məqam da budur ki, Mərkəzi Asiya Ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəm bünövrəsi məhz ortaq mədəni köklər üzərində qurulmuşdur.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində nəqliyyat və logistika sahəsinin yeri xüsusi önəm kəsb edir: “Düşənbə Sammitində çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Eyni zamanda bu tranzitin əks istiqamətdə də əhəmiyyəti heç də az deyil. Qarşılıqlı faydalı əməkdaşlığı hər zaman təşviq edən Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu dost ölkələr üçün daim açıqdır. Bu gün ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsini həyata keçirir ki, bu da Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədinə xidmət edir. Artıq növbəti ildə bu marşrutla daşınan yüklərin həcmi beş dəfəyə qədər artırılacaq. Təbii ki, Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycana çatdırılmasının məhz Xəzər dənizi vasitəsilə həyata keçirilməsi də ən mühüm amillərdən biridir. Buna görə dövlətimiz tərəfindən Bakı Ticarət Limanının imkanlarının artırılması istiqamətində də əməli işlər görülür. Qürurverici haldır ki, Azərbaycan artıq bu gün Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Bununla belə Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsindən sonra bu göstərici önəmli dərəcədə artacaq.”
Daha sonra deputat Azərbaycan-Tacikistan münasibətlərinin yüksələn dinamika ilə inkişaf etdiyini vurğulayaraq bunları deyib: “Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Ölkələrimiz arasında diplomatik əlaqələrin isə otuz illik tarixi vardır. Bu illər ərzində hər iki xalqın maraqlarına cavab verən əhəmiyyətli nəticələr əldə olunmuşdur. İndiyədək iki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Cari ilin aprel ayında Tacikistana səfər etmiş cənab Prezident İlham Əliyev bu gün Tacikistan və Azərbaycanın iki sabit dövlət olduğunu qeyd etmiş və bu sabitliyin inkişafın və təhlükəsizliyin əsası olduğunu vurğulamışdı. Həmçinin diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Bu, səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün ölkələrimiz arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin mövcuddur və münasibətlər məhz bu əsas üzərində sürətlə inkişaf edir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-09-2023, 14:46 Oxunub: 90
Bölməyə aid digər xəbərlər
15-09-2023, 10:02
Eltun Süleymanov: “Azərbaycanın Şərqlə-Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi önəmli rolu bundan sonra da davam edəcək”
31-05-2023, 09:39
Aqiyə Naxçıvanlı: “Azərbaycan-İsrail əlaqələri xalqlarımız arasında olan qədim dostluq münasibətləri əsasında inkişaf edir”
7-04-2023, 14:18
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri hər iki ölkə xalqlarının rifah yüksəlişinə yeni töhfələr verəcək ”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
29-12-2022, 09:03
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
22-04-2022, 08:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO