16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Türkiyə qardaşlığı hər iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə əvəzsiz töhfələr verir”

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsində uğurla inkişaf edir. O cümlədən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Azərbaycana rəsmi səfəri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Səfər çərçivəsində Türkiyə və Azərbaycan Prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib. Bu qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalanıb. İlk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar. Həmçinin ölkələrimiz arasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” və “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu tarixi sənədlərin imzalanması bir daha iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin dinamik inkişafını nümayiş etdirir.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Həmçinin deputat qeyd edib ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla etdikləri çıxışlarında bir çox vacib məqamlara dair açıqlamalar təqdim olunub: “Öz çıxışında cənab Prezident İlham Əliyev ilk növbədə qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixində önəmli hadisədir və ölkələrimiz arasında əlaqələrə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzurun Azərbaycandan ayrılması ilə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantının kəsildiyini xatırladan dövlət başçısı bunun tarixi ədalətsizlik olduğunu vurğuladı. Məlumdur ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanın Naxçıvana qarşı da ərazi iddiaları var idi. Ötən əsrin sonlarında bu ərazilər uğrunda da şiddətli döyüşlər gedirdi və o dövrdə yalnız Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi sayəsində Muxtar Respublika öz torpaqlarını qoruya bildi və düşməni yerinə oturtdu. Bundan sonra ermənilər Naxçıvana gələn bütün elektrik və qaz xətlərini kəsdi və Naxçıvan faktiki olaraq mühasirə vəziyyətində, 15 il qazsız yaşamalı oldu.Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.”
Daha sonra A.Naxçıvanlı Türkiyə Prezidentinin BMT-nin Baş Assambleyasında Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar səsləndirməsini əsil səmimi dostluğun təzahürü olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda bir-birilərinin mövqelərini və maraqlarını müdafiə etmələri artıq uzun illərdir ki, bir sarsılmaz ənənə halını alıb. Cənab Prezident İlham Əliyev öz bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 21-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar verməsini yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, bu, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlətimizin başçısı bir daha xatırlatmışdır ki, İkinci Qarabağ müharibəsinin ilk saatlarında Türkiyə Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyi bir çoxları üçün ciddi mesaj oldu və Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmayacaq. Bu gün Azərbaycan həqiqətən şərəfli dövrünü yaşayır. İkinci Qarabağ müharibəsi, Azərbaycanın tarixi Zəfəri, beş gün bundan əvvəl uğurlu əməliyyat nəticəsində ölkəmizin suverenliyinin bərpası tarixi hadisələrdir və Azərbaycan xalqı haqlı olaraq bununla qürur duyur” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-09-2023, 13:02 Oxunub: 167
Bölməyə aid digər xəbərlər
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
9-06-2023, 13:50
Aqiyə Naxçıvanlı: “Şuşa Bəyannaməsində nəzərdə tutulan təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfədir”
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
25-04-2023, 12:52
Azərbaycan-Bolqarıstan əməkdaşlığı - Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-05-2022, 17:33
Aqiyə Naxçıvanlı: Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi bütün Türk dünyasının inkişafına xidmət edir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO