16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Anar İbadov: Şanlı Qələbəyə aparan mübarizənin başlanğıcı
"Qismət-M House" MMC -nin direktoru Anar İbadov - Hazırda Azərbaycan tarixinin ən şərəfli və məsuliyyətli dövrüdür. Xalqımızın mənəvi birliyi, ordumuzun igidliyi, cəsurluğu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılan bu səhifələr dövlətçilik tariximizin qəhrəmanlıq salnaməsidir. Bir xalq olaraq, dövlət olaraq qürur hissi keçiririk, uzun illərdən sonra ərazi bütövlüyümüzü və surenliyimizi bərpa edirik, Əlbəttə ki, bu bizim qəhrəman oğullarımızın canı, qanı hesabına başa gəlmişdir. Bir daha şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, qazilərimizə şəfa arzulayırıq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda, Vətən, Ləyaqət , Şərəf uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Azərbaycanla Ermənistan arasında münaqişənin toxumları iki əsrdən çox əvvəl ermənilərin tarixən Azərbaycan ərazisi olan Qarabağa köçürülməsi ilə səpildi. Ermənilər Azərbaycan toponimlərini dəyişdirməyə, münbit torpaqları zəbt etməyə, çoxluq təşkil etdikləri ərazilərdə azərbaycanlı icmalarını sıxışdırmağa başladılar. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.
“Ermənistan dənizdən dənizə” kimi absurd anlayış 1948-1956-cı illərdə təxminən 150.000 azərbaycanlının Ermənistandakı öz ata-baba yurdlarından deportasiyasına səbəb oldu. Sonradan, 1987-ci ildən başlayaraq daha 300.000 azərbaycanlı qovularaq Ermənistanı monoetnik etdi. dövlət. 1988-ci ildən başlayaraq Qarabağ hadisələri kənd və şəhərlərin dağıdılması, minlərlə insanın ölümü, yüz minlərlə azərbaycanlının didərgin düşməsi ilə nəticələndi.
Bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müəyyən işlər görülsə də, mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər araşdırılmasının və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tarixi ərazilərində ermənilərin soyqırımı siyasətinə siyasi-hüquqi qiymət verməklə mühüm dönüş yaratdı. O, 1998-ci ildə 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü, qurbanların xatirəsini anma günü elan edib.
Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğalı zamanı yaşayış məntəqələri dağıdılıb, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı qətliamı bu təcavüzün acı sübutudur, qadın, uşaq və qoca da daxil olmaqla 613 nəfər həlak olub. Ancaq tək Xocalı deyil, Qaradağlı, Ballıqaya, Ağdaban, Bağanis-Ayrım qətliamı, Başlıbel, Malıbəyli, Quşçular, Ağdaban, Başlıbel, Ballıqaya, Qaradağlı və digər faciələri göstərmək olar. Bu faciələr xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir. Son 30 ildə bir milyondan artıq azərbaycanlı öz Vətənində qaçqın və məcburi köçkünə çevrilmiş, öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalmışdır. İşğal təkcə insanları didərgin salmadı, həm də iqtisadiyyata və mədəni irsə böyük zərbə vurdu. Erməni işğalı Azərbaycanda nadir mədəniyyət abidələrinin dağıdılmasına səbəb olub. Yüzlərlə mühüm tarixi və mədəniyyət obyektləri, muzeylər, kitabxanalar və digər obyektlər bu vandalizmin qurbanı oldu.
Ötən dövr ərzində, elə bu gündə Azərbaycan qarşı beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin ikili standartlar siyasəti davam etmişdir.1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupu münaqişəni nizamlamağı qarşısına məqsəd qoysa da, danışıqları nəticəsiz qoyub. BMT də Ermənistana təsirli təzyiq göstərə bilmədi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmamış qaldı. Hətta bizə bu işğalı reallıq olaraq qəbul etdirməyə çalışırdılar.
Əlbəttə ki, bundan istifadə edən Ermənistan 1994-cü ildə atəşkəs rejimi ilə bağlı razılaşmaya baxmayaraq, Azərbaycan ərazilərini və təmas xətti boyunca yaşayan mülki əhalini hədəf alan təxribatlarla işğalçılıq siyasəti davam edib. Lakin 2016-cı ilin aprelində Lələtəpə, 2018-ci ildə Günnüt (Naxçıvan Muxtar Respublikası) və 2020-ci ilin iyulunda Tovuz kimi döyüşlərdə göstərdiyi kimi, Azərbaycan xalqı və dövləti bir daha sübut etdi ki, heç vaxt işğalla barışmayacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycan yaşayış məntəqələrinə təcavüzkar hücuma keçdi. Buna cavab olaraq, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev 44 günlük Vətən Müharibəsinin başlanğıcını qeyd edən əks-hücum əmri verdi. Azərbaycan ordusu 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri azad etdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa azad olunduqdan sonra noyabrın 10-da 44 günlük müharibənin başa çatması ilə bağlı üçtərəfli Bəyanat imzalandı. Bu Ermənistanın kapitulyasiya aktı idi. Azərbaycan Ordusu əzmkar səyləri ilə noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Daha sonra isə Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla geri qaytarılması başa çatdırıldı. Azərbaycanın qələbəsi birlik və qətiyyət nümayiş etdirərək milli həmrəylik rəmzinə çevrildi. Xüsusi ilə qeyd etmək lazımdır ki, qardaş Türkiyə bu mübarizədə Azərbaycana əvəzsiz siyasi və mənəvi dəstək verdi.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 20 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişikliklər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı işinin nəticəsidir.Azərbaycanın hərbi potensialını daha da güclənir, innovativ döyüş taktikası ilə beynəlxalq miqyasda tanınır.
Vətən müharibəsi zamanı Ermənistanın təxribatlara əl atması və günahsız dinc əhalini hədəfə alması hərbi cinayətlərə bərabərdir. Beynəlxalq ictimaiyyət bu vəhşiliklərə, o cümlədən Azərbaycan şəhərlərinə raket hücumlarına, mülki əhalinin tələfatına və xeyli tələfatına məhəl qoymadı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranmışdır. Heç bir halda mülki əhaliyə ziyan dəyməmişdir. Ermənistan isə döyüş meydanından uzaq məsafədən yerləşən şəhər və rayonlarda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Nəticədə, 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini məhv etmək və talamaqla məşğuldur.
Lakin bütün bu ədalətsizliyə, ikili yanaşmalara baxmayaraq, Azərbaycan əsgəri, Azərbaycan zabiti ancaq irəli getdi, torpaqlarımızı erməni işğalından azad etdi. Xalqı-ordu-dövlət birliyi, Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi bu möhtəşəm Qələbəni təmin etdi. Müharibə illərində Azərbaycan “öldü var, döndü yoxdur” devizi arxasında birləşdi. Qələbə milli iradəni, ruhu, ləyaqəti tərənnüm etdi. Azərbaycan xalqı öz Ordusuna, diplomatik və informasiya müharibəsində əzmlə mübarizə aparan ölkə başçısına sarsılmaz dəstək nümayiş etdirdi. Onun hər bir çıxışı, müsahibəsi, xalqımıza müraciəti, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanımla yaralı əsgərlərə baş çəkməsi insanlara böyük ruh verirdi. 44 gün hər bir azərbaycanlı, milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı əsgər idi.
Vətən müharibəsində canlarını fəda etmiş, qəhrəmancasına döyüşmüş Azərbaycan əsgərləri, zabitləri, dinc sakinləri dərin ehtiramla yad edilir. Azərbaycanda veteranların və şəhid ailələrinin dəstəklənməsi, mənzil, avtomobil, tibbi yardımların verilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan öz şəhidlərinin xatirəsini yaşatmağa sadiqdir. Planlara Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbə Muzeyinin, İkinci Qarabağ Müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidənin tikintisi daxildir.
Artıq Vətən müharibəsindən 3 il keçir. Ötən müddət ərzində müdrik və qətiyyətli Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgəri, zabiti təkcə ərazi bütövlüyümüzü deyil, həm də suverenliyimizi bərpa etdi. Bu bütün çətinliklər qarşısında dayanıqlılığının, fədakarlığının və son zəfərinin sübutudur. Haqq-ədalətin bərpasıdır, sülh və təhlükəsizliyin təmin edilməsidir, milli birliyin və əzmkarlığın nümayişidir.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-09-2023, 12:20 Oxunub: 140
Bölməyə aid digər xəbərlər
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
27-09-2023, 09:00
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 3 il ötür
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
28-09-2022, 08:27
Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş ağıllı siyasəti ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı qələbə ilə nəticələndi
27-09-2022, 09:00
Bu gün Azərbaycanda Anım Günüdür
27-12-2021, 14:14
İlham Əliyev şəhid və hərbçiləri təltif etdi
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO