16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Azərbaycanın davamlı inkişaf tempi nəhəng iqtisadi resursların bu bölgəyə cəlb olunmasını mümkün etdi
Bir vaxtlar yaddaşımızı işğal olunmuş ərazilərimizin süqutu günləri ilə yeniləməyimiz, deportasiya, soyqırım, məcburi köçkün, qaçqın kimi ifadələrə vərdiş qazanmağımız var idisə, sözün həqiqi mənasında Böyük Zəfərlə sonuclanan Vətən müharibəsindən sonra artıq yeni istilahlarla müjdələnmiş olduq. Zəfər muzeyi, Qənimətlər parkı, demarkasiya xətti kimi deyimlər daha çox gündəmdə oldu.
Mənfur düşmənin burnu ovulmuş, lakin fitnəsi tükənməmişdi. Havadarlarının sayəsində Qarabağı yenidən cəbbəxanaya çevirməyə çalışan tülkü siyasilər qoşunların təmas xəttində təxribatlar törədir, sabitliyi pozurdular. Cənab Ali Baş Komandan isə nəyi, necə və nə vaxt icra etməyi dahiyanə ustalıqla müəyyənləşdirərək, son məqamda ən güclü gedişi həyata keçirdi. Sentyabrın 19-20-də, bir sutkadan da az bir vaxt kəsiyində müzəffər ordumuzun ildırımsürətli həmlələri ilə düşmən koma vəziyyətinə düşərək,ağ bayraq qaldırdı. Xunta rejimi sonu çatdı. Qondarma rejimin cəlladları bu gün təhlükəsizlik orqanları tərəfindən tutulub, istintaqa cəlb edilirlər.
Lakin proseslərin daha önəmli tərəfi qədim-qayım ellərimizin azad nəfəs almasıdır. Artıq Vətən müharibəsi bitən kimi Azərbaycan dövləti Qarabağda geniş infrastruktur layihələrin reallaşmasına başladı.
Azərbaycanın davamlı inkişaf tempi nəhəng iqtisadi resursların bu bölgəyə cəlb olunmasını mümkün etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağda yeni iqtisadi rayonların yaradılması, görüləcək işlərə stimul verməklə yanaşı genişmiqyaslı tədbirlərin planlı və ardıcıl şəkildə həyata keçirilməsinin təməl daşı oldu.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcəkdir. Azərbaycan Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. İşğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir.
Əvvəlcə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulmuşdur. Bununla da Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq.
Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalıb, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə istismar olunub. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqları, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır. Artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb. Eyni zamanda burada Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər - mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir.
Artıq bu layihələrin bir çoxu həyata keçib.Azərbaycan hökuməti bölgədə sıfırdan yeni,müasir şəhər və kəndlər inşa edir.Şübhəsiz ki,qlobal inşaat işləri müasir texnologiya və infrastruktur elementləri ilə optimallaşdırılır.
Sentyabrın 29-da ölkə rəhbərinin Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışında görülmüş işlərin icmalı sərgilənməklə yanaşı qarşıda duran ünlü vəzifələr paraflanmışdır.
Daha bir sevindirici müjdəni dövlət başçısının dilindən eşitmək necə də xoş idi: “Növbəti üç ildə 100 mindən çox sayda məcburi köçkün öz doğma yurduna, el-obasına qayıdacaqdır”.
Quruculuq işləri isə hər gün əvvəlkinə nisbətən daha yüksək sürətlə davam etməkdədir.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev
Bölməyə aid digər xəbərlər

Tarix: 3-10-2023, 14:40 Oxunub: 285
Bölməyə aid digər xəbərlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
8-09-2023, 12:33
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana TƏSİRLİ MÜRACİƏT
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
9-12-2022, 09:22
Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO