16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Azərbaycan beynəlxalq kosmik ailənin nüfuzlu üzvüdür ”

“1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Həmin vaxt bu mühüm beynəlxalq tədbir ilk dəfə idi ki, respublikamızda təşkil olunurdu. Tədbirə ev sahibliyi edən ölkə SSRİ olsa da, istənilən halda Konqresin məhz Azərbaycan paytaxtında keçirilməsi respublikamızın dünyada tanınması, gələcək əlaqələr üçün zəmin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edən hadisə idi. Bu gün Azərbaycanın astronavtika sahəsində əldə etdiyi uğurlarla sübut edir ki, 50 il öncə Ulu Öndərimiz tərəfindən gələcəyə hesablanaraq atılan addımlar hədər getməyib”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bidirib ki, bu il oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda, müstəqil Azərbaycanın paytaxtında keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir. Tədbirdə 100-dən artıq ölkəni 5000-dən çox iştirakçı təmsil edib ki, bu da Konqresin mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Müstəqil ölkə kimi hələ çox gənc olan Azərbaycan artıq on ildən artıq müddətdir ki, beynəlxalq kosmik ailənin üzvüdür. Bu gün kosmik sənayeni inkişaf etdirən Azərbaycanın Yer orbitində ikisi telekommunikasiya məqsədləri, biri isə Yer səthinin müşahidəsi üçün nəzərdə tutulan üç peyki vardır. Həmin peyklər hazırda 45-dən artıq ölkəyə xidmət göstərir. Bu, əlbəttə ki, böyük nailiyyətdir və bu nailiyyətin əsasında Azərbaycan iqtisadiyyatının sürətli inkişafı durur”.
Deputat sözünə davam edərək deyib: “Konqresin açılış mərasimində çıxış edən Ölkə Prezidenti İlham Əliyev son dərəcə dəqiqliklə vurğuladı ki, bu gün sivil dünyanın fəal üzvünə çevrilmiş Azərbaycanın dövlət siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamış Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı da uğurla inkişaf edir. Ölkəmiz iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Bu Azərbaycanın iki sivilizasiyanın, Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu coğrafiyada yerləşməsindən dolayı multikulturalizmin təşviqi sahəsində göstərdiyi səylərin effektivliyini daha da artırır.”
K.Qafarov deyib: “Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən mühüm tərəfdaş hesab edilir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın getdikcə artan rolu beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət kəsb edən amildir. Çünki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir və xarici siyasət kursunun müəyyənləşdirilməsi prosesində bu amili nəzərə almamaq mümkün deyil. Bir vacib məqamı da diqqətə almaq lazımdır ki, Azərbaycan etibarlı enerji təchizatçısı kimi çıxış etmək imkanını əldə edə bilmək üçün çox səylər göstərib və bir çox çətin problemləri öz gücünə həll etməli olub. 28 il ərzində Azərbaycan danışıqlar prosesinə sadiq qaldı, münaqişənin dinc yolla həllini tapacağına, torpaqlarımızın qan tökülmədən geri qaytarılacağına inanmağa çalışdı. Lakin danışıqlar bir nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə 27 il icra olunmadı. İşğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. Nəhayət, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan- özünümüdafiə hüququndan istifadə etdi və öz ərazilərini azad edərək işğala son qoydu. Bir aydan da az müddət əvvəl isə, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycan dövlətinin gündəliyində duran ən vacib məsələ Cənubi Qafqazda davamlı sülhü bərqərar etməkdən ibarətdir. Regionumuzda sabitliyə, inkişafa nail olmaq istəyən bütün qüvvələr yaranmış yeni fürsətləri əldən qaçırmamalı, onların maksimum reallaşması istiqamətində birgə səy göstərməlidir” .
Bölməyə aid digər xəbərlər

Tarix: 5-10-2023, 10:36 Oxunub: 71
Bölməyə aid digər xəbərlər
4-10-2023, 10:11
Aqiyə Naxçıvanlı: “Azərbaycanın kosmik sənyenin inkişafı yönümündə uğurları danılmazdır”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
31-03-2022, 09:44
Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO