16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
30 il yaxın mənfur düşmənlərin əsarəti altında qalan Füzuli şəhəri, nəhayət ki, öz azadlığına qovuşdu





    Azərbaycanın doğma Qarabağımızın dilbər güşələrindən biri olan Füzuli şəhəri öz əsrarəngiz təbiəti, məhsuldar və bərəkətli torpağı ğöz oxşayır çəmənlikləri yaşıl meşələri, şır-şır axan çayları, buz bulaqlı yaylaqları, başı qarlı dağları ilə həmişə mənfur düşmənlərimizin diqqətimi çəkmişdir. Füzuli şəhərini 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kənd səfəvilər dönəmində Dizaq qəzasına bağlı şənliklərdən biri idi. Qarabulaq kənd XIX yüzilliyin sonu, XX yüzilliyin önlərində el arasında “Malaqan bazarı” adlanırdı. Sonralar çar polkovniki Karyaginin şərəfinə Koryagin adlandı. Koryagin böyüyüb şəhər statusu aldı. 1906-cı ildən 1918-ci ilədək qəza, sonra isə rayon mərkəzi oldu. 1959-cu ildə böyük Azərbaycan şairi Mövlana Məhəmməd İbn Süleyman Füzulinin şərəfinə Füzuli adlandırıldı. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi , Beylaqn rayonları habelə Araz çayı boyunca İranla həmsərhəddir.Rayonun ərazisi 1386km, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir səhər və 78 kənd daxildir.İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, türbələrlə, zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizgüşəli şeyx Babı Yaqub (XIIIəsr) türbəsini Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX     əsrin Cəlil türbəsini aid etmək olar.    Dünyanın IV, Qafqazın isə I yaşayış məskəni olan Azıx mağarası da Füzuli şəhərindən 14 km şimal-qərbdə yerləşir. Sahəsi 800 kv km olan mağarada 600 metrə çatan 8 dəhliz var. Azıx mağarası Qafkazda aşkar edilmiş ən böyük mağaradır.
    Qədim tarixi torpağımız olan Qarabağda yerləşən Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistan silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərinin 400 nəfərdən müharibə əlili ,663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə baş tutmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
    30 il yaxın mənfur düşmənlərin əsarəti altında qalan Füzuli şəhəri, nəhayət ki, öz azadlığına qovuşdu. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin Azərbaycana strateji üstünlüklər vermişdir. Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq . Ancaq düşmən ordusu bizim qəhrəman Ordumuzun sücaəti qarşısında aciz qaldı. Nə qədər möhkəm istehkamlar qırsalar da, strateji yüksəkliklərdə müdafiə olunsalar da, bizim qəhraman oğullarımız bu istehkamları səngərləri birnəfəsə yardı və düşmən postlarının hərbi qənimətləri ələ keçirildi. Artıq Füzuli rayonunda yenidənqurma işlərinə başlanılıb. Bir sıra kəndlərin tarixi abidələrin yenidən bərpaolunması Füzuli şəhərinin “Böyük qayıdışın” təməlini qoydu. Xalqımızın birlik və ədəbiləşdiyi bu torpaqlarda xidmətmizlə fəxr edirik. Bu torpaqlar təkcə bizim keçmişimiz deyil, bu günümüz və gələcəyimizdir. Həyatın və təhsilin bərpa olunduğu vətən torpaqlarında 30 il sonra yenidən həyat canlanır.

Bakıxanov qəsəbəsi,213 nömrəli məktəb-liseyin,
Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əsgərova 


Tarix: 18-10-2023, 09:57 Oxunub: 53


Bölməyə aid digər xəbərlər