16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmişdir”

“Qubadlı respublikamızın təbii sərvətlərlə ən zəngin rayonlarından biridir. Rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı vardır. Həmçinin rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngin olub. Bərəkətli torpağı olan Qubadlıda işğala qədər taхıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri xüsusilə yüksək məhsuldarlığı olan torpaqlar idi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri “Gəyən” və “Yazı” düzlərində, dağ ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi. Lakin bütün bu zənginlikdən indi əsər-əlamət qalmayıb. 27 il davam edən işğal dövründə erməni qəsbkarları rayonun faydalı qazıntı yataqlarını qanunsuz olaraq istismar etmiş, sərvətlərini talamış, mədəni-tarixi abidələrimizi vandalcasına dağıdaraq viran qoymuşlar. Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal olunmuşdur. Lakin buna qədər də rayon 1988-ci ildən başlayaraq Еrmənistan ordusunun və keçmiş Dağlıq Qarabağın cinayətkar rejiminin qanunsuz silahlı birləşmələrinin hissələri tərəfindən mütəmadi olaraq təcavüzkar hücumlara məruz qoyulmuş, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, yüzlərlə sosial və mədəniyyət obyektləri, inzibati binalar, məscidlər, körpülər dağıdılmış, yararsız vəziyyətə salınmışdır. Rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir.”
Bu sözləri mətbuata açıqlamada Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat həmçinin tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən qəbul edilən qərarların əhəmiyyətini vurğulayıb və bildirib ki, 25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişində əhəmiyyətli dönüş nöqtəsi olub: “Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam etdi. Şəhəri azad etmək üçün ilk növbədə ətrafdakı yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdə hərbçilərimizi təhdid edən gücləndirilmiş atəş nöqtələri yaratmışdı. Azərbaycan Ordusu Qubadlı uğrunda gedən döyüşlərdə də yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və digər strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin hissələri şəhəri düşməndən təmizlədilər. Növbəti iki həftə ərzində rayonun daha 38 kəndi azad olundu. Ümumilikdə isə, Vətən müharibəsinin gedişində Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edilib. Birmənalı olaraq demək lazımdır ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən qəbul olunan qərarlar mühüm əhəmiyyət kəsb edir. O cümlədən, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə on beş min nəfərdən artıq qəhrəman hərbçilərimiz bu medalla təltif olunublar. Həmçinin möhtərəm Prezidentimizin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.”
Daha sonra A.Naxçıvanlı Qubadlının bərpası və yenidən qurulması məqsədilə görülən işlərin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün Qubadlıya artıq öz sahibləri qayıdıb və hal-hazırda rayonun yenidən qurulması istiqamətində irimiqyaslı işlər görülür. İşğaldan sonra dövlət başçımızın azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya da etdiyi müntəzəm səfərləri rayonda aparılan bərpa-yenidənqurma işlərinin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Məhz bu səfərlər zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən layihələrin miqyası və görülən işlərin dinamikası insanı heyran edir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-10-2023, 11:55 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
20-10-2023, 10:39
Aqiyə Naxçıvanlı: “Düşmən şanlı ordumuzun gücü qarşısında iki gün belə duruş gətirə bilmədi”
7-07-2023, 10:01
Azərbaycan QHT-lərindən Paşinyana AÇIQ MƏKTUB
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
25-01-2023, 10:02
Naxçıvanda dərman böhranı — Bu dərmanlar tapılmır
6-10-2022, 16:00
Ermənistan Azərbaycan ekologiyasına 16 milyard manat ziyan vurub
25-10-2021, 09:00
Qubadlı şəhərinin erməni işğalından azad edilməsindən 1 il ötür - FOTO
8-10-2021, 11:08
Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA
5-10-2021, 11:13
Prezident Şərqi Zəngəzurda təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
7-09-2021, 09:58
Gələn il üçün subsidiya əmsallarını açıqlandı - CƏDVƏL
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
13-09-2020, 17:01
Şərablar anbarlarda qalıb - MÜƏSSİSƏLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
5-07-2020, 01:18
Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT