16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycan Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda rəsmi Ottavanı maarifləndirə bilər”

“Son günlərə qədər Ermənistanla diplomatik əlaqələrini Moskvadakı səfirliyi vasitəsilə saxlayan Kanada nəhayət ki, bu ölkədə öz səfirliyini açdı. Ehtimal etmək olar ki, rəsmi İrəvanın iki yüz illik hamisi olan Rusiyaya arxa çevirməsi fonunda Fransanın bu marionet dövlətin iplərini sürətlə əlinə yığmasından narahat olan ABŞ öz mövqelərini möhkəmlətmək üçün Kanadaya bu addımı atmağı tövsiyyə edib. Məsələ bundadır ki, Kanadanın xarici siyasətinin məhz Vaşinqtondan yönləndirilməsi bu gün heç kim üçün sirr deyil. Ümumiyyətlə Kanada yarandığı ilk gündən növbə ilə əvvəlcə Fransanın, daha sonra İngiltərənin əyaləti kimi mövcud olub. II dünya müharibəsindən sonra isə, bu ölkə rəsmən müstəqil olmsına rəğmən faktiki olaraq ABŞ tərəfindən idarə olunur.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Kanada xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatların da ABŞ-dakı müəyyən dairələr tərəfindən sifariş olunduğunu istisna etmir: “ABŞ artıq bir neçə müddətdir ki, Kanada, Litva və bəzi digər proksiləri vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. O cümlədən, Kanada xarici işlər naziri Melani Colinin Ermənistana səfəri çərçivəsində Ermənistan-Azərbaycan sərhəddində döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi, sonradan ölkəmizə qarşı absurd ittihamlarla çıxış etməsi və Bakını hansısa sanksiyalarla hədələməsi də böyük ehtimalla məhz ABŞ-da hazırlanmış senari əsasında qurulan bir tamaşadır. Çünki Kanada xarici siyasət departamentinin nominal rəhbərinin ya Azərbaycan, ya da Ermənistan barədə hansısa bilgilərə malik olduğu inandırıcı səslənmir. Əgər belə olsaydı, xanım Coli ən azından ölkəsinin urana olan tələbatının məhz Azərbaycan üzərindən ödənildiyindən xəbərdar olardı və öz məsuliyyətsiz bəyanatları ilə bu tədarükü böyük risk altına atdığını anlayardı. Azərbaycan artıq çoxdan haqsız iradlara və təhdidlərə susacaq bir ölkə olmadığını bütün dünyaya nümayiş etdirib. Əgər Kanada nəyisə nəzərdən qaçırıbsa, dövlətimiz istər elə həmin uranın tranzit ixracını dayandırmaqla, istərsə də ölkəmizdə Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda rəsmi Ottavanı bir qədər maarifləndirə bilər.”
Fikirlərini davam etdirən deputat etnik dözümsüzlük barədə hansısa mülahizələr söyləməyə Kanada hökumət üzvünün ümumiyyətlə heç bir haqqı olmadığını vurğulayıb: “Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində Kanada Ermənistanı bu işğala son qoymağa çağıran bircə bəyanat belə səsləndirməyib. Əlbəttə, öz dövlətini işğal və yerli xalqların genosidi üzərində quran bir ölkə üçün bu normal haldır. Elə Kanadanın ölkəmizə qarşı indi tutduğu mövqeyi və Azərbaycanı “deportasiya”da ittiham etməsi də qərəz və səlibçilik təfəkkürünə əsaslanır. İndinin özündə də hindu uşaqları üçün xüsusi yaradılmış kilsə internat məktəblərində yaşanan rəzilliklər və törədilən cinayətlər barədə dünya KİV-lərində dərc olunan tükürpədici məlumatları sarsıntısız oxumaq olmur. Yerli xalqlar həmin məktəblərdə onların adət-ənənələrinə, mədəniyyətinə hörmət edilmədiyini, uşaqlarının istismara məruz qoyulduqlarını deyirlər. Vəziyyət elə bir böhranlı həddə çatıb ki, bir müddət əvvəl Kanadanın baş naziri özü də hindu uşaqların bu məktəblərə ailələrindən zorla ayrılaraq gətirildiklərini, burada isə fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qaldıqlarını etiraf etməli olub. Bu məktəblərdən bəzilərində adsız məzarlıqların mövcud olması və həmin məzarlarda üzərilərində tibbi sınaqlar keçirilmiş və bu səbəbdən ölmüş yüzlərlə uşağın dəfn olunduğu barədə açıqlamalar isə, şəxsən mənim təfəkkürümdə erməni faşizminin bariz təzahürlərindən olan Quba kütləvi məzarlığı ilə asossiasiya olunur. Əlbəttə, Kanadalı nazirin mahiyyətinə belə varmadığı məsələlər və anlayışlar barədə səsləndirdiyi hansısa absurd bəyanat Azərbaycan üçün heç bir önəm kəsb etmir. Bu kimi populist çıxışlar yalnız Ermənistanın daxilində müəyyən qüvvələrin hələ də xarici havadarlarını itirmədiklərini geniş kütlələrə nümayiş etdirmək üçün yetərlidir. Bununla belə, ölkəmizin hətta bu kimi düşünülməmiş siyasi hücum cəhdlərini də cavabsız qoymayacağını hamı bilməlidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-10-2023, 10:06 Oxunub: 84
Bölməyə aid digər xəbərlər
28-08-2023, 15:30
Əgər separatizm qalib gəlsə... - AKTUAL
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
26-12-2022, 22:56
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA