16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradacaq”

Müzakirəmizə təqdim olunan 2024-cü il üzrə Dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil edilmiş sənədlər ilk dəfə olaraq, ərazi bütövlüyü tam bərpa etmiş Azərbaycanın növbəti ildə sosial-iqtisadi inkişafını müəyyənləşdirir və onun əsas prioritetləri quruculuq, əhalinin rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasıdır. Öncə bildirmək istəyirəm ki, büdcə zərfi “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının tələbləri nəzərə alınmaqla hazırlanıb və hökumətin müasir dövrün çağırışlarına cavab olaraq hazırladığı sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsini təmin etməlidir. Növbəti ildə dövlət büdcəsinin gəlirlərinin 2023-cü illə müqayisədə 282,5 milyon manat artırılaraq 34,2 milyard manata, xərclərinin isə 138,2 milyon manat artırılaraq 36,8 milyard manata çatdırılması bunun əyani sübutudur”.
Bu fikirləri Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, neft sektorundan asılılığının zəiflədilməsi, qeyri-neft sektorunun inkişafı və diversifikasiyası siyasəti növbəti ilin dövlət büdcəsində də öz əksini tapıb: “Belə ki, büdcə gəlirlərində neft sektorundan daxilolmaların 775,7 milyon manat, yaxud 4,3 faiz azaldılması, qeyri-neft sektorundan daxilolmaların isə təqribən 1,1 milyard manat, yaxud 6,6 faiz çoxalması nəzərdə tutulub. Dövlət büdcəsinin bu parametrləri ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün imkanların genişləndirilməsini, yeni stimulların yaradılmasını, büdcə-vergi siyasətinin, əmək münasibətlərinin təkmilləşdirilməsini labüdləşdirir. Vergi Məcəlləsinə və digər qanunlara təklif olunan dəyişikliklər də maliyyə axınlarının şəffaflığının artırılmasına, onlar üzərində dövlət nəzarətinin gücləndirilməsinə xidmət edir. Bu dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə, güzəşt və azadolmalara müasir dövrün tələblərinə uyğunlaşdırılmasına yönəlib”.
Səttar Möhbalıyev qeyd edib ki, dövlət büdcəsinin xərclərinin istiqamətləri növbəti ildə hökumətin sosial-iqtisadi sahədə atacaq addımları əks etdirən güzgüdür: “Xərclərin strukturuna baxdıqda görünür ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əsas hədəflər əhalinin rifah səviyyəsinin yüksəldilməsi, investisiyaların stimullaşdırılması, insan kapitalının inkişafı, ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Belə ki, növbəti ilin büdcəsində sosialyönümlü xərclərin məbləği əvvəlki illə müqayisədə 7%, təhsil xərcləri 3,2%, elm xərcləri 1,5%, səhiyyə xərcləri 3,7%, sosial müdafiə və sosial təminat xərcləri 5,2%, mədəniyyət, incəsənət informasiya xərcləri 4,3%, müdafiə və milli təhlükəsizlik xərcləri 17% artırılır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi məqsədilə dövlət büdcəsinin ümumi xərclərinin 33,1%-i, yaxud 12,2 milyard manatı əsaslı xərclərin maliyyələşdirilməsi üçün ayrılıb. Bu proqramlar həmin ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpasına sərf olunacaq. Sadaladığım rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradır”.
AHİK sədri bildirib ki, növbəti il üzrə Ümumi Daxili Məhsulun məbləğinin baza ssenarisi üzrə 2,4% artırılaraq 118,4 milyard manata çatdırılması, orta illik inflyasiyanın isə cari ilə müqayisədə 4,2 faiz bənd azaldılaraq 5,3 səviyyəsinə endirilməsi proqnozlaşdırılır: “Dünyada baş verən geosiyasi təlatümləri, dünyanın əksər dövlətlərində bu göstəricilərin daha pessimist ssenari üzrə nəzərdə tutulduğunu nəzərə alsaq, bu artımı məqbul hesab etmək olar. Təbii ki, bu hədəflərə nail olunması Azərbaycan hökuməti qarşısında mühüm vəzifələr qoyur”.
Milli Məclisin deputatı sonda əlavə edib ki, qlobal istiləşmə su probleminə gətirib çıxarıb: “Ölkəmizdə bu istiqamətdə ən ağır vəziyyət Naxçıvandadır. Həm içmək, həm də suvarma üçün su qıtlığı mövcuddur. Mənim yaşadığım kənddə 12 krantdan su gəlirdi və kəndin 80 faizi bu sudan istifadə edirdi. İndi isə krantlardan su gəlmir, quyular da quruyub. Ölkə Prezidenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və düşünürəm ki, bu proqram nəticəsində qaldırılan məsələlər öz həllini tapacaq. Ancaq Naxçıvan hələ də blokadadır, dəmir yolu açılmayıb, quru yollar yox, bu dövr ərzində Naxçıvana əlavə güzəştli dotasiya ayrılmalıdır. Mən sizin nəzərinizə çatdırıram ki, indi işsizlik problemləri də var. Vurğulandı ki, vergi gəlirləri 32 faiz artıb, gömrük rüsumları artıb. Bütün bunlara baxmayaraq, yenə də deyirəm bu gün orada su problemi bir nömrəli problemdir. Ona görə də mən burada iqtisadi qurumların rəhbərlərindən xahiş edirəm ki, bunları nəzərə alsınlar”.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-11-2023, 10:22 Oxunub: 63
Bölməyə aid digər xəbərlər
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
3-05-2023, 15:30
İrəvanın Xankəndiyə ötürdüyü pullar... HARA XƏRCLƏNİR?
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
5-01-2023, 16:21
Səttar Möhbalıyev: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir”
26-11-2022, 09:27
Kamaləddin Qafarov: “2023-cü ildə prioritet istiqamətlər üzrə xərclər xeyli artırılıb”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
6-10-2022, 10:19
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
23-11-2021, 10:28
Milli Məclisin iclası başlayıb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO