16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Eltun Süleymanov: “İlk Yeni ildir ki, Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız dalğalanır”

“Həmişə olduğu kimi bu ilin yekununda–dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Hərəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət etdi. Xalqımızı daim qələbədən qələbəyə aparan, dünya siyasətində yeri və rolu olan, ölkəmizin inkişafı üçün bütün səyini əsirgəməyən Liderin çıxışı bu dəfə fərqli çıxış idi. Çünki o, qalib xalqın qalib sərkərdəsi kimi çıxış edir, yeni qələbələrin müjdəsini verirdi.
Ölkəmizin başçısı cənab İlham əliyev haqlı olaraq 2023-cü ilixalqımızın tarixində qürur və sevinc ili adlandırdı:” 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.”
2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsi, işğalçı qüvvələrin beynəlxalq hüquqla tanınan ərazilərimizdən çıxarılması, separatizmə son qoyulması və düşmən ordusunun məhv edilməsi fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir.
Düzdür, biz böyük qələbəmizi hələ 3 il əvvəl 44 günlük Vətən müharibəsində qazanmışdıq, lakin möhtərəm Prezidentin də ifadə etdiyi kimi, “biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb”. Bu mənada, məhz 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməklə əslində, uzun illər davam edən ədalətsiz bir gedişata son qoymuş oldu.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “2023-cü ilin ən mühüm hadislərindən biri ərazi bütövlüyümüzün bərpası oldu. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması bu sahədə ilk addım idi. Bütün təzyiq və təhdidlərə baxmayaraq, dövlət başçımızın qətiyyəti, ordumuzun sayıqlığı öz sözünü dedi. Nəticə isə Azərbaycan xalqı üçün bir qürur mənbəyi oldu: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.
Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.”
Eltun Süleymanov bildirmişdir ki, “iki bayramı birlikdə qeyd edən Azərbaycan xalqı xoşbəxt günlərini yaşayır. Bu il ilk Yeni ildir ki, Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız dalğalanır, dünyanın hər yerində yaşayan azərbaycanlılar qürur və fəxarətlə bu günün sevincini yaşayır. Şərqi Zəngəzurda və Qarbağda tikinti işləri sürətlə davam edir, məcburi köçkünlər Yeni ili öz evlərində qeyd edirlər.
Müraciətində məcburi köçkünlərə daha bir müjdə verən dövlətimizin başçısı bu tendensiyanın davam edəcəyini bildirərək demişdir: “Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.”
Azərbaycan Prezidentinin bayram müraciəti eyni zamanda milli maraqların təmin olunması baxımdan həm də mühüm həmlə xarakteri daşıyır. Xüsusən ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan xəbərdarlıq fonunda Azərbaycanın güc və imkanları bir daha ön plana çıxmış oldu. Ölkə Prezidentinin dediyi kimi, adıçəkilən subyektlər, xüsusən “Ermənistan rəhbərliyi bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-01-2024, 18:39 Oxunub: 57
Bölməyə aid digər xəbərlər
28-12-2023, 12:27
Eltun Süleymanov: “Həmrəylik günü milli birliyimizin təcəssümüdür”
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
6-11-2023, 14:47
Elton Məmmədov: Qürur tariximiz
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
28-12-2022, 11:03
Eltun Süleymmanov: “Tariximizin şanlı Zəfər səhifəmiz milli birliyimiz və həmrəyliyimiz sayəsində yazıldı”
26-12-2022, 22:56
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə milli birlik fəlsəfəmizin əsasını qoyub”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
2-10-2020, 07:56
BDU-nun rektoru Prezidentə məktub yazdı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO