16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Tezliklə Naxçıvanın sosial-iqtisadi və mədəni həyatında böyük yeniliklər olacaq”

“Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qovşağında, böyük İpək yolunun üzərində yerləşən qədim yurdumuz Naxçıvanda möhtəşəm təntənə yaşanır. Modern inkişafının yeni dövrünə qədəm qoyan muxtar respublika 100 illik yubileyini qeyd edir. Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamda vurğulandığı kimi, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Bu gün Naxçıvan bütün sahələr üzrə böyük sürətlə inkişaf edərək, sözün əsl mənasında, intibah mərhələsi səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamı ilə Naxçıvanda Prezidentin Səlahiyyətli Nümayəndəsi İnstitutunun fəaliyyətə başlaması və məqsədyönlü islahatların uğurla həyata keçirilməsi ilə muxtar respublikada yeni inkişaf mərhələsinin başlanması təmin edilib. Dövlət başçısının təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" isə qədim yurdumuzun modern inkişafını şərtləndirən çox mühüm sənəddir. Bu dövlət proqramının Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan layihələrə nəzər yetirdikdə aydın şəkildə görünür ki, tezliklə muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatında inqilabi yeniliklər olacaq”.
Bu fikirlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Azərbaycan” qəzetində dərc olunan “Yüksəlişin Naxçıvan nümunəsi” adlı məqaləsində yer alıb.
“Dövlət proqramında əksini tapmış inkişaf strategiyasının həyata keçirilməsinin 11 istiqamət üzrə ən əlverişli və münasib icra mexanizmləri və maliyyə mənbələri müəyyən edilib. Muxtar respublikanın inkişafının siyasi və iqtisadi cəhətdən qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı elmi prinsiplərə də istinad edilib. Bu mühüm sənəd hazırkı mərhələdə yeni Naxçıvanın meydana çıxmasına imkan yaradacaq. Tədbirlər Planına əsasən - Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək, Azad İqtisadi Zona yaradılacaq, vergidən və gömrük rüsumlarından azadedilmə güzəştləri tətbiq olunacaq, yeni aqro və sənaye parkları yaradılacaq, Batabatda və Ordubadda Tematik parklar salınacaq, Naxçıvan şəhərində tramvay xətti çəkiləcək, yeni bərpa olunan enerji (əsasən günəş) stansiyaları, həmçinin istilik elektrik stansiyaları tikiləcək, UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq tarixi-memarlıq abidələri müəyyənləşdiriləcək. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir inkişafının təmin olunmasına göstərdiyi böyük qayğının və dəstəyin əməli ifadəsidir. Dövlət proqramında nəzərdə tutulan layihələrin icrası Naxçıvanın modern tərəqqisini təmin edəcək”, - məqalədə qeyd olunub.
“Tarixi gerçəklik budur ki, Ulu Öndərin Naxçıvandan başlatdığı qurtuluş və inkişaf missiyasını cənab İlham Əliyev qətiyyətlə, inamla davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Məhz dahi liderin ilk dəfə Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün bütün Azərbaycanın üzərində dalğalanır. Bunu isə cənab İlham Əliyev Müzəffər Sərkərdə qətiyyəti ilə gerçəkliyə çevirib. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Naxçıvanın modern inkişafı naminə hazırladığı dövlət proqramı 100 illik yubileyini qeyd edən, inkişaf, tərəqqi yolunda inamla irəliləyən muxtar respublikanın yüksəlişinə müsbət impuls verəcək. Naxçıvan yenə də daha yüksək inkişaf dinamikasına görə seçiləcək və dövlət proqramına uyğun olaraq yeni istehsal müəssisələrinin, iri sənaye obyektlərinin, ekoturizm şəbəkəsinin yaradılması, "yaşıl enerji" istehsalı muxtar respublikanın region ölkələri ilə sıx inteqrasiyasını daha da dərinləşdirəcək”, - Səttar Möhbalıyev yazıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-01-2024, 09:36 Oxunub: 86
Bölməyə aid digər xəbərlər
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
31-08-2022, 11:36
Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi milli dirçəliş prosesinin özülü oldu
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
15-11-2021, 09:27
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU