16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Eltun Süleymanov: “Xalqın layiqli namizədi İlham Əliyevdir”

“2003-cü ildə Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndərin bu müraciətini yüksək qiymətləndirən xalqımız cənab İlham Əliyevə səs verməklə bir daha göstərdi ki, böyük tarixi şəxsiyyətin başlatdığı mübarizəni dəstəkləyir və İlham Əliyevin şəxsində onu Zəfərə qovuşduracaq Lideri görür. Ümummilli liderin verdiyi qiymət ictimaiyyətdə İlham Əliyevə sonsuz etimad yaratmaqla bərabər, Azərbaycanın gələcək taleyi ilə bağlı müəyyən tərəddüd və nigarançılıqlara da son qoydu. Nəticədə İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam". Prezident İlham Əliyevin bu fikirləri sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradırdı. Onun həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması və sair kimi həlli vacib məsələlər idi. Xalqın gözləntilərini və etimadının doğrultmasının nəticəsi idi ki, sonrakı dövrlərdə də, yəni 2008, 2013 və 2018- ci il seçkilərində də xalqımız ona etimad etdi və İlham Əliyev keçirilən bütün seçkilərdən qalib olaraq çıxdı".
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Ötən 21 il ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də dünya liderləri arasında sayılıb-seçilən, dövlət xadimi kimi böyük nüfuz qazandı. Bu gün Azərbaycan xalqı haqlı olaraq qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz bir-birinin ardınca uğurlara qovuşur.
Ölkədə aparılan çoxşaxəli islahatların, gerçəkləşdirilən genişmiqyaslı, saysız-hesabsız layihələrin Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatında ciddi dönüş yaratdığını, əhalinin sosial rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlar qazanıldığını, xarici siyasət kursundakı incə və peşəkar korrektələrin dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıdığını görürük və bu tarixi hadisələrin canlı şahidləriyik.
Prezident İlham Əliyev öz fəaliyyəti ilə sübut etdi ki, ölkənin hər bir vətəndaşı, hər bir bölgəsi, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir, doğmadır. İlham Əliyevə olan ümumxalq sevgisinin sirri də məhz bundadır. Məhz buna görə ölkə başçısı Azərbaycanın hər yerində eyni dərəcədə böyük hörmət və ehtiramla sevilir.
Aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti formalaşıb. Formalaşmış bu mühitin təşəbbüskarı olan Prezident İlham Əliyev əməkdaşlığın ümummilli məsələlərdə daha vacib olduğunu qeyd edir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”
Eltun Süleymanov bildirib ki, “Prezident İlham Əliyevin ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti öz bəhrəsini verdi. Cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarı olaraq ardıcıl şəkildə həyata keçirdiyi fəaliyyəti nəticəsində Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə nail oldu. Məhz bu amil ölkə daxilində qarşıdurma əhval-ruhiyyəsinin tamamilə aradan qaldırılması və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açdı. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmış oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gün-gündən genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırdı. 44 günlük Vətən müharibəsi və ondan sonra suverenliyimizin bərpası istiqamətində atılan addımlarla dövlət rəhbəri kimi onun yeni və çox önəmli digər keyfiyyətlərini də böyük qürur hissi ilə müşahidə etdik.
Prezident seçildiyi ilk gündən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Ali Baş Komandan, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərə nəzər saldıqda bir daha əmin oluruq ki, o, həqiqətən də hər birimizin Prezidenti olmaq üçün mümkün olan hər şeyi etdi və təkcə 10 milyonluq Azərbaycan seçicisinin deyil, 60 milyona yaxın dünya azərbaycanlılarının lideri olmağı bacardı.
Bu fikir Azərbaycan ictimaiyyətində qəti formalaşmış fikirdir. Cəmiyyət birmənalı olaraq cənab İlham Əliyevin Liderliyini qəbul edir və öz seçimini edib. Bu da özünü 7 fevral Prezident seçkilərində göstərəcəkdir. Tam əminliklə bildirmək istəyirəm və inanıram ki, müdrik xalqımız bu seçkidə də öz layiqli namizədi İlham Əliyevə səs verəcək, onun rəhbərliyi ilə gələcəyə inamla addımlayacaqdır.”
Bölməyə aid digər xəbərlər

Tarix: 18-01-2024, 10:32 Oxunub: 36
Bölməyə aid digər xəbərlər
21-12-2023, 09:30
Eltun Süleymanov: “Cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir”
20-12-2023, 17:35
Aqiyə Naxçıvanlı: “Tarixi Qələbəmizin nəticəsində yaranmış yeni reallıqlar Böyük Qayıdış strategiyasının effektivliyini təmin edir”
15-10-2023, 09:56
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür
15-10-2023, 09:36
Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
12-10-2023, 09:07
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin müdrik siyasəti xalqı və ölkəni etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu”
4-08-2023, 11:50
Eltun Süleymanov: “İlham Əliyev Azərbaycanı yüksəltməklə özü də bütün azərbaycanlıların Prezidenti səviyyəsinə yüksəlmişdir”
16-06-2023, 11:19
Fatey bey: “Qurtuluşdan Zəfərə”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
2-03-2023, 11:02
Eltun Süleymanov: “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”
21-12-2022, 09:48
Eltun Süleymanov: Bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
6-04-2022, 12:53
Şahmar Usubov: Azərbaycan xalqı doğru və müdrik seçim etdi
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO