11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
Səttar Möhbalıyev: “Azərbaycan xalqı Zəfər yolunun növbəti mərhələsinə qədəm qoydu”

“Dövlətimizin və xalqımızın həyatında yeni dövrə start verildi. Xalqımızın möhkəm iradəsi və sarsılmaz həmrəyliyi sayəsində Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev cənablarının xalq qarşısında öz müqəddəs andını içməsi ilə böyük və şərəfli yola inamla qədəm qoyduq. Bu yol doğma Vətənimizin indikindən də gözəl çiçəklənməsi, hərtərəfli inkişafı, müstəqilliyinin, suverenliyinin qorunması, qazanılmış bənzərsiz uğurların davam etdirilməsi və yeni hədəflərə nail olmaqdır. Bu yol, təbii ki, zəfər yoludur, müvəffəqiyyətlərlə zəngin yeni bir dövrdür. Bunu əminliklə söyləməyə bizə ötən illərin nailiyyətləri əsas verir. Xalqımız ilk dəfə - 2003-cü ildə cənab İlham Əliyevi dövlətimizə rəhbər seçərkən qəlbimizdə böyük ümummilli arzular, qarşımızda çətin hədəflər, ən əsası isə Qarabağ həsrəti var idi. Amma qətiyyən naümid deyildik. İnanırdıq ki, bütün istəklərimizə çatacağıq. Gəlin, bugünkü Azərbaycana nəzər salaq - davamlı inkişaf edən müstəqil və güclü iqtisadiyyat, döyüş meydanında öz sözünü kişi kimi demiş yenilməz Ordu, xalqımızın xoşbəxt və firavan həyatı, yerləşdiyi coğrafiyanın əsas aparıcı dövləti, dünyanın ən əhəmiyyətli və strateji ölkələrindən biri, bir tərəfdə də dirçələn, çiçəklənən Qarabağ. Qeyd etdiklərim vaxtı ilə çoxlarına əlçatmaz görünə bilərdi, bu gün isə realdır. Biz bu arzu və istəklərə xalqımızın müdrik qərarı və sərrast seçimi, həmrəyliyi, dövlətimizin başçısı cənab İlham Əliyevin mükəmməl dövlətçilik təfəkkürü, çevik və səmərəli idarəçilik bacarığı, dərin siyasi biliyi, diplomatik səriştəsi və qətiyyəti sayəsində çata bildik”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, mürəkkəb bir coğrafiyada yerləşən, ərazisinin həcmi və əhalisinin sayı baxımından böyük olmayan, digər tərəfdən hərbi təcavüzə məruz qalan, bir milyondan artıq vətəndaşı məcburi köçkün həyatı yaşayan bir ölkənin cəmi 20 ildə bütün maneələri aşması, blokadaları yarması, regionda bütün təşəbbüsü öz əlinə alması yalnız uzaqgörən və güclü Liderin sayəsində mümkün olduğu hamıya məlumdur: “Sözsüz ki, bunun arxasında bilavasitə Prezident İlham Əliyevin gərgin zəhməti, fədakar və unudulmaz əməyi dayanır. O, qısa zaman kəsiyində yorulmadan gördüyü əvəzsiz işlər, apardığı ardıcıl islahatlar, müəyyənləşdirdiyi mükəmməl strategiyalar, həyata keçirdiyi aydın və konkret proqramlarla daim modernləşən, müasir dövrün tələblərinə cavab verən, dünyada gedən amansız rəqabətə davamlı güclü bir Azərbaycan qurub. Bu Azərbaycanın dünyada yeri və rolu, nüfuzu böyük, təsir imkanları geniş, onunla əlaqələr qurmaq, dost olmaq istəyən dövlətlərin sayı isə kifayət qədərdir. Çünki ölkəmizin təşəbbüsü ilə ərsəyə gələn beynəlxalq və regional layihələrin işığı bütün dünyaya bərq vurur, Avropanın enerji böhranından yeganə xilas yolu hesab edilir. Həm iqtisadi, həm də siyasi və strateji baxımdan yüksək əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TANAP, TAP, Transavropa və Transasiya dəmiryollarını birləşdirən Bakı-Tbilisi-Kars dəmiryolu ölkəmizin regional güc mərkəzinə çevrilməsində, qlobal mövqelərinin möhkəmlənməsində son dərəcə önəmli layihələrdir”.
“Təcrübə göstərir ki, dövlətlərin bir-birinə yaxınlaşması, əməkdaşlığın qurulması və genişlənməsi etibar və ölkədə mövcud olan sabitlikdən çox asılıdır. Bu sahədə Azərbaycan ləyaqətli bir ölkədir, burada möhkəm sabitlik var, həmçinin Prezidentimiz sözü ilə işi bir olan, atdığı hər bir imzasına hörmətlə yanaşan şəxsiyyətdir. Azərbaycanın qlobal uğurlarının digər səbəbi isə cənab İlham Əliyevin dünya siyasətini, beynəlxalq münasibətləri tarixi, nəzəri və praktik baxımdan dərindən bilməsidir. O, xarici siyasətdə hər zaman milli dövlət maraqlarından çıxış edib, Azərbaycanın mənafeyini bütün dəyərlərdən üstün tutub. İştirak etdiyi qlobal tədbirlər, beynəlxalq tribunalarda etdiyi çıxışlar, irəli sürdüyü təşəbbüslərlə ölkəmizi layiqincə təmsil edib. Onun nümunəvi davranışları, yüksək siyasi mədəniyyəti və intellektual səviyyəsi dünyada ölkəmizin nüfuzunun artmasına əsaslı təsir edib, həm də hər birimizi qürurlandırıb”, - Milli Məclisin deputatı bildirib.
Səttar Möhbalıyev əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızı qarşıda daha böyük nailiyyətlər, parlaq gələcək və güclü Azərbaycan gözləyir.
Bölməyə aid digər xəbərlər

Tarix: 14-02-2024, 17:16 Oxunub: 34
Bölməyə aid digər xəbərlər
12-02-2024, 10:17
Qara Allahverdiyev: Növbədənkənar prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk oldu
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
22-12-2023, 15:21
Səttar Möhbalıyev: “Azərbaycanın son 20 ildə keçdiyi yol bizim uğur salnaməmizdir”
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO