16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Eltun Süleymanov: “Xocalının qisası döyüş meydanında alındı”

“Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366- cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.
Dünya mətbuatı Xocalı adlı bir şəhərin erməni vandalları tərəfindən Yer üzündən silinməsi, əhalisinin soyqırımına məruz qalması haqqında xəbərlər və hadisə yerindən reportajlar yaydı. Çox təəssüf ki, sonradan Azərbaycan xalqının bu faciəsinə də biganəlik göstərildi, fəryadımızı özümüzdən başqa kimsə eşitmək istəmədi. Təqdirəlayiqdir ki, son illər istər ölkəmizdə, istərsə də xarici ölkələrdə bir çox kitablar yazılmış, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılmış, dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmış, xarici ölkələrdəki səfirlik və nümayəndəliklərimizdə, diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfransları, anma mərasimləri keçirilmiş, xarici mətbuat və teleradio kanallarında materiallar yayımlanmışdır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “bu soyqırımına dünya birliyinin indiyədək laqeyd yanaşması ikili siyasətin, riyakarlığın bariz nümunəsidir. Çünki bəşər tarixində Xocalı soyqırımına bənzər dəhşətli facilər nadir hallarda baş verib. Əgər dünya birliyi bu faciə ilə əlaqədar təcavüzkara qarşı hər hansı bir tədbir görmürsə, o zaman onların insan hüquqlarından danışmağa mənəvi haqları çatmır. Baxmayaraq ki, bir çox diplomatlar Xocalı faciəsi üzrə beynəlxalq tribunal yaratmaqla, bu faciəyə görə cavabdeh onların cinayət məsuliyyətinə cəlb edilməsi barədə təkliflər səsləndiriblər, nəticədə isə, həmin təklifi irəli sürənlər çox ciddi təqiblərlə üz-üzə qalıblar. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.”
Eltun Süleymanov bildirib ki, “bu qanlı faciəyə ilk dəfə məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmiş, 1994-cü ildə Ulu Ondərin təşəbbüsü ilə Azərbaycan parlamentində fevralın 26-sı Xocalı Soyqırımı Günü kimi qəbul olunmuşdur. Bundan əlavə, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir.
Düzdür, 1992-ci il fevralın 26-da erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı hər birimizin qəlbini dərindən yaraladı, amma Azərbaycan xalqının milli iradəsini, işğalla barışmaz mövqeyini qətiyyən sarsıda bilmədi.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu, Vətən uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın, Xocalıda və digər ərazilərimizdə erməni qətliamına məruz qalan mülki vətəndaşlarımızın qisasını döyüş meydanında aldı.”
Bölməyə aid digər xəbərlər

Tarix: 19-02-2024, 17:24 Oxunub: 81
Bölməyə aid digər xəbərlər
27-03-2023, 20:23
Eltun Süleymanov: “Soyqırımı qurbanlarının xatirəsi unudulmur”
27-02-2023, 11:25
Fateh bey: Bütün gönderilerinizi Kargo Can olarak tüm Türkiye'ye HIZLI ve GÜVENLİ TESLİMAT olarak ulaştırıyoruz
26-02-2023, 09:22
Xocalı soyqırımından 31 il ötür
25-02-2023, 17:44
Xocalı xalqımızın qan yaddaşıdır
24-02-2023, 13:47
Xudaverdi Əliyev: Bu dərsi tarix boyu unutmayacaqlar
23-02-2023, 10:14
Rövşən müəllim: Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrilib
22-02-2023, 18:08
Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindəndir
17-02-2023, 09:56
11 saatlıq qanlı döyüşlərin azərbaycanlı qəhrəmanları belə öldürülüb - ŞOK FAKTLAR
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
29-08-2022, 13:02
Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş şəxlərə aid məzar yerləri barədə məlumatları təqdim etmir - FOTO
29-03-2022, 11:00
Turə Qasımova: Tarixi yaddaşımızdan silinməyən soyqırım
29-03-2022, 08:00
Namizəd İsmayılov : 31 mart Soyqırımını xalqımız heç vaxt unutmayacaq
26-02-2022, 09:00
Xocalı soyqırımından 30 il ötür
23-02-2022, 09:00
Aqiyə Naxçıvanlı: “Azərbaycan xalqı nə Xocalı faciəsini, nə də erməni faşizminin törətdiyi digər vəhşilikləri heç zaman unutmayacaq”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB