11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
Səttar Möhbalıyev: “Azərbaycan və Türkiyə birgə səylərlə qarşıdakı bütün hədəflərə nail olacaqlar”

“Azad və demokratik seçkilər nəticəsində yüksək səs çoxluğu ilə növbəti dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev cənabları bu dəfə də ilk rəsmi dövlət səfərini dost və qardaş Türkiyəyə etdi. Xatırlayırsınızsa, ötən il cənab Rəcəb Tayyib Ərdoğan da yenidən Türkiyə Prezidenti seçildikdən sonra birinci rəsmi səfərini Azərbaycana reallaşdırmışdı. Ənənə halını alan bu məqam, təbii ki, heç də təsadüfü xarakter daşımır, bu artıq bir dəyərə çevrilib. Və iki qardaş ölkənin münasibətlərinin səviyyəsini əks etdirir. Sözsüz ki, burada hansısa siyasi-iqtisadi maraqlardan söhbət gedə bilməz. Bu yalnız qardaşlıq duyğularının təcəssümüdür. Dünyada belə təcrübə var: dövlətlər arasında rəsmi səviyyədə yaxın dostluq münasibətləri olur, amma onların xalqları bir o qədər də bir-birinə yaxın olmur. Lakin bütün səviyyələri əhatə edən Azərbaycanla Türkiyə əlaqələri xalqlarımızın da qardaşlığı, doğmalığı ilə böyük bir nümunə təşkil edir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Dərin köklərə malik münasibətlərimizin bu səviyyəyə yüksəlməsində hər iki ölkə liderinin xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. İstər dövlətimizin başçısı cənab İlham Əliyev, istərsə də Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan bütün beynəlxlaq platformalarda vahid mövqedən çıxış edir, ölkələrimiz arasında münasibətləri dərinləşdirir, dar gündə də, şad gündə də bir birinin yanında olurlar. Biz 44 günlük Vətən müharibəsində möhtərəm Rəcəb Tayyib Ərdoğan başda olmaqla ümumilikdə türkiyəli qardaşlarımızın mənəvi dəstəyini unuda bilmərik. Ürəkləri bizimlə bir döyündü, əsgərlərimizin hər bir uğuruna bizimlə birlikdə sevindilər. Həmin vaxt Türkiyə Prezidentinin verdiyi o tarixi mesaj üçüncü ölkələrin əl-qolunu bağladı, səslərini belə çıxara bilmədilər. Həmçinin Türkiyənin dövlət strukturları Azərbaycanın Qələbəsi üçün bütün sferalarda əzmkarlıq göstərdilər. Mən 2014-cü ildə İlham Əliyev cənablarının Praqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin 5 illiyinə həsr olunan plenar iclasında Sarkisyana verdiyi cavabı yaxşı xatırlayıram. Həmin vaxt işğalçı ölkənin rəhbəri sammitdə Türkiyənin iştirak etməməsini fürsət bilib rəsmi Ankaranın ünvanına qərəzli ifadələr işlətdi. Cənab İlham Əliyev bunu sərt qarşılayaraq “Türkiyə rəhbəri burada yoxdursa, mən burdayam” deyərək təcavüzkar dövlətin başçısına layiqli cavab verərək yerində oturtdu. Bütün bunlar sarsılmaz qardaşlığın əlamətidir”, - AHİK sədri qeyd edib.
“Həmçinin mən Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, münasibətlərinin inkişafında, təşkilatlanmasında, həmrəylik nümayiş etdirməsində Azərbaycan və Türkiyənin danılmaz xidmətlərini vurğulamaq istərdim. Məhz bunun nəticəsidir ki, artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi proseslərə təsir imkanları artıb. Prezident İlham Əliyev andiçmə mərasimində də bu məsələyə toxundu və bəyan etdi ki, bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu gün dünyada gərgin, mürəkkəb proseslər gedir, axırı görünməyən müharibələr baş verir. Məhz buna görə də eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik qardaş ölkələrin birliyi, həmrəyliyi zərurətdir. Unutmayaq ki, Türk ölkələri mühüm coğrafi ərazidə yerləşir, iqtisadi potensialları yüksəkdir, həmçinin zəngin enerji resurslarına və əhəmiyyətli nəqliyyat yollarına malikdirlər. Bu da Türk Dövlətləri Təşkilatının hərtərəfli güclənməsinə geniş imkanlar açır”, - Milli Məclisin deputatı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri, aparılan danışıqlar, imzalanan sənədlər əlaqələrimizin daha da dərinləşməsində, gələcək hədəflərin müəyyənləşməsində və ona nail olunmasında əhəmiyyətli rola malikdir: “Ölkələrimiz arasında rekord səviyyədə - 7,5 milyard dollar təşkil edən ümumi ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq planlaşdırılır. Habelə təbii qaz ixracının həcminin artırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi, bu istiqamətdə birgə istehsal gələcək planlar sırasındadır. Əminik ki, birgə səylər nəticəsində bütün bu hədəflərə çatacağıq”.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-02-2024, 13:28 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
11-10-2023, 09:04
Cənubi Qafqazda sülhə doğru bir addım
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
30-04-2023, 10:58
Səttar Möhbalıyev: “Müdrik rəhbərləri sayəsində Azərbaycan və Türkiyənin daha böyük uğurları hələ qarşıdadır”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
22-09-2022, 14:20
AHİK sədri Səttar Möhbalıyev KAMU-SEN Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb - FOTOLAR
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO