16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycan Xocalıya ədaləti özü gətirdi”

“2024-cü il 26 fevral tarixində ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı. Həmin gün Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Rayon ictimaiyyəti ilə keçirdiyi görüşündə möhtərəm dövlət başçımız xüsusilə vurğuladı ki, əslində bu kompleksin layihəsi çoxdan hazır idi. Hətta onun inşası üçün Bakıda, Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Lakin məhz cənab Prezident İlham Əliyevin uzaqgörənliyi bu layihənin icrasını hər dəfə təxirə salırdı. Çünki dövlətimizin başçısı bilirdi ki, zaman gələcək və biz bu torpaqlara mütləq qayıdacağıq. Cənab Prezident 2003-2020-ci illər ərzində ölkənin bütün potensialını məhz bu məqsədə çatmaq üçün səfərbər etmiş, özünün bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində aparılan Vətən müharibəsi 17 il ərzində həyata keçirilən hazırlıq işlərinin möhtəşəm nəticəsi oldu.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat bildirib ki, əksər böyük dövlətlərin, beynəlxalq təşkilatların Xocalı faciəsinə biganə qalmaları dünya miqyasında misilsiz riyakarlıq nümunəsidir: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı təəssüflər olsun ki, cavabsız qaldı. Bu gün dövlətimizin gərgin səylərinin nəticəsi olaraq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanısa da, bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Həmçinin əksər beynəlxalq təşkilatlar da bu faciəyə biganə qalmışlar. Halbuki, Azərbaycan dövləti də, ictimai təşkilatlar da, xaricdə yaşayan soydaşlarımız da Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişlər. Əlbəttə ki, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmiş, kitablar, məqalələr dərc edilmiş, sərgilər təşkil olunmuşdur. Lakin o illərdə də, bu gün də ermənilərin xarici ölkələrdə olan riyakar himayədarları bu qanlı faciəni törətmiş cinayətkarların cəzasız qalmaları üçün əllərindən gələni edirlər. Buna görə də Azərbaycan sonda ədaləti özü bərpa etməli oldu. İkinci Qarabağ müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, işğal altında qalan digər ərazilər isə keçən ilin sentyabr ayında düşməndən tamamilə təmizləndi.”
Həmçinin A.Naxçıvanlı 2023-cü ilin oktyabr ayında Xocalıda, Xankəndidə və digər ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən Azərbaycan bayrağının ucaldılmasının erməni separatizminin nəfəsini kəsən son addım olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm dövlət başçımız öz çıxışında birmənalı olaraq bildirdi ki, Xocalısız, Xankəndisiz Azərbaycanın qələbəsi heç zaman tam sayıla bilməzdi. Çünki Xocalı faciəsi Azərbaycan xalqının qəlbində o qədər böyük yaralar salıb ki, bu şəhər azad olunmadan biz sakitləşə bilməzdik. Nəhayət 2023-cü il oktyabrın 15-də Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, erməni faşizminin və separatizminin Azərbaycan torpaqlarında bundan sonra bir daha baş qaldıra bilməyəcəyinə dair bütün dünyaya göndərilən bir mesaj oldu. Bu gün isə, artıq Xocalıda da işğaldan azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, möhtəşəm abadlıq-quruculuq işləri böyük vüsətlə həyata keçirilir. Azərbaycan xalqı öz torpaqlarına əbədi qayıdıb və bu reallığı artıq heç bir qüvvə dəyişə bilməz” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-02-2024, 11:10 Oxunub: 78
Bölməyə aid digər xəbərlər
24-02-2024, 17:59
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Ramsin Abdullayev
19-02-2024, 17:38
Aqiyə Naxçıvanlı: “Xocalı qətliamını törədənlər öz layiqli cəzalarını mütləq alacaqlar”
11-01-2024, 11:28
Aqiyə Naxçıvanlı: “2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi və həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini etdi”
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
19-11-2023, 09:46
Aqiyə Naxçıvanlı: “Kəlbəcərin azad olunması Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi idi”
1-11-2023, 22:12
Aqiyə Naxçıvanlı: “Ali Baş Komandan hərb meydanında əldə olunmuş bütün qələbələrimizin siyasi müstəvidə də təsdiqlənməsinə nail oldu”
12-10-2023, 09:07
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin müdrik siyasəti xalqı və ölkəni etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu”
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO