16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Azərbaycan-Almaniya iqtisadi əlaqələri səmərəli əməkdaşlıq nümunəsidir”

“Etiraf etmək lazımdır ki, bu gün Avropa İttifaqına üzv olan heç də bütün ölkələr Cənubi Qafqazda məhz hansı formada təmsil olunmaq, regionda əməkdaşlıq əlaqələrinin qurulmasında hansı prioritetlərə əsaslanmaq kimi məsələlərdə ortaq mövqelərdən çıxış edə bilmirlər. Ermənipərəst qüvvələrin daha çox təsirinə məruz qalan Fransa hökuməti birmənalı olaraq anti-Azərbaycan siyasəti yürüdür və regionda gərginliyi artırmağa çalışır. Təkcə Ermənistanın silahlandırılması kimi, avantürist bir qərar artıq Fransanın Cənubi Qafqaz siyasətinin bu regionun ölkələri və xalqları üçün, o cümlədən ermənilər üçün yaxşı heç nə vəd etmədiyini açıq-aşkar göstərir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bidirib ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bu məsələyə ətraflı toxunaraq, Fransanın və bu ölkənin əlində alətə çevrilmiş AŞPA-nın qərəzli və haqsız mövqelərinə dair fikirlərini bildirmişdir. “ Həqiqətən də, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli heç bir addım atmayıb. Təəssüflər olsun ki, bu gün ikili standartların tətbiqi bəzi böyük dövlətlər, eləcə də Avropa İttifaqı üçün adi hala çevrilib. Azərbaycan özü ilə bu cür davranmağa heç kimə icazə verməyəcəyini də artıq dəfələrlə nümayiş etdirib. Ölkəmizə qarşı tutduqları mövqelərindən asılı olmayaraq bütün Qərb dairələri yaxşı bilirlər ki, Azərbaycanın rəyi və iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Məhz buna görə də Avropanın işgüzar dairələri Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduqlarını gizlətmirlər.”
K.Qafarov deyib ki, Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri hər halda Avropada sağlam düşünən insanların üstünlük təşkil etdiyini deməyə əsas verir: “Görüş zamanı Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen səfəri zamanı Almaniya Kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını qeyd etməklə, ölkələrimiz arasında münasibətlərin məhz ikitərəfli formatda inkişafının bəlkə də daha səmərəli ola biləcəyini vurğulamış oldu. Səfir, eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etməklə, ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini diqqət mərkəzinə çəkmiş oldu. Nəhayət, səfir birmənalı olaraq bəyan etdi ki, iş adamlarından ibarət böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədlərindən biri də ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirməkdən ibarətdir. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərində iqtisadi sahə həmişə mühüm rol oynayıb. Cənab Prezident İlham Əliyev görüş zamanı bu məqamı xüsusi qeyd etdi. Dövlətimizin başçısı münasibətlərin müsbət inkişaf dinamikasını şərtləndirə biləcək önəmli amil kimi, Almaniyanın neytrallıq nümayiş etdirdiyini və Fransadan fərqli olaraq Ermənistanı silahlarla təchiz etməməsini vurğuladı. Əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul etməsi təşəbbüsünün Almaniya parlamentinin üzvü, həm də birbaşa Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü tərəfindən irəli sürməsi təəssüf doğuran bir haldır. Bununla belə, cənab Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğunu qeyd etdi və Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini də vurğuladı. Bütün bunlar, əlbəttə ki, iki ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsi üçün zəmin rolunu oynaya bilər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-03-2024, 09:06 Oxunub: 47
Bölməyə aid digər xəbərlər
1-03-2024, 12:46
Aqiyə Naxçıvanlı: “Cənubi Qafqazda əməkdaşlıqda maraqlı olan ölkələr ilk növbədə ikili standartlar siyasətindən əl çəkməlidirlər”
18-01-2024, 10:14
Fransa Senatının qətnaməsi ilə bağlı BƏYANAT
29-12-2023, 09:39
"Dəmir yumruq" bu dəfə Parisi vurdu: Bakı Fransanın "supergüc" statusunu əlindən alır
1-09-2023, 10:00
Nəhəng müstəmləkəçi imperiya çökür: Bakı Fransanı can atdığı Qafqaza dəfn etmək üzrədir
28-04-2023, 10:00
Bakı Parisi "erməni girovluğu"ndan çıxarır: İndi Ermənistanda Fransa da xəyanətdə suçlanır
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO