16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Azərbaycanın uğurlu enerji strategiyasının göstəriciləri ilbəil yüksəlir”

“Ölkəmizdə daha bir mötəbər tədbir - Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası baş tutdu. Tədbirdə 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkətin təmsil olunması, nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələrin iştirakı Dəhlizin əhəmiyyətini, ona artan marağı və bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Məlumdur ki, Cənub Qaz Dəhlizi nəhəng bir layihədir, böyük bir missiyanı uğurla icra edir. Xüsusilə son illərdə regionda baş verən mürəkkəb proseslər fonunda Dəhlizin nə qədər vacib bir layihə olduğunu göstərir. Həmçinin məlumdur ki, bu layihə iştirakçı dövlətlər arasında dostluq münasibətlərinin yaranmasına, əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri layiqincə, dəqiq və vaxtında icra edir, inkişafı, nəzərdə tutulmuş bütün hədəflərin reallaşması üçün səylə çalışır”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Tədbirdə çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətini, Azərbaycanın bu layihəyə verdiyi önəmi, həmçinin ölkəmizin enerji sahəsində mövcud imkanlarını iştirakçıların diqqətinə çatdırdı. Bir daha görürük ki, ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayan ölkələr sırasına yüksəlib. Bu da, təbii ki, digər sahələrdə olduğu kimi, dövlətimizin uğurlu və effektli enerji strategiyasının nəticəsidir. Bu gün Azərbaycan qazına artan maraq göz qabağındadır, tələbat yüksəkdir, bu sahədə də Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Məncə, bir daha xatırlatmaq yerinə düşər ki, bu həm də Azərbaycanın sınanmış, güvənli və etibarlı tərəfdaş olması ilə sıx bağlıdır. Bu məqama Prezident İlham Əliyev də çıxışında toxundu. Bunu illərin təcrübəsi sübut edir ki, Azərbaycan atdığı hər bir imzasına yüksək dəyər verir. Məsələn, götürək elə Cənub Qaz Dəhlizin. Ölkəmiz heç bir gecikməyə yol verməyib, imzalanan sənədlərdə dəyişikliklər etməyib. Bu da dövlətimizin məsuliyyətindən irəli gəlir”, - AHİK sədri bildirib.
“Dövlətimizin başçısı toplantıda həmçinin Azərbaycanın yaşıl enerji strategiyasından da bəhs etdi. Bildiyimiz kimi, ölkəmiz bərpaolunan enerji üzə böyük potensiala malikdir və ortada aydın proqram var. 2030-cu ilədək hədəflər arasında 5 Milli Prioritetdən biri də “təmiz ətraf mühit” və “yaşıl artım”dır. Və bu istiqamətdə real addımlar atılmaqdadır. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə "Xızı-Abşeron" Külək, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 230 MVt gücündə Qaradağ Günəş elektrik stansiyaları ilə bağlı görülən işlər bunun əyani təzahürləridir. Azərbaycanın qarşıdakı hədəfləri arasında 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması da nəzərdə tutulub. Eləcə də işğaldan azad edilmiş ərazilərimiz “Yaşıl enerji” zonası elan edilib. Bunlar ölkəmizin yaşıl enerji iqtisadiyyatına verdiyi əhəmiyyətin göstəriciləridir”, - Milli Məclisin deputatı qeyd edib.
AHİK sədri əlavə edib ki, bu il iqlim dəyişikliyi ilə mübarizədə son dərəcə mühüm və dünyanın ən vacib tədbirlərindən biri - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ölkəmizdə baş tutacaq və Azərbaycanın yaşıl iqtisadiyyat naminə gördüyü işləri beynəlxalq aləmə göstərəcək.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-03-2024, 09:19 Oxunub: 34
Bölməyə aid digər xəbərlər
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
3-02-2023, 12:38
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib - YENİLƏNİR - FOTO/VİDEO
3-02-2023, 09:14
İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir - YENİLƏNİB - CANLI YAYIM
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
4-02-2022, 15:18
Səttar Möhbalıyev: “Cənub Qaz Dəhlizi dövlətimizin enerji siyasətinin məntiqi nəticəsidir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO