16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Bu il Novruzu Qarabağda və Şərqi Zəngəzurda bu torpaqların əsl sahibləri qarşılayır”

“Bu il Novruzun özü də Azərbaycan xalqı qədər sevinir. Çünki uzun illərin həsrətindən sonra ölkəmizin bütün şəhər və qəsəbələrində, kəndlərində, rayon və bölgələrində olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun artıq hər bir guşəsində də Novruzu bu torpaqların əsl sahibləri qarşılayır. Keçən ilin oktyabr ayının 15-də Xankəndidə müqəddəs bayrağımızı ucaldan, noyabrın 8-də tarixi Qələbəmizin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qəbul edən Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu ilin 18 mart tarixində bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı və xalqı bayram münasibətilə təbrik etdi. Təəssüflər olsun ki, Xankəndidə, Pənahəli xanın saldığı bu Azərbaycan şəhərində erməni millətçiləri təkcə işğal dövründə deyil, ondan əvvəlki dönəmdə də ağalıq edirdilər. Səbəb də bu idi ki, cənab Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və məhz bu ədalətsiz, absurd qərardan sonra xalqımızın problemləri başlamışdır. Keçən əsrin 80-ci illərinin sonlarında isə Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək müvəqqəti də olsa, o vaxt öz çirkin niyyətlərini həyata keçirə bilmişdir. Bu məsələdə onlara o zaman da, indi də dəstək verən bütün xarici qüvvələr də bu qanlı cinayətlərə görə məsuliyyəti onlarla bölüşürlər”.
Bu sözləri mətbauata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməklə uzun illər boyunca dünyanın bir çox paytaxtlarından gələn və münaqişənin hərbi yolla həllinin mümkün olmadığını iddia edən mesajların əsassız olduğunu sübut etdi: “30 ilə yaxın davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazilərinin sülh yolu ilə işğaldan azad edilməsinə nail ola bilmədi. Bunun əvəzində isə, cənab Prezident İlham Əliyevin dediyi kimi, işğal dövründə dəfələrlə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Lakin Azərbaycan öz Prezidentinin iradəsi, xalqın birliyi və ordusunun rəşadəti ilə sübut etdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət qanunsuz olaraq digər ölkənin ərazisini işğal altında saxlayırsa və o torpaqlardan öz xoşu ilə çıxmaq istəmirsə, yeganə yol da məhz elə hərbi yoldur. Lakin Ermənistan II Qarabağ Müharibəsinin nəticələrindən dərs almadı. Buna görə də Azərbaycan altı ay bundan əvvəl yenidən öz gücünü göstərmək məcburiyyətində qaldı və uğurla keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Öz çıxışında cənab Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanır və Ermənistanın arxasında hansı qüvvələr dursalar belə, ölkəmzi, dövlətimizi öz məqsədindən heç nə yayındıra bilməz” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-03-2024, 08:58 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
16-03-2024, 15:26
Aqiyə Naxçıvanlı: “Bundan sonra Novruz əbədi olaraq doğma Vətənimizin bütün ərazisində böyük coşqu və təntənə ilə qeyd olunacaq”
24-12-2023, 16:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva “İmarət”də görülən işlərlə tanış olublar
19-12-2023, 11:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
4-11-2023, 11:28
Aqiyə Naxçıvanlı: “Azərbaycan bayrağı bu gün Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır”
1-11-2023, 22:12
Aqiyə Naxçıvanlı: “Ali Baş Komandan hərb meydanında əldə olunmuş bütün qələbələrimizin siyasi müstəvidə də təsdiqlənməsinə nail oldu”
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
20-03-2023, 09:40
Eltun Süleymanov: “Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir”
9-12-2022, 09:22
Aqiyə Naxçıvanlı: “Zəfər paradı Azərbaycanın haqlı və güclü mövqeyinin bütün dünyaya nümayişi idi”
19-03-2022, 09:34
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
18-03-2022, 08:08
Kamaləddin Qafarov: “Novruz bayramı milli birliyimizin ən parlaq təzahürlərindən biridir”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO