16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Tahir Xəlilov: Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir
Kürdəmir rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Xəlilov - “Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə müasir tarixinin müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfərə imza ataraq güclü, suveren Azərbaycanımızın firavan gələcəyinə doğru inamla addımlayır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı böyük qürur hissi ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən qürurla danışır. Bu uğurlara gedən yolu daim təhlil edib, müstəqillik tariximizin Heydər Əliyev dövrünün reallıqları barədə indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Dahi şəxsiyyət Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Bu fakt inkaredilməzdir ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları tariximizin bir qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrdə hakimiyyətsizliyin nəticəsi idi ki, Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıtdı, doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı. 1993-2003-cü illərdə Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan müstəqilliyini daimi və sarsılmaz etdi, bu günümüz üçün möhkəm təməl yaradıldı.”
Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir: “Ulu Öndərin rəhbərliyi ilə dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara başlandı. Sabitliyin və əlverişli iqtisadi mühitin yaradılması nəticəsində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin sayı artdı. 1994-cü ildə Ümummilli Liderin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın bu gününə və gələcəyinə inam artdı. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Xalqımızın ən böyük arzularından biri öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək idi ki, Ümummilli Lider bunu reallığa çevirdi. Dahi şəxsiyyət xalqı öz ətrafında sıx birləşdirərək gələcəyə doğru inamla apardı. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.”
Tahir Xəlilov 1993-2003-cü illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artmasından, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasından, möhkəm hüquqi bazanın yaradılmasından, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü, qüdrətli ordumuzun formalaşdırılmasından, azərbaycançılıq ideoligiyasının inkişafından və təbliğindən geniş bəhs edərək bildirib ki, hər bir uğur Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycan inkişaf etdi və ən böyük arzularından biri reallığa çevrildi. Azərbaycan dünyaya Günəş kimi doğdu. Azərbaycan müstəqil dövlət olaraq varlığını təsdiqlədi, dünya birliyinin fəal üzvünə çevrildi.”
Heydər Əliyev yolunun uğurları davamlıdır: “Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən aylarla danışa bilərik. Hər zaman Azərbaycanı zirvələrdə görmək istəyən Ulu Öndər 2003-cü ildə xalqa tarixi müraciəti ilə müstəqillik tariximizin bugünkü Zəfər səhifələrinin yazılmasının əsasını qoydu. O, cənab İlham Əliyevə Özü qədər inandığını, axıra çatdıra bilmədiyi işləri, planları Onun axıra çatdıracağına əminliyini ifadə etdi. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ötən 20 ildən artıq dövrdə atdığı hər bir addımı ilə Heydər Əliyev siyasətinə sadiqliyini təsdiqləyir, Ona göstərilən inamı və etimadı doğruldur. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan qurdu, cənab İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün amillərin bir-biri ilə sıx bağlılığının məntiqi nəticəsi oldu. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir. Cənab İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə həm də ata vəsiyyətini yerinə yetirdi. Dövlətimizin başçısı ötən il Ümummilli Liderin 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”
Bu gün Ulu Öndərin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan yeni dövrün hədəflərinə doğru inamla addımlayır: “Suverenliyimizin bərpası fonunda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi bu hədəflərə zamanında nail olacağımıza böyük əminlik yaradır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımızın Böyük Qayıdışı uğurla davam edir. Bu prosesin də tam şəkildə başa çatacağı gün uzaqda deyil. Prezident İlham Əliyevin böyük inamla qeyd etdiyi kimi, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.”
Bölməyə aid digər xəbərlər

Tarix: 14-05-2024, 11:42 Oxunub: 143
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
27-09-2023, 12:09
Müqəddəs ali ehtiram
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
16-01-2022, 14:41
Tahir Rzayev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
12-07-2021, 11:01
Samuxda dövlət büdcəsinə ŞƏRİK GEDƏNLƏR... - KİMLƏRDİR?
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO