16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Rəşad Cəbrayılov: Tarixi və qürurverici hadisə

Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - “10 may 2024- cü il tarixdə Prezident İlham Əliyev Şuşada şəhərinə köçmüş ilk sakinlərlə görüşüb. Şuşalılarla görüşdə Prezident İlham Əliyev tarixi hadisə münasibəti ilə onlara səmimi fikirlərini çatdırıb. Otuz iki ildən sonra şuşalılar doğma şəhərlərinə, ata-baba ocaqlarına qayıtdılar. Prezident İlham Əliyev vurğuladı ki, “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər””.
Xalqımız 44 gün ərzində bir yumruq kimi birləşdi və tarixi ədaləti, azərbaycanın ərazi bütövlüyünü təmin etməyə nail oldu. Özləri haqqında uydurmalar yayan, miflər formalaşdıran mənfur düşmən Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlaya biləcəklərini düşünürdü. Xalqımız ona məxsus olanı gec-tez geri almaq üçün bir yumruq kimi birləşdi və torpaqlarını geri qaytardı. Bu baxımdan da 44 günlük Vətən müharibəsi şanlı tariximiz kimi yaddaşlara həkk olunub. 8 noyabr 2020-ci il də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi. Prezident İlham Əliyevin də vurğuladığı kimi “Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi”.
Azad edilmiş bütün tarixi torpaqlarımızda olduğu kimi Şuşada genişmiqyaslı quruculuq işləri görülür: “Ümummilli Lider Heydər Əliyevin doğum günündə üçüncü yaşayış kompleksinin təməlinin qoyulması isə xüsusi ilə əlamətdar bir hadisə idi. İlk sakinlərini qarşılayan tarixi Şuşa şəhərində hazırda da böyük infrastruktur layihələri gerçəkləşdirilir. Şuşanın tarixi abidələrinin bərpası həyata keçirilir Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkilib. Vaqifin məqbərəsi yenidən qurulub, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunub, Mamayı məscidinin bərpadan sonra açılışı edilib. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmıb. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu”.
Rəşad Cəbrayılov Qarabağ və Şərqi Zəngəzurun yenidən dünyanın ən gözəl güşələrindən birinə çevriləcəyini söyləyib: “Bütün bunlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiya nəticəsində nail olunub. Müstəqilliyini bərpa etmiş Azərbaycanda 90-cı illərin əvvəllərində hakimiyyətsizlik, özbaşınalıq, xaos hökm sürürdü. Şuşanı müdafiə etməyə o vaxtki yarıtmaz AXC-Müsavat cütlüyünün cəsarəti çatmırdı. Təəsüf ki, həmin tör-töküntülər Azərbaycan xalqının tarixi Zəfərinə sevinə bilmir və əksinə ermənilərlə əlbir olub tarixi qələbəmizə kölgə salmağa çalışır. Təbii ki, müdrik Azərbaycan xalqı məhz 1993-cü ildə də Ulu Öndər Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın bu günü və gələcəyi üçün sarsılmaz güc formalaşdırdı. Vətən müharibəsindəki tarixi qələbə, 2023-cü ildə bir günlük antiterror tədbirlərinin davamı olaraq Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş kəndləri bir güllə atılmadan geri qaytarılır. Həyata keçirilən delimitasiya, demarkasiya Azərbaycanın şərtləri əsasında həyata keçirilir ki, bu da növbəti zəfər hesab olunur. Sözsüz ki, Prezident İlham Əliyev tarixi Şuşa şəhərində bir daha o dövrün reallıqlarına nəzər salmaqla Azərbaycana qarşı olan haqsızlıqlara diqqəti çəkdi”.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-05-2024, 11:07 Oxunub: 89
Bölməyə aid digər xəbərlər
15-05-2024, 12:15
Qazaxda icra başçısı vətəndaşların müraciətləri ilə yerində tanış olub
15-05-2024, 11:56
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Ulacalı kəndində keçirilmişdir
15-05-2024, 11:31
Şuşa Azərbaycan xalqının əyilməz ruhunun rəmzidir
17-10-2023, 12:26
Prezident Füzuliyə köçmüş sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
8-11-2020, 20:25
İlham Əliyevin xalqa tarixi müraciəti - TAM VERSİYA
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO