16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır”

“ Ölkəmiz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmasının 106-cı ildönümünü qeyd edir. 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edən Cümhuriyyət şanlı dövlətçilik tariximizi müstəsna dərəcədə zənginləşdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin planlarını pozmuş oldu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olundu, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirildi və dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı.”
Bu sözləri AXC-nin yaranmasının 106-cı ildönümü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xüsusi olaraq vurğulayıb ki, Cümhuriyyətin yaradıcılarına ən böyük dəyəri məhz Ümummilli Lider Heydər Əliyev vermişdir: “ Ulu Öndər keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. AXC-nin öz istiqlalını dünyaya yaydığı 28 May günü də ölkəmizdə Respublika günü kimi hər il təntənə ilə qeyd edilir. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarını, Cümhuriyyətin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, Cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi də məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq 1998-ci ildə dövlət səviyyəsində geniş qeyd olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdir. Məhz bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra ölkəmizin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı.”
K.Qafarovun fikrincə, təəssüf ki, ötən əsrin sonlarında öz müstəqilliyini ikinci dəfə bəyan edən Azərbaycan Respublikası da 1993-cü ildə AXC-nin faciəli taleyini yaşamağın bir addımlığında idi. “Lakin bu dəfə xalqın təkidli tələbi ilə ölkənin hakimiyyət sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası bu fəlakətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolda atılmış ilk önəmli addım oldu. Ulu Öndər Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu. Bu gün isə Azərbaycanda Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Ölkə Prezidenti cənab İlham Əliyev son 21 ildə respublikamızın dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafını təmin etmiş, beynəlxalq mövqeylərinin getdikcə möhkəmlənməsinə nail olmuşdur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və müstəqil xarici siyasət kursunun nəticəsi olaraq, Azərbaycan bu gün Avropa Birliyinə üzv dövlətlər üçün ən arzuolunan strateji tərəfdaş ölkələrdən birinə çevrilib. 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərimiz və keçən ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası oldu. Bu gün Azərbaycan artıq sadəcə özünün deyil, eləcə də bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyinin qarantı kimi çıxış edir və bölgədə dayanıqlı sülhün təmin olunması üçün bütün zəruri addımları atır” .
Bölməyə aid digər xəbərlər

Tarix: 28-05-2024, 09:06 Oxunub: 44
Bölməyə aid digər xəbərlər
22-05-2024, 10:05
Aqiyə Naxçıvanlı: “Cümhuriyyət bayrağını ilk dəfə Xankəndidə ucaldan cənab Prezident İlham Əliyev oldu”
21-05-2024, 11:47
Eltun Süleymanov: “Tariximizin şanlı və ibrətamiz səhifəsi”
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
1-09-2023, 11:17
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı
28-05-2023, 09:20
Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
2-03-2023, 11:36
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
28-05-2022, 08:51
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:33
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI