16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir”

“Bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın enerji strategiyası elə mükəmməl hazırlanıb və həyata keçirilir ki, onun uğurları regionu, eləcə də dünyanı əhatə etməkdədir. Əgər bir zamanlar biz bu sahədə hansısa dövlətlərdən asılı idiksə, bu gün isə bunun tam əksidir: artıq uzun illərdir Azərbaycan özü tərəfdaşlarına enerji ixrac edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi enerji siyasəti iqtisadiyyatımızı gücləndirməklə, vətəndaşlarımızın rifahını dəfələrlə yüksəltməklə yanaşı, həm də böyük siyasi və strateji anlam daşıyaraq müstəqilliyimizi möhkəmləndirib, ölkəmizə böyük nüfuz gətirib, həmçinin beynəlxalq mövqelərinə müsbət təsir edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi enerji layihələri Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu, beynəlxalq aləmdə ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bildiyimiz kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6, trilyon, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrdir. Bu da imkan verir ki, Azərbaycan hələ uzun illər etibarlı enerji təchizatçısı kimi yoluna davam etsin”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətinin, bu sahə üzrə həyata keçirdiyi layihələrin uğurlu və cəlbediciliyi, təbii ki, onun güvənli olması ilə sıx bağlıdır: “Belə ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələrin tarixinə nəzər salsaq, görərik ki, ölkəmiz atdığı hər bir imzasına məsuliyyətlə yanaşıb, öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, sənədlərdə heç bir dəyişiklik etməyib, ixracda gecikmə də olmayıb. Bir sözlə, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan son dərəcə məmnundurlar. Odur ki, ölkəmizin bu istiqamətdə atdığı yeni-yeni addımlar, təşəbbüslər böyük dəstək qazanır, ona qoşulmaq istəyənlərin sayı isə durmadan artır”.
“Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma şərait yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatlar, onların lider və nümayəndələri bir araya gəlsin, enerji təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin müəyyən edilməsi baxımdan olduqca faydalıdır. Hər il olduğu kimi, bu dəfə də tədbirə maraq yüksəkdir - 37 ölkədən 300-dək şirkət burada cəm olub. Eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak etməsi, mövzu üzrə dəyərli fikirlərini bölüşməsi, qiymətli tövsiyələri tədbirin əhəmiyyətini artırmaqla yanaşı, yüksək statusunu da göstərir”, - AHİK sədri qeyd edib.
“Bakı Enerji Həftəsinin önəmli tərəfi həm də "yaşıl enerji" sahəsinin inkişafına, təcrübələrin bölüşməsinə, bunun zəruriliyinin təbliğinə geniş yer verməsidir. Təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən olunub və bu istiqamətdə qısa müddət ərzində görülən işlər də göz qabağındadır. Bildiyimiz kimi, iqlim dəyişikliyi ağır fəsadlara yol açıb və qlobal xarakter daşıyır. Bütün dövlətlərin həssas yanaşmalı olduğu bu məsələdə Azərbaycan etibarlı və məsuliyyətli davranır. Belə ki, 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını ölkəmiz qarşısına hədəf olaraq qoyub. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji üzrə gördüyü işlər barədə iştirakçılara məlumat verdi. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji gücü 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Təbii ki, bu, yüksək potensialdır və imkan verir ki, Azərbaycan bu istiqamətdə gördüyü işləri daha da genişləndirsin. Yeri gəlmişkən, tədbir çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tərəfindən Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bu istiqamətdə görülən işlərin bilavasitə davamıdır”, - Milli Məclisin deputatı vurğulayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-06-2024, 10:00 Oxunub: 59
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
1-06-2023, 14:21
Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
6-06-2022, 15:13
Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO