16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Azərbaycan ŞƏT-ə üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub”

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) həm ərazisinə, həm də əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin, o cümlədən Rusiya və Çin kimi aparıcı dünya güclərindən sayılan dövlətlərin üzv olduğu nüfuzlu beynəlxalq təsisatdır. Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. İyulun 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində Təşkilata üzv ölkələrin Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri dinamik şəkildə inkişaf edir. Həmçinin ölkəmiz bu təşkilata üzv dövlətlərlə həm ikitərəfli formatda, həm də digər müxtəlif beynəlxalq təsisatlar çərçivəsində münasibətlərini ən yüksək səviyyədə qurub. Təsadüfi deyil ki, Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Astanada keçirdiyi görüşlər də dünyanın bir çox nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin böyük şəxsi nüfuzunun daha bir göstəricisidir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Müsahibimiz bildirib ki, Azərbaycan-ŞƏT əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir: “Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Dövlətimizin başçısı ilk dəfə 2022-ci ilin sentyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib. Azərbaycanın bu mötəbər tədbirdə iştirakı ölkəmizin Avrasiya məkanında mövqelərinin getdikcə möhkəmləndiyini bir daha təsdiq edir. Zirvə görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Həmçinin dövlətimizin başçısı Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırıldığını diqqət mərkəzinə çəkdi və bildirdi ki, hazırda Orta Dəhlizin rəqəmsallaşması üzərində çalışmalar aparılır. Aydındır ki, ŞƏT-ə üzv ölkələrin əksəriyyəti ilə Azərbaycanın nəqliyyat əlaqələri məhz Xəzər dənizi üzərindən keçir. Məhz buna görə də Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rolunu qeyd edərək bildirdi ki, bu layihənin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu artıq hazırdır və uğurla fəaliyyət göstərir.”
Sonda A.Naxçıvanlı Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 barədə yer alan fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Dövlətimizin başçısı bu il Azərbaycanın COP29-a təxminən 200 ölkənin yekdil dəstəyi ilə ev sahibliyi edəcəyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, Azərbaycan COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Eyni zamanda da ölkəmizin prioritetləri sırasında iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Belə ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bütün bunlar dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq işlərinin ən yüksək səviyyədə davam etdirildiyini deməyə əsas verir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-07-2024, 20:25 Oxunub: 50
Bölməyə aid digər xəbərlər
3-07-2024, 19:27
Eltun Süleymanov: “Azərbaycan-Çin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir”
24-05-2024, 20:05
Aqiyə Naxçıvanlı: “Tacikistanla münasibətlər ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”
13-03-2024, 14:22
Tokayevin gəlişi... elə-belə məsələ deyil! - ŞƏRH
12-03-2024, 11:08
Aqiyə Naxçıvanlı: “Qazaxıstan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda bir-birilərini dəstəkləmələri vacib göstəricidir”
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
10-11-2023, 13:41
Aqiyə Naxçıvanlı: “ECO-ya üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər”
6-11-2023, 08:24
Aqiyə Naxçıvanlı: “Türk dövlətləri arasında bütün strateji sahələrdə əməkdaşlıq daha da gücləndirilməlidir”
3-11-2023, 11:23
İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO
23-08-2023, 13:34
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Özbəkistan qardaşlıq münasibətləri bu gün öz inkişafının ən yüksək səviyyəsindədir”
9-04-2023, 13:32
Kamaləddin Qafarov: “Azərbaycan-Tacikistan əlaqələri qarşılıqlı etimad əsasında inkişaf edir”
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
22-04-2022, 08:30
Aqiyə Naxçıvanlı: “Azərbaycan və Qırğız xalqlarının ortaq mədəni irsi və ortaq tarixi vardır”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO