16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Aqiyə Naxçıvanlı: “Qərb mətbuatının COP29-la bağlı qərəzli açıqlamaları heç bir nəticə verə bilməz”

“Şuşa Azərbaycanın həm strateji, həm siyasi və həm də mənəvi cəhətdən xüsusi önəm kəsb edən mühüm bir şəhəri, ölkənin rəsmi Mədəniyyət Paytaxtı və ən əsası, bizim qələbəmizin rəmzidir. Bu şəhərdə mütəmadi olaraq keçirilən qlobal əhəmiyyətli tədbirlər qədim Şuşanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Təqdirəlayiq haldır ki, bu tədbirlərdən bəziləri zaman keçdikcə ənənəvi xarakter almağa başlayır. O cümlədən bir il bundan öncə Şuşada keçirilmiş Qlobal Media Forumu da artıq ənənəvi beynəlxalq tədbirə çevrilmişdir. Belə ki, cari ilin iyul ayının 20-də Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Ölkə Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək Şuşa Qlobal Media Forumunun bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox əhəmiyyətli bir tədbir olduğunu qeyd edib. Azərbaycanın xüsusilə işğal dövründə Qərbdə olan anti-Azərbaycan qüvvələrin iradəsi ilə intensiv şəkildə qərəzli informasiya hücumlarına məruz qoyulması, ermənilərin və onlara havadarlıq edən məlum Avropa dövlət başçılarının sifarişi ilə ölkəmizin “demonizasiya”sının həyata keçirilməsi heş kim üçün sirr deyil. Hətta bu günün özündə də belə cəhdlərə Qərb mətbuatında kifayət qədər rast gəlirik. Təbii ki, bütün bunlar 2-ci Şuşa Qlobal Media Forumunun mövzusunu ölkəmiz üçün çox aktual edir. Xüsusilə də bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərarın bir çox qərb dairələrində qısqanclığa səbəb olduğunu nəzərə alsaq, ölkəmizə qarşı hələ bir müddət də dezinformasiya və yalan məlumatlarla dolu kampaniyaların keçiriləcəyini proqnozlaşdıra bilərik.”
Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Prezident İlham Əliyevə ünvanlanan COP29-la bağlı bəzi sualların özlərində belə bu beynəlxalq tədbirin müəyyən Qərb mətbuatında qeyri-obyektiv, qərəzli formada işıqlandırılacağına dair fikirlər öz əksini tapmışdı: “Diqqətəlayiq haldır ki, Forum iştirakçılarından biri dövlət başçımıza sualla müraciət edərkən belə bir ifadə işlətdi: “...böyük ehtimalla bu tədbir (COP29) Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır.” Sual verən şəxsin özünün də məhz Qərb təmsilçisi (Frans Keyn) olması onun səmimiyyətinə inanmaq üçün əlavə əsasdır. Deməli, Qərbin sağlam düşüncəli insanları da Azərbaycanla bağlı məlumatların əksəriyyətinin Avropa ictimaiyyətinə təhrif edilmiş şəkildə təqdim olunma hallarının kifayət qədər olduğunu yaxşı bilirlər. Bu sualı cavablandıran cənab Prezident İlham Əliyev də ölkəmizə qarşı COP29-la bağlı informasiya hücumlarının gözlənilən olduğunu vurğuladı. Qeyd olundu ki, zamanında COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşmişdir. Lakin bu mövzuda irəli sürülən ittihamlar əslində tamamilə absurddur. Çünki bu ittihamların əsasında ölkəmizin zəngin qazıntı yanacağı ehtiyatlarına malik olması faktı durur. Bu əlbəttə ki, Qərbin növbəti riyakarlığının bir təzahürüdür. Belə ki hal-hazırda bütün dünya ölkələrinin, o cümlədən Avropanın enerji təhlükəsizliyi birbaşa neft və qaz yanacağı hesabına təmin edilir. Əlbəttə ki, Azərbaycan hazırda bərpaolunan enerji istehsalı istiqamətində intensiv çalışmalar həyata keçirir və bu sahəyə böyük investisiyalar qoyur. Bununla belə, bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var və bu tələbat getdikcə artır. Bu da o deməkdir ki, faydalı qazıntı yanacağına ehtiyac hələ uzun illər olacaq.”
Daha sonra A.Naxçıvanlı Prezident İlham Əliyevin Azərbaycan-ABŞ əlaqələri barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlət başçımız Azərbaycan-ABŞ əlaqələri barədə danışaraq bildirdi ki, müəyyən enişli-yoxuşlu dövrlər istisna olmaqla bu münasibətlər demək olar ki, hər zaman sabit olub. Problemli məqamların yaranmasına səbəb də bu olub ki, bəzən ABŞ tərəfindən Azərbaycanın siyasi həyatına müdaxilə etmək, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri göstərilib. Cənab Prezident bunu da vurğuladı ki, ölkəmizin məhz Respublikaçılar hakimiyyəti ilə əlaqələri daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub. Eyni zamanda məhz Prezident Trampın prezidentliyi dövründə əməkdaşlığın çox səmərəli olduğu diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, hazırkı ABŞ Administrasiyasının fəaliyyəti, hərəkətləri dərindən məyusluq doğurur. Çünki bu administrasiya birtərəfli yanaşma sərgiləyir. Eyni zamanda ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların ali komissarı tərəfindən Brüsseldə Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsinin müzakirə edilməsi və bunun müsbət dəyərləndirilməsi tamamilə qəbuledilməzdir. Cənab Prezident İlham Əliyev bu məsələ ilə də bağlı prinsipial mövqedən çıxış edərək bütün tərəflərə yenidən birmənalı mesaj verdi ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə ölkəmizin maraqlarını görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 22-07-2024, 13:41 Oxunub: 43
Bölməyə aid digər xəbərlər
15-05-2024, 11:56
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Ulacalı kəndində keçirilmişdir
23-01-2024, 12:46
Baş nazirdən Şuşa ilə bağlı SƏRƏNCAM
2-12-2023, 14:02
Aqiyə Naxçıvanlı: “Qələbədən sonra Şuşa üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu”
22-07-2023, 13:53
Aqiyə Naxçıvanlı: "Azərbaycan Cənubi Qafqazda sülühn və sabitliyin qorunması üçün ən böyük səlahiyyətlərə sahibdir"
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək