16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Sahib Məmmədov: “COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir”

“Hazırda dünyanın ən aktual mövzularından olan iqlim dəyişmələrinin fəsadları getdikcə artır, nəinki insanlar, hətta bütün canlılar, bitki aləmi təhlükə qarşısındadır. Demək olar ki, hər gün planetin müxtəlif yerlərində gözlənilməz təbiət hadisələri baş verir. İqlim dəyişmələri bütün dünyanı əhatə etdiyindən onun təsirlərini azaltmaq, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq öhdəliyinə nail olmaq üçün, sözsüz ki, bütün dövlətlər səfərbər olmalı, iqlim dəyişmələri ilə mübarizdə həmrəylik göstərməlidirlər. Ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması kimi qlobal məsələlərə Azərbaycan ciddi yanaşan, bu istiqamətdə əhəmiyyətli işlər görən ölkələr sırasındadır. Belə ki, “Yaşıl enerji” növlərinin yaradılması, Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi hədəfləri, eyni zamanda emissiyalarla bağlı könüllü öhdəliklərin götürülməsi dövlətimizin bu məsələdə nə qədər həssas olduğunu göstərir. Dünyanın ən irimiqyaslı tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekdil qərarla ölkəmizdə keçirilməsi Azərbaycanın bu məsələyə xüsusi diqqətinin göstəricisidir”.
Bu fikirləri mediaya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan yüksək təşkilatçılıq təcrübəsini ortaya qoyaraq dünyanın bu mötəbər tədbirinə nümunəvi şəkildə ev sahibliyi etdi: “İştirakçılar üçün işgüzar, qarşılıqlı hörmətə əsaslanan və inklüziv mühit yaradıldı. Tədbir çərçivəsində qlobal çağırışlara söykənən həmrəylik yüksək səviyyədə tərənnüm olundu. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı bu mötəbər tədbirə peşəkar səviyyədə ev sahibliyi etdi. Onların tədbirin möhtəşəm təşkili, Bakının gözəlliyi, insanlarımızın qonaqpərvərliyi ilə bağlı təəssüratları olduqca qürurvericidir. COP29 Liderlər Sammitinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev vacib məqamlara toxundu, bir daha ölkəmizin dünya üçün əhəmiyyətini diqqətə çatdırdı. Bütün tərəfdaşlarının etibarını qazanan Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn meqalayihələrin faydaları bu gün göz önündədir, dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Eləcə də öz torpaqlarını Ermənistanın işğalından azad etməklə beynəlxalq hüququn pozulmuş prinsiplərini, BMT-nin 30 il kağız üzərində qalmış qətnamələrinin icrasını təmin etdi, ölkəmiz Qoşulmama Hərəkatına 4 il ədalətlə rəhbərlik etdi, yeni və mühüm təşəbbüslər irəli sürdü, qurumun dünyada nüfuzunu artırdı. Cənab Prezident İlham Əliyev dəqiq faktlar və tutarlı arqumentlərlə Azərbaycanın iqlim dəyişmələri məsələsində fərqli tərəflər arasında körpülər salmaq iqtidarına sahib olduğunu göstərdi. Qərəzli mövqe tutan, Azərbaycan haqqında yalan və böhtan məlumatlar yayan, COP29-u boykot etmək kimi sərsəm və mənasız iddialar səsləndirənlər də cənab Prezidentimizin nitqində layiq olduqları cavabı aldılar”.
“COP29-da yadda qalan məqamlardan biri də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitinin keçirilməsi və cənab Prezident İlham Əliyevin tədbirdə iştirak etməsi oldu. Haqları tapdanan, səsləri boğulan bu ada dövlətlərinin problemlərinin dünya ictimaiyyətinə çatdırılması naminə belə bir şəraitin yaradılması Azərbaycanın ədalətli mövqeyinin bariz nümunəsidir. Sirr deyil ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalır, səsləri dünyada eşidilmir. Möhtərəm Prezidentimiz inkişaf etmiş ölkələrə müraciət edərək iqlim dəyişmələri ilə mübarizədə onları kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı. Eləcə də Fransa və Niderland kimi ölkələrin müstəmləkə siyasətini, həmin xalqların haqlarını tapdamasını bir daha ifşa etdi. Daha dəhşətlisi Fransa Polineziyasında aparılan 193 nüvə sınağıdır ki, onun ətraf mühitə vurduğu ziyanı insan düşünmək belə istəmir. Həmçinin Fransa tərəfindən vaxtı ilə Əlcəzairdəki nüvə sınaqları, hələ də dəniz ərazilərində törədilən cinayətlər. Həqiqətən də, Fransa kimi dövlətlərin insan hüquqlarından, demokratiyadan, iqlim dəyişmələrindən danışmağa heç bir mənəvi haqqı yoxdur. Onların törətdikləri bəşəri cinayətlərdir və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır”, - Konfederasiya sədri bildirib.
Sahib Məmmədov vurğulayıb ki, COP29 mübahisəli və mürəkkəb məsələlərdə əldə edilmiş razılıqlarla tarixə düşdü: “Bu onu göstərir ki, razılığın əldə olunacağına şübhə ilə yanaşanlar, həmişə olduğu kimi ikili standartlardan çıxış edənlər bu dəfə də yanıldılar. Belə ki, 2035-ci ilədək hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə imkan verəcək. Son dərəcə əhəmiyyətli olan bu qərar COP29 Sədrliyinin böyük diplomatik uğurudur. Sənəddə əlçatanlığın və şəffaflığın qorunması barədə müddəaların yer alması da ədalət göstəricisidir. BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə 10 ildir aparılan danışıqlar, nəhayət, COP29-da öz həllini tapdı. Hər bir vətəndaşımız üçün fərəhlidir ki, bəşəriyyətin gələcəyi ilə bağlı problemlərin müzakirəsi ölkəmizdə aparılır və vacib qərarlar paytaxtımızda qəbul edilir. İnanırıq ki, Bakıda əldə olunan bu tarixi nailiyyətlər qlobal iqlim gündəliyinin uğurlu icrasına, gözlənilməz təbiət hadisələrinin səbəb olduğu fəsadların aradan qaldırılmasına, ümumilikdə iqlim dəyişmələri ilə mübarizəyə böyük töhfə olacaq”.
“COP29 riyakar yanaşmaları, xain xislətləri, pozucu və dağıdıcı siyasət həyata keçirərək aranı qatan dövlətləri də ifşa etdi. Göstərdi ki, Fransa, Kanada və bu mövqedə duran digər dövlətlərin iqlimlə bağlı fəaliyyəti imitasiya xarakterlidir, əslində isə onlar bu istiqamətdə aparılan işin irəliləməsinə süni əngəllər yaradırlar. Sözsüz ki, Bakı COP-u onların məğlubiyyəti idi. Tədbirin möhtəşəm təşkili və Bakıda əldə olunan razılaşmalar onlara ən layiqli cavabdır”, - deyə Sahib Məmmədov əlavə edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-11-2024, 14:05 Oxunub: 33
Bölməyə aid digər xəbərlər
26-11-2024, 09:09
COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə yazıldı
17-11-2024, 15:53
COP29 çərçivəsində Bakıda “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbir keçirilib -Fotolar
13-11-2024, 14:15
Eltun Süleymanov: "COP29-a ev sahibliyi fəal rolumuzun beynəlxalq arenada qiymətidir "
5-10-2024, 10:10
Həqiqət Qədimova: Misilsiz şans
26-09-2024, 13:27
Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir -Fotolar
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
7-07-2023, 10:01
Azərbaycan QHT-lərindən Paşinyana AÇIQ MƏKTUB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
1-06-2022, 11:07
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO