16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Göydəniz Qəhrəmanov: “2024-cü ilin müsbət nəticələrinin təməlində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət dayanır”

“Artıq neçə müddətdir ki, məlum qlobal hadisələrin, o cümlədən iqlim dəyişikliyi, hərbi münaqişələr və digər reqressiv proseslərin məntiqi nəticəsi olaraq əksər dünya ölkələrində müşahidə edilən böhran və iqtisadi tənəzzül fonunda Azərbaycan 2024-cü ili də müsbət nəticələrlə başa vurdu. Yanvarın 7-də yerli televiziya kanallarına veriyi müsahibəsində Ölkə Prezidenti cənab İlham Əliyev keçən ilin iqtisadi nəticələrinə dair açıqlama verərək bildirdi ki, Azərbaycanın 2024-cü ildə inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Konkret rəqəmlərə gəldikdə isə, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Nəzərə almaq lazımdır ki, məhz qeyri-neft sənaye sektorunda artım daha yüksəkdir və bu, 7 faizdən çoxdur. Beləliklə, möhtərəm Prezidentimizin dediyi kimi, əgər biz dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı həqiqətən də uğurla inkişaf edib. Birmənalı olaraq vurğulamaq lazımdır ki, bu nailiyyətin də təməlində cənab Prezident İlhm Əliyevin həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət dayanır.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra cənab Prezident İlham Əliyevin ölkəmizin İslam dünyasının inkişafında oynadığı mühüm rolu barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Azərbaycanın keçən il beynəlxalq arenada əldə etdiyi mühüm uğurlardan biri də ölkəmizin D-8 təşkilatına üzv olmasıdır. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl Türkiyənin təşəbbüsü ilə yaranmışdı və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv məhz Azərbaycan oldu. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Ümumiyyətlə ölkımiz hər zaman müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən İslam Əməkdaşlıq Təşkilatı da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı atdığı addımlar, ölkəmizdə İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi – bütün bunlar əlbəttə ki, Azərbaycanın İslam dünyasında da nüfuzunu yüksəldən addımlardır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir. Azərbaycan həmçinin bir çox müsəlman ölkələrinə yardımlar edir. İstər COVID dövründə, istərsə də yaranan müxtəlif digər hallarda. Ölkəmiz Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də onlara yardım göstərilməsində ön sıralarda olmuşdur. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi və cənab Prezident xüsusi qeyd etdi ki, biz istənilən digər yardımları da göstərməyə hazırıq. Azərbaycan bütün müsəlman ölkələrinin maraqlarını öz maraqları kimi qəbul edir və məhz bu amil də D-8-in genişlənməsi siyasətindən sonra birinci seçimin Azərbaycan üzərinə düşməsində mühüm rol oynayıb. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və cənab Prezident İlham Əliyevin dediyi kimi, coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.”
Sonda G.Qəhrəmanov erməni faşizminin regionumuz üçün doğurduğu təhlükələr barədə cənab Prezident İlham Əliyevin verdiyi açıqlamaların əhəmiyyətini vurğulayıb: “Azərbaycan həm özünün, həm də ümumilikdə Cənubi Qafqazın tarixində müharibə səhifəsini birdəfəlik bağlamaq üçün əlindən gələni edir. Möhtərəm dövlət başçımızın dediyi kimi, biz sülh istəyirik. Ancaq görürük ki, Ermənistanın həm özü, həm də onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan silahlandırılaraq, bölgə üçün yenidən real təhdid mənbəyinə çevrilir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ermənistanın birinci prezidenti etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Bu videomaterial yeni ictimailəşdirilib. Lakin, cənab Prezident İlham Əliyevin dediyi kimi, bunu Ermənistanda da bilirdilər, Ermənistanın müttəfiqləri, havadarları da təbii ki, bilirdilər və onlar bu fikirləri bölüşürdülər. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Həm də bu təhlükə təkcə Azərbaycanı deyil, bütün region xalqlarını təhdid edir. Buna görə də faşizm məhv edilməlidir. Əgər Ermənistan hökuməti bunu etməsə, bu zaman Azərbaycan erməni faşizmini özü məhv etməli olacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-01-2025, 18:38 Oxunub: 49
Bölməyə aid digər xəbərlər
8-01-2025, 15:22
Eltun Süleymanov: "Xalqının sonsuz sevgisini qazanan lider"
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
26-09-2024, 16:33
Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
3-02-2024, 08:06
Şişirdilmiş rəqəmlərlə gizlədilən çöküş: Ermənistan iqtisadiyyatının üzləşdiyi çətinliklər - ARAŞDIRMA
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
14-02-2022, 10:02
İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu - FOTO
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU