16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: “Ölkəmizin Avrasiyanın nəqliyyat xəritəsində mühüm qovşağa çevrilməsi birbaşa cənab Prezident İlham Əliyevin böyük səyləri nəticəsində baş verib”

“Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də keçirilmiş nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında bu sahədə son illər ərzində görülən işlərin təhlili, əldə olunan nəticələr, eləcə də növbəti illərdə qarşıda duran vəzifələrin icrası ilə bağlı mühüm açıqlamalar təqdim olunub. İlk növbədə qeyd olunub ki, son illər ərzində Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir. Bununla belə paytaxtda yenə də tıxacların müşahidə olunduğunu qeyd edən dövlət başçısı bildirdi ki, bunun əsas səbəblərindən biri ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisinin ildən-ilə artmasıdır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Buna görə də vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı təmin edə bilmir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən deputat daha sonra bildirib ki, nəqliyyat məsələləri dövlətimiz tərəfindən həmişə diqqət mərkəzində saxlanılır: “Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görülməsəydi, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Həmçinin bütü ölkə üzrə də son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. Sadəcə 20 il bundan əvvəl hətta Bakı şəhərinin əsas yolları belə faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Ötən illər ərzində yeni yollar salındı, bütün şəhərlərimiz müasir yollarla birləşdirildi. Artıq bütün sərhədlərimizə müasir avtomagistrallar aparır. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayrılır.”
Sonda S.Möhbalıyev bu gün ölkəmizin Avrasiyanın nəqliyyat xəritəsində mühüm qovşağa çevrilməsindən bəhs edib: “Bu son dərəcə mühüm nailiyyətin əldə olunması məqsədilə uzun illər ərzində birbaşa cənab Prezident İlham Əliyev tərəfindən böyük səylər göstərilib və praktiki işlər görülüb. Hazırda ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Qeyd olunmalıdır ki, Zəngəzur dəhlizi də birbaşa mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin önəmli bir hissəsidir. Möhtərəm dövlət başçımız öz çıxışında bu mövzuya toxunaraq xüsusi vurğuladı ki, Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki Zəfərindən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir. Qeyd olundu ki, Azərbaycan bu dəhlizin açılması üçün praktiki addımlar atır. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir və 10 noyabr Bəyanatını imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Lakin bütün bunlara baxmayaraq Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olacaq. Ermənistan artıq neçə müddətdir ki, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki, cənab Prezident İlham Əliyevin dediyi kimi, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bu, dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırılıb. Əgər ermənilər bu layihəni doğrudan da həyata keçirmək istəyirlərsə, bunun üçün ilk növbədə, Azərbaycana müraciət etməlidirlər. Azərbaycanın isə şərtləri aydındır, tam ədalətlidir, beynəlxalq hüquqa və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-01-2025, 16:57 Oxunub: 22
Bölməyə aid digər xəbərlər
30-01-2025, 10:55
Kamaləddin Qafarov: “Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi labüddür”
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
20-12-2023, 08:44
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
25-07-2022, 13:21
Prezident bu gün təyin olunan yeni icra başçılarını qəbul edib
22-07-2022, 15:30
Yayda da bitməyən tıxac və avtobus problemi: səbəb nədir?
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO