16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Kamaləddin Qafarov: “Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır”

“Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, builki Forumun mövzusu dünyada gedən proseslərin fonunda öz aktualllığı ilə diqqəti cəlb edir: ““Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Qeyd olunmalıdır ki, Forum ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və Avrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcə artmasının daha bir nümayişidir. Mövcud regional, kontinental və qlobal problemlər ətrafında müzakirələrin və məhsuldar fikir mübadilələrinin aparılması üçün son dərəcə əlverişli beynəlxalq iqtisadi-siyasi platforma olaraq Bakı Forumunun əhəmiyyəti ildən ilə artmaqdadır. Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir və bu platformada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.”
K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin Cənubi Qafqazda möhkəm və davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələr barədə səsləndirdiyi fikirlər bu gün Qərbin məlum dairələrini dərindən düşündürməlidir: “Keçən ay Azərbaycan xalqı Xocalı soyqırımının 33-cü ildönümünü dərin hüznlə qeyd etdi. Martın 31-də isə xalqımız 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir soyqırımında vəhşicəsinə qətlə yetirilmiş günahsız qurbanların əziz xatirəsini anacaq. Əlbəttə ki, Azərbaycan xalqı bu vəhşilikləri unuda bilməz. Lakin möhtərəm dövlət başçımızın dediyi kimi, biz gələcəyə baxmalıyıq, biz Cənubi Qafqazda möhkəm və davamlı sülh qurmalıyıq və biz ümumi regional inkişafa nail olmalıyıq. Azərbaycan hər zaman olduğu mövqelərində qalmaqla indi də sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan sülh müqaviləsinin də müəllifi elə Azərbaycandır. Məlumdur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması zəruri şərtdir. Hazırda bu sənəd müzakirə edilir və bəndlərin əksər hissəsi artıq razılaşdırılıb. Lakin Ermənistanı yenidən məhvedici silahlarla təchiz edən dairələr aydındır ki, bizim regionda sülh istəmirlər. Cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da prinsipial və qətiyyətli mövqedən irəli gələrək ölkəmizə qarşı təxribat xarakterli addımlar atmaqda davam edən Avropa İttifaqının rəhbər dairələrini ifşa etməkdən çəkinmədi. Cənab Prezident açıq mətnlə, birmənalı olaraq bildirdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Çox təəssüflər olsun ki, bu gün dünyada yaşanan qlobal xarakterli problemlərin də böyük əksəriyyətinin əsasında bəzi böyük dövlətlər tərəfindən Beynəlxalq hüquq normalarının pozulması və ikili standartların tətbiqi hallarına yol verilməsi faktı durur. O cümlədən, biz hamımız bu mənfur siyasətin necə ağır fəsadlara yol aça biləcəyini bu gün Cənubi Qafqaz regionunun nümunəsində açıq-aşkar müşahidə edə bilirik.”
K. Qafarov korrupsiyaya uğramış siyasətçilər barədə səsləndirilən fikirlərə münasibət bildirib: “Cənab Prezident İlham Əliyev onilliklər boyunca erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən bəhs etməklə beynəlxalq ictimaiyyətin diqqətini bu ciddi problemə çəkə bildi. Qeyd olundu ki, ABŞ Prezidenti D. Trampın Dövlət Departamentində USAID-in ləğv olunması, eləcə də korrupsiyaya uğramış siyasətçi Robert Menendesin cəzalandırılması ilə bağlı verilmiş qərarlar təqdirəlayiqdir. Lakin Menendes sonuncu olmalı deyil. Çünki hələ cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri də var ki, onların onilliklər boyunca fəaliyyətləri erməni diaspor təşkilatlarından aldıqları pullar müqabilində Azərbaycana hücum çəkməkdən, ölkəmizi gözdən salmağa çalışmaqdan ibarət olub. Bütün bu haqsızlıqlara tezliklə son qoyulmalı, Cənubi Qafqazda sülhə mane olmaq istəyən qüvvələr regiondan təcrid edilməlidirlər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-03-2025, 13:04 Oxunub: 15
Bölməyə aid digər xəbərlər
15-03-2025, 09:44
XII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb
15-03-2024, 13:13
Aqiyə Naxçıvanlı: “XI Qlobal Bakı Forumu yeni regional reallıqların düzgün qiymətləndirilməsi baxımından unikal platformadır”
1-03-2024, 14:49
Gülüstan sarayında mühüm iclas: Prezident çıxış edib - YENİLƏNİB
9-03-2023, 09:16
X Qlobal Bakı Forumu başlayıb - YENİLƏNİB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək