16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev: "Mart soyqırımı qəddarlığına görə bəşər tarixində ən qanlı faciələrdəndir"

“Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı kütləvi şəkildə ağır cinayət əməlləri törədiblər. Hər zaman iri miqyaslı qətliamlar və deportasiyalarla müşayiət olunan belə cinayətlərdən biri də 1918-ci ildə törədilmiş mart soyqırımlarıdır. Həmin qırğınlarda qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından zor gücünə qovmuşdular. Həmçinin soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilərək öldürülmüş, diri-diri yandırılmışdılar. Bütün bu hadisələrdə əlbəttə ki, “Daşnaksutyun” partiyasının iştirakı və hətta aparıcı rolu tamamilə danılmazdır. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Heç şübhəsiz 1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur. Məsələ bundadır ki, Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün bu istiqamətdə tədqiqat işləri hələ də davam etdirilir və bu səbəbdən erməni cinayətlərinin tam mənzərəsi hələ də formalaşmayıb.”
Bu sözləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bu məlum faktı da bir daha diqqət mərkəzinə gətirib ki, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və bu xüsusda əsl həqiqətlərin dünyaya yayılması işinə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin sonlarında start verilmişdir: “Ulu Öndər Heydər azərbaycanlıların soyqırımı ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Bu baxımdan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ümummilli Lider tərəfindən təsdiq edilən 30 mart 1999-cu il tarixli tədbirlər planı müstəsna tarixi əhəmiyyət kəsb edən sənədlərdir. Məhz bu Fərmanın imzalanması ilə bu istiqamətdə aparılan tədqiqatlar yeni təkan aldı və bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Hətta bu günün özündə də işğaldan azad edilmiş ərazilərimizdə erməni faşizmini ifşa edən dəlillərə kifayət qədər rast gəlinir. Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı aşkarlanmış daha bir kütləvi məzarlıq da bu sübutlardan biri oldu. Üzə çıxmış danılmaz faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların ötən əsrin sonlarında da davam etdirildiyini sübuta yetirir.”
Daha sonra S.Möhbalıyev bu gün bütün şəhidlərimizin ruhlarının şad, xalqımızın isə alnının açıq olduğunu vurğulayaraq bunları deyib: “2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı ədalətli Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı Ordusu düşməndən bütün şəhidlərimizin qisasını döyüş meydanında aldı.Bir günlük antiterror əməliyyatı Qarabağda separatizmin məhv edilməsi ilə nəticələndi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ali Baş Komandan Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə müqəddəs bayrağımızı dalğalandırmaqla bütün xalqa növbəti dəfə qürur hissi yaşatdığı kimi, şəhidlərimizin və soyqırımı qurbanlarımızın da ruhlarını şad etdi. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır. 1918-ci ilin mart-aprel aylarında ermənilərin xalqımıza qarşı törətdikləri qətliamın bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməllərindən biri olduğunu bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Yalnız bu halda bəşəriyyət oxşar hadisələrlə gələcəkdə yenidən qarşılaşmamaq şansı əldə edə bilər” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-03-2025, 10:28 Oxunub: 16
Bölməyə aid digər xəbərlər
15-03-2025, 11:28
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı
1-04-2024, 11:17
Xalqımıza qarşı törədilmiş qanlı faciə
31-03-2024, 08:42
Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdəndir”
28-03-2024, 12:39
Aqiyə Naxçıvanlı: “Erməni cinayətlərinin yeni qanlı sübutları azad edilmiş ərazilərimizdə hələ də aşkar olunmaqdadır”
28-03-2024, 09:59
Eltun Süleymanov: "31 mart 1918-ci ildə baş verənlər xalqımızın tarixində ən böyük faciədir"
31-03-2023, 09:20
Bu, ermənilərin saxta soyqırımı iddialarının dünyada ifşa olunmasında çox vacibdir - AÇIQLAMA
31-03-2023, 09:03
Səttar Möhbalıyev: “31 Mart soyqırımı şovinist ermənilərin vəhşi xislətinin nümunəsidir”
30-03-2023, 10:20
Mart soyqırımı erməni faşizminin iç üzünü görmək və bu tarixi hadisələrdən ibrət götürmək üçün bir nümunədir
30-03-2023, 09:57
Kamaləddin Qafarov: “31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir”
27-03-2023, 20:23
Eltun Süleymanov: “Soyqırımı qurbanlarının xatirəsi unudulmur”
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
19-08-2022, 11:15
Teymur bəy Bayraməlibəyov - 160
30-03-2022, 08:03
Kamaləddin Qafarov: “1918-ci ilin mart-aprel qırğınları erməni vəhşiliyinin təzahürü idi”
30-03-2022, 16:33
AHİK-də 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTOLAR
29-03-2022, 11:00
Turə Qasımova: Tarixi yaddaşımızdan silinməyən soyqırım
29-03-2022, 08:00
Namizəd İsmayılov : 31 mart Soyqırımını xalqımız heç vaxt unutmayacaq
29-03-2022, 09:30
Rüstəm Nağıyev: “1918-ci ilin mart hadisələri bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir”
29-03-2022, 09:00
Aqiyə Naxçıvanlı: “1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək