16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Tahir Abdullayev: "Heydər Əliyev İrsinin 102 İli: Müstəqil Azərbaycanın Təməlində Duran Liderlik"

Tərtər Regional Qaz İstismar İdarəsinin Beyləqan Xidmət Sahəsinin rəisi Tahir Abdullayev - Azərbaycan xalqının taleyində əvəzsiz rol oynamış Ulu Öndər Heydər Əliyev dövlətçilik tariximizin ən mühüm mərhələlərində ölkənin firavan gələcəyi naminə daim böyük fədakarlıqla çalışmışdır. Ümummilli Lider həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində xalqına sadiq, dövlətçiliyə bağlı olan uzaqgörən və müdrik siyasətçi kimi yadda qalmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, qəbul edilən qərarlar və atılan hər bir addım xalqın rifahının yaxşılaşdırılmasına, milli maraqların qorunmasına xidmət etmişdir.
Dahi Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikada illərlə hökm sürən durğunluq və geriləmə meyillərinə qarşı qətiyyətli mübarizəyə başlamışdır. Həmin dövrdə mövcud olan inzibati idarəçilik sistemi Ulu Öndərin çevik, məqsədyönlü və milli maraqlara əsaslanan siyasəti ilə əvəz olunmuşdur. Azərbaycanda kompleks sosial-iqtisadi proqramlar həyata keçirilməyə başlanmış, sənayeləşmə sahəsində mühüm layihələr reallaşdırılmışdır.
Xüsusilə neft-kimya sənayesi, maşınqayırma, elektrotexnika, yüngül və yeyinti sənayesi kimi sahələrdə əhəmiyyətli canlanma və davamlı inkişaf müşahidə olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə yeni zavod və fabriklər inşa edilmiş, mövcud istehsal sahələri modernləşdirilmiş, texnoloji avadanlıqlar yenilənmiş və minlərlə yeni iş yeri yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verilmiş, infrastruktur layihələri gerçəkləşdirilmiş, nəqliyyat və kommunikasiya şəbəkələri genişləndirilmişdir. Milli kadr potensialının formalaşdırılması, ixtisaslı mütəxəssislərin yetişdirilməsi və elmi-texniki tərəqqinin təşviqi sahəsində mühüm addımlar atılmışdır.
Ulu öndər Heydər Əliyev SSRİ çərçivəsində mövcud olan planlı iqtisadiyyat sistemində Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etmişdir. Dahi şəxsiyyət mürəkkəb və bəzən ziddiyyətli şəraitdə belə respublikanın sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə mövcud imkanlardan məharətlə istifadə etmiş, mərkəzi hakimiyyət dairələri ilə effektiv işgüzar münasibətlər quraraq bu əlaqələri Azərbaycanın mənafeyi istiqamətində yönəltmişdir. Heydər Əliyevin siyasi uzaqgörənliyi və yüksək idarəçilik bacarığı nəticəsində ölkəmizin mövqeyi ittifaq səviyyəsində nəzərə çarpacaq dərəcədə möhkəmlənmişdir. Onun uğurlu fəaliyyəti sayəsində respublikanın iqtisadi təşəbbüslərinə daha geniş dəstək göstərilmiş, təhsil, elm və sənaye sahələrində strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsi mümkün olmuşdur.
Ulu Öndərin təşəbbüsü ilə minlərlə gənc yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək məqsədilə Sovet İttifaqının qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilmişdir. Bu addım həm iqtisadi inkişaf, həm də elmi-texniki tərəqqinin təmin edilməsində önəmli rol oynamışdır. Gənclərin müasir təhsil müəssisələrində ixtisaslaşması ölkənin kadr potensialını gücləndirməyi hədəfləmiş və bu siyasət gələcəkdə Azərbaycanın müstəqillik yolunda mühüm əhəmiyyət daşıyan amil olmuşdur. Həmçinin, müxtəlif sahələrdə aparılan tədqiqatlar və elmi işlər təkmilləşdirilmiş, ölkənin intellektual bazasının inkişafı üçün müasir tələblərə cavab verən laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmışdır. Bundan əlavə, Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə, xüsusən də milli kino, musiqi və ədəbiyyatın inkişafına xüsusi diqqət yetirilmişdir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında milli kimliyin əsas sütunlarından biri olan ana dilinə diqqət xüsusi əhəmiyyət kəsb etmişdir. Onun təşəbbüsü və siyasi iradəsi nəticəsində 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi xalqımızın tarixi yaddaşında mühüm mərhələ kimi əks olunmuşdur.
1990-cı illərin əvvəllərində SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan dərin siyasi böhranla üzləşmişdir. Dövlət idarəçiliyində xaos hökm sürür, hüquqi və siyasi sistem iflic vəziyyətə düşmüş, ölkədə separatçılıq meylləri və silahlı qarşıdurmalar vətəndaş müharibəsi təhlükəsini gündəmə gətirmişdir. Belə mürəkkəb və taleyüklü bir məqamda xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həlledici addımlar ataraq yeni tariximizdə sabitlik və inkişaf mərhələsinin əsasını qoymuşdur. Onun rəhbərliyi ilə ictimai-siyasi sabitlik və əmin-amanlığın bərqərar olunması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin bərpası, qanunun aliliyinin təmin edilməsi və idarəetmədə nizam-intizamın gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmişdir. Eyni zamanda, müstəqil dövlətçilik fəaliyyəti üçün zəruri olan institutların qurulması və dövlət idarəçiliyinin əsas dayaqlarının möhkəmləndirilməsi sahəsində ciddi işlər həyata keçirilmişdir.
20 sentyabr 1994-cü il tarixində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində dünyanın tanınmış transmilli şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasında dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin dünya enerji xəritəsində strateji mövqe qazanmasına yol açdı. Bununla da dünyanın aparıcı beynəlxalq neft şirkətləri ilk dəfə olaraq Azərbaycanın enerji sektoruna sərmayə yatırmağa başladı. Beləliklə, genişmiqyaslı xarici sərmayələrin cəlb olunması nəticəsində ölkəmizin iqtisadi inkişafı dinamik xarakter aldı, irimiqyaslı neft-qaz layihələri isə regional əməkdaşlığın genişlənməsinə və dövlətimizin beynəlxalq arenada strateji mövqeyinin möhkəmlənməsinə töhfə verdi.
Eyni zamanda, hüquqi dövlət quruculuğu sahəsində dərin və sistemli islahatlara start verilmişdir. 12 noyabr 1995-ci il tarixində keçirilən ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirmiş və idarəetmədə qanunun aliliyinə əsaslanan yeni mərhələnin əsasını qoymuşdur. Bu fundamental sənəd ölkəmizdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin hakimiyyətin qanunverici, icraedici və məhkəmə qolları arasında balansın qurulması üçün möhkəm hüquqi baza yaratmışdır. Konstitusiyanın qəbulu ilə paralel olaraq, dövlət orqanlarının fəaliyyət mexanizmləri təkmilləşdirilmiş və cəmiyyətin demokratikləşməsi istiqamətində mühüm irəliləyişlər baş vermişdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən lider olduğunu göstərən əsas məqamlardan biri də müstəqilliyin dönməzliyini təmin etməyə yönəlmiş ardıcıl və strateji yanaşması idi. Onun həyata keçirdiyi xarici siyasət strategiyası nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində balanslı mövqeyini qoruyaraq regional sabitliyin və əməkdaşlığın əsas təminatçılarından birinə çevrilmişdir. Məhz bu düşünülmüş siyasətin nəticəsi olaraq, müstəqillik dövründə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər strateji əhəmiyyətli enerji layihələri həyata keçirilmişdir. Bu qlobal infrastruktur təşəbbüsləri Ulu Öndər Heydər Əliyevin diplomatik məharətinin, beynəlxalq aləmdə etimad qazanmaq qabiliyyətinin və milli maraqları qlobal miqyasda uğurla təmin etmək bacarığının parlaq təcəssümü idi.
Dahi şəxsiyyət, həmçinin milli-mənəvi dəyərlərin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verirdi. Ümummilli lider Heydər Əliyevin çıxışlarında “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!” fikri xalqın qürur mənbəyinə çevrildi. Bu gün Azərbaycanın müasir uğurları – beynəlxalq nüfuzu, iqtisadi sabitliyi, ordu quruculuğunda nailiyyətləri və xalqın rifahı Ulu Öndərin müəyyən etdiyi yolun davamı kimi dəyərləndirilir. Onun siyasi kursu gələcək inkişafın ideoloji və strateji əsaslarını müəyyən edən möhkəm təməl rolunu oynayır.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti göstərir ki, əsl liderlər yalnız zamanlarının çərçivəsində düşünmür, eyni zamanda gələcək nəsillərin taleyinə istiqamət verən strateji qərarlar qəbul edirlər. Ulu Öndər Azərbaycan tarixinə müstəqil dövlətin qurucusu və xilaskar lider kimi daxil olmuş, onun ideyaları və siyasi irsi zaman keçdikcə daha dərin mənalar qazanaraq milli inkişafın dayanıqlı ideoloji təməli kimi yaşamağa davam edir.
Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan regionda söz sahibi olan qüdrətli dövlətə çevrilmiş, ərazi bütövlüyünü bərpa edərək tarixi ədaləti təmin etmişdir. Ulu Öndərin 102-ci ildönümünün qeyd olunduğu bu günlərdə xalqımız onun əziz xatirəsini ehtiramla yad edir, Heydər Əliyev siyasəti əsasında formalaşan güclü və müasir dövlətin reallıqları ilə qürur duyur. Müstəqilliyin möhkəmləndirilməsi, suverenliyin qorunması və xalqın rifahı naminə görülən işlər Heydər Əliyev yolunun nə qədər uzaqgörən və sarsılmaz olduğunu bir daha təsdiqləyir.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-05-2025, 12:48 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
26-08-2024, 11:37
Nicat Həsənov: Xalq üçün əlamətdar, tarixi bir gün
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
12-05-2023, 17:10
Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
16-01-2022, 14:41
Tahir Rzayev ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO