16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Səttar Möhbalıyev:"Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda da söz sahibi olan ölkəyə çevrilib"

Mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir daha göstərdi ki, türk dünyası geosiyasi proseslərdə artan rola malik monolit bir struktur olaraq formalaşmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin görüşdəki çıxışı isə Azərbaycanın bu birliyin ideoloji və strateji lokomotivi rolunu bir daha nümayiş etdirdi.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
Deputat onu da deyib ki, cənab Prezident İlham Əliyevin çıxışında Macarıstanla ikitərəfli münasibətlərə xüsusi vurğu etməsi TDT-nin Avropa məkanında artan nüfuzunu və təşkilatın açıq əməkdaşlıq fəlsəfəsini əks etdirir. Dövlətimizin başçısı bildirib ki, “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Bu sözlər TDT-nin regional qapanmadan uzaq, qarşılıqlı maraqlara əsaslanan çevik diplomatiyasının təsdiqidir. Cənab Prezidentin təşkilatın qeyri-rəsmi Zirvə görüşlərinin davamlı xarakter almasını vurğulaması isə türk dövlətləri arasında siyasi konsolidasiyanın və müntəzəm siyasi dialoqun vacibliyini ortaya qoyur: “Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.” Azərbaycanın 2024-cü ildə TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi etməsi və cənab Prezident İlham Əliyevin üzv ölkələri bu tədbirə dəvət etməsi, ölkənin təşəbbüskar və birləşdirici rolunu daha da gücləndirir. Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.” Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycan təkcə siyasi platforma deyil, həm də iqtisadi və nəqliyyat sahəsində konkret təşəbbüslərlə Türk Dövlətlərinin inteqrasiyasına real töhfələr verir. Lakin bu töhfənin əsas motivasiyası siyasi müstəqillik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə inkişaf modelidir. Cənab Prezidentin COP29-a dair uğurları sadalayarkən dediyi sözlər, Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda da söz sahibi olan ölkəyə çevrildiyini göstərir: “Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Bu təhlillər göstərir ki, Azərbaycan Prezidentinin çıxışı yalnız diplomatik ritorika deyil, həm də türk dövlətləri üçün strateji yol xəritəsi rolunu oynayır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında həm böyük nüfuza sahib olduğunu, həm də önəmli dəstək aldığını görürük. Ölkə başçısı da məhz bu kontekstdə sözügedən təşkilatın Azərbaycanın iştirakı və təşəbbüsü ilə daha da gücləndirilməsinin tərəfdarıdır. Təbii ki, kifayət qədər doğma və uğurlu olan belə bir platformanın güclənməsi bizim gücümüz deməkdir. Azərbaycan öz haqlı mövqeyini inamla müdafiə edə biləcəyi bir platformanın güclənməsində maraqlıdır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-05-2025, 13:38 Oxunub: 18
Bölməyə aid digər xəbərlər
22-05-2025, 09:05
Səttar Möhbalıyev: “Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli gündəlik bir çox mühüm sahələri əhatə edir”
21-05-2025, 16:17
TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
8-07-2024, 09:43
Səttar Möhbalıyev: “Qarabağ Bəyannaməsi TDT-nin vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsində mühüm rol oynayacaq”
8-07-2024, 09:00
Türk İttifaqı yeni dünyanın siyasi şifrələrini açdı: Şuşa mesajları Qərbdə çaşqınlıq yaradıb, müqavimət başladı
21-12-2023, 08:58
Eldar Quliyev: “Heydər Əliyev İli başa çatsa da, Azərbaycanda Heydər Əliyev epoxası əsrlər boyu davam edəcək”
22-08-2023, 09:02
Eltun Süleymanov: “Macarıstanla yüksək səviyyəli münasibətlər hər iki ölkədə məmnunluq doğurur”
10-04-2023, 10:22
“Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edildi
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO