16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
10:40 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
10:35 / 03-06-2026
Sankt-Peterburqda neft terminalı vuruldu
10:31 / 03-06-2026
Alternativ Şuşa yolu istifadəyə verildi
10:16 / 03-06-2026
Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
09:50 / 03-06-2026
SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
09:29 / 03-06-2026
Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
09:00 / 03-06-2026
Məhərrəm ayı bu tarixdə başlayacaq
08:43 / 03-06-2026
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
08:35 / 03-06-2026
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
08:27 / 03-06-2026
ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
08:22 / 03-06-2026
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
16:00 / 02-06-2026
Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
15:30 / 02-06-2026
Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
12:30 / 02-06-2026
SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
12:24 / 02-06-2026
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
12:13 / 02-06-2026
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
12:09 / 02-06-2026
Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
11:45 / 02-06-2026
TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
11:39 / 02-06-2026
DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
Nəsimi, Babək, Dədə Qorqud… Və... kolbasa əhvalatı - Ədalət NƏBİ yazır

Azərbaycan kinosunun simvollarından olan sənətkarın bir dilim həqiqətə sıxışan taleyi haqqında…
Bəli, Nəsimi, Babək, Dədə Qorqud… Və... kolbasa. Oxuyarkən bir az qəribə səslənə bilər. Amma sırağagün televiziya ekranında məhz belə bir ardıcıllığa şahid oldum. Söhbət əfsanəvi aktyorumuz Rasim Balayevin yeni bir reklam çarxından gedir. “Ən dadlı kolbasa bizimkidir!” deyə gülümsəyən aktyorun simasında nədənsə həm tanış, həm də yad bir ifadə vardı. Nəsimi deyildi, Babək deyildi... Bu, “Səbir” adlı filmin son səhnəsi idi sanki.
Təbii ki, bir çoxları bu reklamı görəndə təəccübləndi. Bəziləri təəssüfləndi, bəziləri isə hətta qəzəbləndi. Rasim Balayev? Kolbasa reklamında? Qınayanlar da oldu, lağ edənlər də. Amma gəlin, məsələni yalnız bir dilim kolbasa üzərindən müzakirə etməyək. Gəlin, o kolbasa diliminin arxasındakı bütün bişməmiş həqiqətləri görək.
Rasim Balayev bu ölkənin kino yaddaşıdır. Nəsimi obrazı ilə azadlıq ideallarını, Babək rolu ilə mübarizəni, Dədə Qorqudla isə kimliyimizi simvolizə edən aktyordur. Ancaq bütün bu simvolların sahibi, sənətkar ömrünün son çağında rol deyil, reklam tapırsa, məsuliyyət onun yox, kino sisteminin üzərinə düşür. Axı bu aktyor illərlə gözlədi. “Bəlkə bir gün bir səviyyəli film çəkilər, çağırarlar,” – deyə ümidlə yaşadı. Amma vaxt gözləmədi. 30 illik susqunluq ona “səbir” medalını yox, kolbasa reklamnı gətirdi.Niyə bu gün bizim aktyorlarımız reklamlarla öz sənətini xatırladır? Çünki bu ölkədə film çəkilmir. Daha doğrusu, film çəkilir, amma sənət deyil. Ssenarilər tələsik yazılır, rejissorlar peşəkar yox, qohum tanış olur, aktyor seçimi isə “kim tanışdı, o gəlsin” prinsipi ilə aparılır. Kino adlanan bu dövriyyədə isə Rasim Balayevə yer tapılmır. Çünki onun oynaya biləcəyi rollar artıq yazılmır, çəkilmir, düşünülmür. Onun sənəti bu dövr üçün çox ağırdır.

Onu reklama çəkildiyinə görə qınamaq asandır. Amma bu qınamağın arxasında özümüzlə bağlı daha böyük suallar dayanır. Mədəniyyət siyasəti nə işlə məşğuldur? Kino qurumları illərlə niyə susub? Axı bu aktyor sadə bir serialda deyil, ölkənin kino tarixində iz qoymuş şəxsdir. Onu ekrana qaytarmaq üçün 40 dəqiqəlik gülüş şouları deyil, ciddi layihələr tələb olunurdu. Amma görünür, kolbasa reklamına ayrılan büdcə, bir sənət filminə ayrılan büdcədən daha realdır bu gün
.Təəssüf ki, biz bu cür sənətkarları heykəl halına salmaqda ustayıq, amma onlara yaşayan heykəl kimi dəyər verməyə gələndə laqeyd qalırıq. Elə bil ki, onlar yalnız keçmiş üçündür, bu gün üçün yox. Amma sənət yaşayıb nəfəs alan varlıqdır. Onu yalnız arxivləşdirmək yox, yaşatmaq lazımdır.Bugünkü mənzərə budur: kino sektorunda Babək yoxdur, ancaq Babək kolbasa sektorunda yaşayır. Ironiya kimi görünür, amma reallıq budur. Bir sənətkarın həyatı boyunca qoruduğu prinsiplər, son anda bir reklam çarxında buxarlanır. Bu, təkcə Rasim Balayevin yox, bütövlükdə cəmiyyətin itkisidir.Bəlkə bir gün gələcək və bu reklam çarxı arxivdən çıxarılacaq, altına da yazılacaq: “Azərbaycan aktyor sənətinin XXI əsrin ilk rübündəki taleyi.” Gələcək nəsillər baxacaq və soruşacaq: “Bunlar bu aktyoru niyə ekranlardan yox, soyuducudan tanıyırmışlar?”
Nə deyəsən? Rəhmətlik Səməndər Rzayev demişkən: "Ayəə, bu kino var eee, coox qəliz məsələdi...". Maləsəf, bizdə kino ölüb, kolbasa isə bu gün də var, yarın da olacaq. Tak ucto...
Ədalət NƏBİ,
BİA.az
Bölməyə aid digər xəbərlər

Tarix: 4-06-2025, 11:45 Oxunub: 42
Bölməyə aid digər xəbərlər
26-04-2025, 13:36
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
12-01-2024, 09:20
BBC Vardanyanı “yıxıb-sürüdü”... - Sensasion faktlar
29-11-2023, 13:33
Bazarda ət bahalaşdıqca, kolbasa-sosis ucuzlaşır
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
23-02-2023, 15:30
Bir gecəyə saçı ağaran Xocalı əsiri: Tərpənə bilmirdim, bir dərəyə atılmışdım...- MÜSAHİBƏ/VİDEO
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
18-04-2022, 09:30
Kolbasa ətdən hazırlanırsa, niyə ondan ucuzdur? – Ekspert izah edir
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU